Ferquson olayları ABŞ-ın saxta imicinə zərbə vurdu
20.08.2014 [09:47]
Görünən odur ki, ABŞ-da bütün irqlərdən olan insanların bərabərliyi, eyni hüquqlara sahib olması prinsiplərinin real həyatda tətbiqində ciddi qüsurlar mövcuddur
Məlum olduğu kimi, ABŞ-ın Missuri ştatının Ferquson şəhərində avqustun 9-da 18 yaşlı Maykl Braunun polis tərəfindən öldürülməsindən indiyədək etirazlar davam edir. Bu hadisə ABŞ-ın dünyada və hətta öz əhalisi qarşısında formalaşdırdığı saxta imicə böyük zərbə vurdu. Bildiyimiz kimi, ABŞ siyasi dairələri onillərdir ki, öz əhalisini və bütün dünyanı onun ən demokratik və azad ölkə olduğuna inandırmağa çalışır, bunun üçün media, təhsil, mədəniyyət kimi ən müxtəlif üsullardan istifadə olunur. Lakin elə ABŞ siyasi xadimlərindən birinin söylədiyi kimi, “bütün insanları həmişə aldatmaq mümkün deyil” və bir gün elə bir situasiya yaranır ki, həqiqəti heç bir üsulla gizlətmək mümkün olmur.
Ferquson olaylarının ABŞ cəmiyyətində yaratdığı reaksiya, əslində, yalnız bir gəncin qətli ilə bağlı olmayıb, vətəndaşların illərdir öz üzərlərində hiss etdikləri irqi dözümsüzlük və polis özbaşınalığına qarşı yığılan qəzəb hissini qəfildən büruzə verməsidir.
ABŞ-IN DİGƏR ŞƏHƏRLƏRİNİ DƏ ETİRAZLAR BÜRÜYÜB
Bu səbəbdən də, Ferqusondakı etirazçılarla həmrəyliyini göstərmək üçün son günlərdə ABŞ-ın onlarla ştatındakı yüzə yaxın şəhərdə yürüşlər, mitinqlər keçirilib. Etirazlar paytaxt Vaşinqtonda və Nyu Yorkun mərkəzi meydanlarında da baş tutub. Əksəriyyəti qaradərililər olan minlərlə mitinq iştirakçıları ölkədə irqi ayrı-seçkiliyə, polis zorakılığına son qoyulmasını tələb ediblər. Etirazçılar polis zorakılığının təkcə Ferqusonla məhdudlaşmadığını, bu cür hadisələrin ölkənin hər yerində baş verdiyini, Ferquson etirazlarının isə Birləşmiş Ştatların müxtəlif şəhərlərində hüquqları pozulan insanları öz səslərini ucaltmağa ruhlandırdığını bildirirlər.
Beləliklə, irqi diskriminasiyaya qarşı ABŞ-ı bürüyən etiraz yürüşləri ölkədə sanki XX əsrin ortalarının ab-havasını yaradıb. Həmin dövrdə də ABŞ-da irqi problemlərə, qaradərili əhalinin hüquqlarının məhdudlaşdırılmasına qarşı kütləvi etirazlar keçirilirdi. Görünən odur ki, ABŞ-da bütün irqlərdən olan insanların bərabərliyi, eyni hüquqlara sahib olması prinsiplərinin real həyata tətbiqində ciddi qüsurlar mövcuddur.
POLİS NÜMAYİŞÇİLƏRƏ QARŞI ZORAKI ÜSULLARDAN İSTİFADƏ EDİR
Məlum olduğu kimi, ilk gündən Ferqusondakı etirazçılara qarşı ağır silahlarla təchiz olunmuş polis qüvvələri çıxarılır. Xüsusi silahlanmış hücum qrupları (SWAT) nümayişçiləri qorxu və təzyiq altında saxlamağa çalışır. Sıravi polisdən fərqli olaraq vəzifələri terrorçuluqla mübarizə, xüsusi təhlükəli axtarış və həbs kimi yüksək riskli əməliyyatları yerinə yetirmək olan SWAT komandaları yüngül pulemyotlar, iti nişançı tüfəngləri daxil olmaqla gözyaşardıcı qaz, səs qumbaraları, rezin güllərlərlə təchiz edilib. Hadisələrin başlandığı gündən nümayişçilərə rezin güllələrin atıldığı, nəticədə xəsarət alanların olması barədə xəbərlər yayılıb. Buna baxmayaraq, Missuri ştatının rəhbərliyi tərəfindən nümayişlərin qarşısını almaq cəhdləri heç bir səmərə vermir. Belə ki, şəhərdə fövqəladə vəziyyət və bir neçə gün “komendant saatı” elan olunsa da, insanlar günün bütün saatlarında etiraz yürüşlərini, mitinqləri davam etdiriblər. Daha sonra şəhərə daha yüksək hərbi təchizata malik Missuri Milli Qvardiya qoşununun yeridilməsi də etirazçıları nümayişləri dayandırmağa məcbur edə bilməyib. Polisin gözyaşardıcı qaz və səs qumbaralarından geniş istifadə etməsi nəticəsində nümayişçilər və jurnalistlər arasında xəsarət alanlar var. Mediada yayılan bəzi fotolar polisin nümayişçilərə dəyənəklərlə hücum etdiyini göstərir.
