Əlcəzair Fransanın törətdiyi cinayətləri Afrika hüquqi instansiyalarına təqdim edəcək
16.02.2026 [10:54]
Əlcəzair Fransanın müstəmləkəçilik dövründə törətdiyi cinayətlərin miqyasını təsdiqləyən sənədləri və şahid ifadələrini Afrika hüquqi instansiyalarına təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə prezidenti Abdelmacid Tebbun açıqlama verib. Bildirilib ki, məqsəd müstəmləkəçiliyin beynəlxalq hüquqda açıq və dəqiq şəkildə təsbit olunmasıdır.
Bəyanat Efiopiyanın paytaxtı Əddis Əbaba şəhərində keçirilən və Afrika İttifaqının 39-cu sammiti çərçivəsində təşkil olunan “Müstəmləkəçiliyin cinayət kimi tanınması” mövzusunda yüksək səviyyəli iclasın açılışında səsləndirilib.
Prezident vurğulayıb ki, 132 ildən artıq davam edən və son dərəcə qəddar müstəmləkəçiliyi ilə yaddaqalan ağrılı milli təcrübəyə əsaslanaraq, Əlcəzair malik olduğu bütün sənəd və etibarlı tarixi sübutları Afrika hüquqi qurumlarına təqdim etməyə tam hazırdır.
Onun sözlərinə görə, bu materiallar Əlcəzair xalqının müqavimətini boğmaq məqsədilə törədilmiş genişmiqyaslı repressiyaları, beynəlxalq hüquqla qadağan olunmuş üsul və vasitələrin tətbiqini, eləcə də ciddi hüquq pozuntularını aydın şəkildə ortaya çıxarır.
Dövlət başçısı ötən il noyabrın 30-da Əlcəzairdə keçirilmiş yüksəksəviyyəli konfransı xatırladaraq, “Əlcəzair Çağırışı”nın müddəalarına diqqət çəkib. Həmin sənəddə müstəmləkə cinayətlərinin rəsmi şəkildə tanınması və müstəmləkəçiliyin beynəlxalq hüquq normalarında açıq şəkildə cinayət kimi təsbit olunması üçün ciddi öhdəliklərin götürülməsi nəzərdə tutulur.
Prezident, həmçinin qeyd edib ki, 25 dekabr 2025-ci ildə Əlcəzair Parlamenti tərəfindən ölkənin məruz qaldığı müstəmləkəçiliyi cinayət hesab edən qanun qəbul edilib. Onun sözlərinə görə, bu qanun hüquqi məsuliyyətin müəyyənləşdirilməsinə, milli yaddaşın qorunmasına və ağır cinayətlərin zaman məhdudiyyəti olmadan araşdırılması prinsipinin təsbitinə xidmət edir.
Qanunda məhkəməsiz edamlar, işgəncə, zorakılıq, mülki əhali üzərində nüvə sınaqları və sərvətlərin sistemli talanı kimi əməllər də müddətsiz cinayətlər kateqoriyasına daxil edilib. Bu, beynəlxalq hüququn prinsiplərinə və xalqların həqiqət və ədalət hüququna əsaslanır.
Prezident Abdelmacid Tebbun vurğulayıb ki, azadlıq, ləyaqət və ədalət uğrunda milyonlarla afrikalının verdiyi böyük qurbanlar nə unudula, nə də təhrif oluna bilər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25

