Türkiyədə doğum səviyyəsi 11-ci ildir azalmaqdadır
09.12.2025 [19:25]
Türkiyədə 11 ildir, 2014-cü ildən əhalinin hər bir nəfərinə düşən doğum səviyyəsi azalmaqdadır. Artıq ölkədə fasiləsiz davam edən bu vəziyyət əhalinin özünüyeniləmə səviyyəsi kimi qəbul edilən 2,10 həddindən nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
AZƏRTAC xəbər verir ki, mütəxəssislər Türkiyə əhalisinin artım sürətinin son illərdə nəzərəçarpacaq dərəcədə yavaşlamasını ölkənin demoqrafik vəziyyətinə köklü və qalıcı dəyişikliklərə yol aça biləcəyini bildiriblər. Onların fikrincə, doğum səviyyəsindəki geriləmə uzunmüddətli perspektivdə təkcə əhali artımını yavaşlatmaqla kifayətlənməyəcək, həm də işçi qüvvəsinin azalması, sosial təminat sisteminə yükün artması, səhiyyə və baxım xərclərinin yüksəlməsi kimi bir çox problemlərin yaranmasına da səbəb olacaq.
Türkiyənin Statistika Qurumunun (TÜİK) apardığı araşdırmaya görə, ölkədə ümumi doğum əmsalı 2001-ci ildə hər qadına 2,38 uşaq olduğu halda, 2024-cü ildə 1,48-ə düşüb.
Türkiyənin yaşadığı bu demoqrafik vəziyyəti dəyərləndirən TÜİK sədrinin müavini Furkan Metin doğum əmsalının 1,4-ə enməsini həyəcan təbili kimi xarakterizə edib. O qeyd edib ki, Türkiyə ötən ildən etibarən “çox yaşlı ölkələr” sinfinə daxil olub və növbəti 25 il ərzində ölkədə yaşlı əhali nisbəti 25 faizdən artıq ola bilər. Doğum səviyyəsindəki azalma bu şəkildə davam edərsə, təxminən 40 il ərzində Türkiyənin orta yaşı həddi 45-i keçə bilər.
Hazırda çox ciddi əhali böhranı yaşandığını, doğum səviyyəsindəki azalmanın daha 10 il davam etməsi halında geri dönüşü olmayan bir mərhələyə keçilə biləcəyini bildirən F.Metin, həmçinin Türkiyənin qeysəriyyə doğum nisbətinə görə dünyada ilk sırada olduğunu deyib. O, Avropanın bir çox ölkəsinin yaşlanma ilə bağlı yaşadığı problemlərin Türkiyədə də görülməyə başlayacağını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

