Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Doha: Qətər ABŞ və Venesuela arasında vasitəçi kimi çıxış etməyə hazırdır

Doha: Qətər ABŞ və Venesuela arasında vasitəçi kimi çıxış etməyə hazırdır

02.12.2025 [23:19]

Qətər ABŞ və Venesuela arasında böhranı yaxından izləyir və onun həlli üçün vasitəçilik etməyə hazırdır, lakin Doha hələlik belə bir müraciət almayıb.

AZƏRTAC xəbər verir ki, Qətərin Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Biz Amerika qitəsindəki gərginliyi yaxından izləyirik və baş verənlərdən narahatıq. Lazım gələrsə, tərəflər arasında istənilən siyasi dialoqu dəstəkləməyə hazırıq. Hazırda belə dialoq aparılmır, lakin biz bu istiqamətdə beynəlxalq ictimaiyyətə, Birləşmiş Ştatlara, Venesuelaya və digər ölkələrə hər cür yardım göstərməyə hazırıq”, - deyə diplomat bildirib.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31