Çexlər dövlət binalarında xarici ölkələrin bayraqlarının asılmasını skeptik dəstəkləmirlər
24.11.2025 [08:45]
NMS agentliyi tərəfindən “Çex Radiosu” üçün hazırlanan araşdırma göstərib ki, Çexiya əhalisinin böyük əksəriyyəti dövlət binalarında xarici ölkələrin bayraqlarının asılmasına skeptik yanaşır. Respondentlərin yetmiş faizindən çoxu belə təcrübənin əleyhinə çıxıb. Eyni zamanda, təxminən 40% rəsmi binalarda yalnız Çexiya bayrağının olmasını istəyir, daha bir hissə isə onun Avropa İttifaqının (Aİ) bayrağı ilə yanaşı dalğalanmasını məqbul hesab edir.
AZƏRTAC xəbər verir ki, yayımlanan məlumatlar, faktiki olaraq, Deputatlar Palatasının yeni sədri Tomio Okamuranın binanın fasadından Ukrayna bayrağını çıxarmaq barədə vəzifəyə başlayar-başlamaz verdiyi qərarın əhali tərəfindən dəstəkləndiyini göstərir. Ukrayna bayrağı 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı hücumu başladıqdan sonra, həmin ölkəyə həmrəylik ifadəsi olaraq asılmışdı. Gedən hökumətin nümayəndələri Okamuranın addımını kəskin tənqid ediblər.
SPD və oktyabr seçkilərindən sonra yeni koalisiyanı formalaşdıran digər partiyaların tərəfdarları arasında yalnız Çexiya bayrağının dövlət binalarında dalğalanmalı olduğunu düşünənlərin üstünlük təşkil etdiyi bildirilir. NMS analitiki Tereza Fridrixovanın sözlərinə görə, SPD elektoratının təxminən 74%-i bu mövqedədir. ANO seçiciləri isə fikirlərə bölünüb: bir qismi yalnız milli bayrağı dəstəkləyir, digərləri isə onun Aİ bayrağı ilə yanaşı asılmasını qəbul edir, lakin demək olar ki, heç biri digər ölkələrin bayraqlarının qaldırılmasını istəmir. “Avtomobilçilər” partiyasının seçiciləri arasında da oxşar mənzərə müşahidə olunur. “Piratlar” və STAN hərəkatının tərəfdarları isə fərqli mövqedədir: bu seçicilərin əhəmiyyətli hissəsi həmrəylik məqsədilə digər ölkələrin bayraqlarının asılmasına müsbət yanaşır.
Sorğuda 13–17 noyabr 2025-ci il tarixlərində 1012 nəfər iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50