ETİRAZÇILAR VƏ JURNALİSTLƏR HƏBS OLUNUR
İlk günlərdən etibarən etirazçıların polis məntəqələrinə aparılması və həbs olunması barədə də məlumatlar yayılmaqdadır. Ferqusonda 30-dan artıq insan həbs olunub, bu rəqəmin artacağı gözlənilir. Təkcə Ferqusonda deyil, Nyu Yorkda və digər şəhərlərdə keçirilən nümayişlərdə də həbs olunanlar var. Sözügedən həbslər bəzi müşahidəçi qruplar və ekspertlər tərəfindən vətəndaşların toplaşmaq hüququnun pozulması kimi qiymətləndirilir.
Polisin təzyiqləri jurnalistlərə və media nümayəndələrinə qarşı da yönəlib. Belə ki, “gettyimages.com” saytının əməkdaşı, fotoqraf Skot Olson polis tərəfindən saxlanılıb. Xatırladaq ki, bir müddət əvvəl “The Washington Post” və “The Huffington Post” qəzetlərinin əməkdaşları da polis məntəqəsində saxlanmışdı. Ferquson olaylarını müşahidə edən xarici jurnalistlərə də polis tərəfindən gözyaşardıcı qaz qumbaralarının atılması məlumdur. Bundan əlavə, Ferquson şəhəri üzərində polis aviasiyası istisna olmaqla uçuşun qadağan edilməsi bölgədə yaşananların media helikopterləri vasitəsilə görüntülənməsinə mane olur.
BƏS MAYKL BRAUNUN QATİLİ HƏBS OLUNACAQMI?
ABŞ ictimaiyyətini, o cümlədən müxtəlif irqlərin nümayəndələrini maraqlandıran bir məsələ də, Maykl Braunu qətlə yetirən polis işçisi Daren Uilsonun məsuliyyətə cəlb edilib-edilməyəcəyi ilə bağlıdır. ABŞ ictimaiyyətinin bu məsələ ətrafında narahatlığına kifayət qədər əsas var. Çünki cəzasız qalan polis zorakılığı bu ölkədə geniş yayılmış hüquq pozuntularındandır. Hesablamalara görə, hər il təqribən 400 nəfər polis işçisinin açdığı atəşin qurbanı olur. Lakin bu hadisələrə görə hüquq-mühafizə orqanları əməkdaşlarının məsuliyyətə cəlb edilməsi nadir hallarda baş verir, çox zaman onların əməli “özünümüdafiə” adlandırılaraq bəraət alır.
Buna 2012-ci ildə 17 yaşlı qaradərili Martin Trayvonun öldürülməsini nümunə göstərmək olar. Onu qətlə yetirən Corc Zimmerman könüllü kimi özəl ictimai təhlükəsizlik sahəsində çalışırdı. Zimmermana qarşı açılan cinayət işi və aparılan məhkəmə prosesi onun əməlinin özünümüdafiə motivli və “ikinci dərəcəli qətl” hesab olunması ilə bağlandı, o isə sərbəst buraxıldı. Təsadüfi deyil ki, ekspertlər Ferquson hadisələrinin bu qədər kəskin hal almasında, eləcə də, polisə və məhkəmə sisteminə inamın aşağı səviyyədə olmasında, məhz Martin Trayvon olayının təsirini mühüm qiymətləndirirlər.
Beləliklə, indi Maykl Braunun ailəsi və ölkə ictimaiyyəti onu qətlə yetirən polis işçisinin məsuliyyətə cəlb olunmasını tələb edirlər. Braunun cəsədi üzərində müayinə aparan həkim ekspertlər 6 güllənin izi əsasında polis işçisinin bu əməlinin amansızlıqla törədilməsi barədə təəssüratlarını bölüşüblər. Braunun ailəsi dövlət qurumlarına etibar etmədikləri üçün cəsəd üzərindəki ilkin ekspertizanı özləri prosesə cəlb etdikləri həkimlərin öhdəsinə tapşırıblar. İlkin ekspertiza Braunun polisə təslim olduğu vaxtda güllələndiyini təsdiq edib.
İndi Braunun yaxınları və ictimaiyyətin böyük hissəsi səbrsizliklə gənci qətlə yetirən polis işçisinə qarşı hüquqi çərçivədə hansı addımların atılacağını gözləyir. Martin Trayvonu qətlə yetirən şəxsin azadlığa çıxmasının iki il sonra Maykl Braun olayına kəskin reaksiyaya səbəb olmasını nəzərə aldıqda, qətli törədənin bu dəfə də cəzasız qalacağı təqdirdə, yaxın gələcəkdə hansı fəsadlara səbəb olacağını təsəvvür etmək çətin deyil.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

