Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Airbus”un sabiq rəhbəri fransız-alman ittifaqını strateji səhv adlandırıb

“Airbus”un sabiq rəhbəri fransız-alman ittifaqını strateji səhv adlandırıb

27.02.2026 [22:15]

Almaniyanın növbəti nəsil döyüş təyyarəsini Böyük Britaniya ilə deyil, Fransa ilə inkişaf etdirməsi səhv qərardır.

“Airbus”un sabiq rəhbəri Tom Enders Avropanın gələcək nəsil döyüş təyyarəsi proqramı olan SCAF ilə bağlı Paris–Berlin əməkdaşlığını açıq şəkildə tənqid edib.

AZƏRTAC xəbər verir ki, o, bu seçimi strateji səhv kimi qiymətləndirərək alternativ olaraq Böyük Britaniya və ya İsveçin “Saab” şirkəti ilə əməkdaşlığı təklif edir.

2005–2019-cu illərdə “Airbus”un baş icraçı direktoru olmuş Enders Almaniyanın “Redaktionsnetzwerk Deutschland” nəşrində dərc olunan məqaləsində bildirib ki, 2017-ci ildə Brexitdən sonra qəbul edilən bu qərar hərbi zərurətdən daha çox siyasi motivlərlə izah olunur. Enders qeyd edib ki, Almaniya təkbaşına da döyüş təyyarəsi hazırlaya bilər, lakin bu, məqsədəuyğun olmaz.

Maraqlıdır ki, onun açıqlamaları SCAF proqramı ətrafında sənaye və siyasi fikir ayrılıqlarının artdığı, Almaniya kansleri Fridrix Mertsin də açıq şübhələr ifadə etdiyi bir vaxta təsadüf edir.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31