Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / G7 ölkələri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər

G7 ölkələri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər

16.02.2026 [12:33]

G7 ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra verilən birgə bəyanatda deyilir.

ABŞ Dövlət Departamenti tərəfindən yayılan sənədə görə, G7 ölkələri Yaxın Şərqdə, o cümlədən İsrail, Qəzza zolağı, Livan, Suriya və İranda siyasi, humanitar və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüş zamanı G7 ölkələrinin xarici işlər nazirləri İsrail və HƏMAS arasında atəşkəsin tam şəkildə həyata keçirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Bəyanatda görüş iştirakçılarının İranın nüvə proqramı ilə bağlı məsələləri də müzakirə etdikləri də qeyd olunur.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31