Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kolumbiyada baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 38 nəfər yaralanıb

Kolumbiyada baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 38 nəfər yaralanıb

26.04.2026 [17:25]

Kolumbiyanın cənub-qərbində baş verən partlayış nəticəsində 14 nəfər həlak olub, 38 nəfər yaralanıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Kauka inzibati bölgəsindəki Kajibio şəhərindəki Panamerikan magistral yolundakı suötürücü boruya yerləşdirilmiş partlayıcı qurğu nəqliyyat vasitələri keçərkən işə salınıb.

Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib.

Şahidlərin sözlərinə görə, partlayış nəqliyyatın sıx olduğu bir vaxtda baş verib. Hücum zamanı yerli olaraq "çiva" kimi tanınan ənənəvi kənd avtobusu partlayışın gücündən istifadəyə yararsız hala düşüb.

Partlayışın gücü yaxınlıqdakı digər nəqliyyat vasitələrini məhv tdib və yolda böyük bir tıxac yaranıb.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30