/ / Avropa Komissiyası sualtı internet kabellərinin təhlükəsizliyini gücləndirmək üçün 347 milyon avro ayırıb
Avropa Komissiyası sualtı internet kabellərinin təhlükəsizliyini gücləndirmək üçün 347 milyon avro ayırıb
06.02.2026 [15:20]
Avropa Komissiyası sualtı internet kabellərinin təhlükəsizliyini gücləndirmək üçün 347 milyon avroluq yeni investisiya paketi və risklərin azaldılmasına yönəlmiş “Kabel Təhlükəsizliyi Alətlər Paketi”ni təqdim edib.
AZƏRTAC Komissiyanın saytına istinadla xəbər verir ki, qitələrarası internet trafikinin 99 faizini həyata keçirən bu kabellər həm gündəlik həyat, həm də Avropa iqtisadiyyatı üçün kritik infrastruktur sayılır. Yeni alətlər paketi sualtı kabel sistemlərini qorumaq üçün 6 strateji, 4 texniki və dəstək tədbirini ehtiva edir. Komissiya, eyni zamanda, ictimai maliyyələşdirmə üçün nəzərdə tutulan 13 “Avropa Marağına Uyğun Kabel Layihəsi” (CPEI) sahəsini müəyyənləşdirib və bu layihələr üçün maliyyələşdirməni 2040-cı ilədək mərhələli şəkildə planlaşdırır.
Maliyyələşdirmə xüsusi proqram çərçivəsində həyata keçiriləcək və məqsəd kabellərin dayanıqlılığını artırmaq, təmir imkanlarını genişləndirmək və onları “ağıllı” sistemlərlə təchiz etməkdir. Pilot mərhələnin əsas hədəfi Baltik dənizində kabellərin təhlükəsizliyinin təmin olunmasıdır. Çünki son illərdə bu bölgədə sualtı kabellərin zədələnməsi halları artıb və bunun qəsdən törədilən təxribat ola biləcəyi ehtimalı güclənib. Layihə təklifləri təkcə mülki müdafiə, sahil mühafizəsi və hərbi dəniz qüvvələri kimi ictimai qurumlar tərəfindən təqdim edilə biləcək.
Qeyd edək ki, 2024-2027-ci illər üzrə sualtı kabel layihələri üçün ümumilikdə 533 milyon avro nəzərdə tutulub və artıq 25 layihəyə 186 milyon avro ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

