“WhatsApp” qeydiyyatsız çatları test etməyə başlayıb
18.03.2026 [14:19]
“WhatsApp”, hesabı olmayan istifadəçilər üçün qonaq çatları sınaqdan keçirməyə başlayıb.
AZƏRTAC “WABetaInfo” portalına istinadla xəbər verir ki, “Android” platformasında bir neçə ay davam edən sınaqlardan sonra funksiya iOS və veb-versiyada bəzi beta-testerlər üçün də əlçatan olub. Yeni rejim link vasitəsilə qorunan yazışmaya başlamağa imkan verir. Lakin hazırda funksiya müəyyən məhdudiyyətlərlə işləyir: qrup çatları, zənglər və fayl əlavələri dəstəklənmir, həmçinin 10 gün aktivlik olmadıqda yazışma avtomatik olaraq dayandırılır.
“WhatsApp”ın “iOS TestFlight” və veb-beta versiyasından istifadə edən bəzi istifadəçilər qonaq çatlara çıxış əldə ediblər. Bu funksiya ilk dəfə ötən ilin avqustunda Android beta versiyanı test edənlər üçün təqdim olunub. Onun təyinatı praktiki xarakter daşıyır. “WhatsApp” istifadəçisi xidmətdə hesabı olmayan şəxs ilə söhbətə başlaya bilir.
Funksiyanın işləmə prinsipi dəvət linki mexanizmi üzərində qurulub. “WhatsApp” istifadəçisi tətbiqin “Invite a friend” bölməsində xüsusi dəvət linki yaradır və onu SMS və ya digər tətbiqlər vasitəsilə göndərir. Həmin link açıldıqdan sonra “WhatsApp Web” vasitəsilə qorunan çat sessiyası işə düşür. Beləliklə, qonaq istifadəçi söhbətə başlamaq üçün hesab yaratmaq əvəzinə sadəcə ona göndərilmiş dəvət linkini açır.
Bundan sonra sistemin kriptoqrafik mexanizmi işə düşür. Həmsöhbət qonaq kimi istifadəni davam etdirdikdə “WhatsApp Web” unikal identifikator yaradır. Bu identifikator şifrələmə açarının yaradılması üçün istifadə olunur. Nəticədə qonaq çatları tamamilə şifrələmə ilə qorunur. Bu isə o deməkdir ki, “WhatsApp” özü mesajların məzmununu görə bilmir və yazışmaya yalnız söhbətin iştirakçıları çıxış əldə edir.
Hazırda bu funksiya iOS, Android və veb-versiyada yalnız məhdud sayda beta-test istifadəçiləri üçün əlçatandır. Funksiyanın daha geniş istifadə üçün nə vaxt təqdim ediləcəyi isə hələ açıqlanmayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

