Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniya dənizdə külək enerjisi istehsalı üçün 1,45 milyard funt sterlinq büdcə ayırıb

Böyük Britaniya dənizdə külək enerjisi istehsalı üçün 1,45 milyard funt sterlinq büdcə ayırıb

29.10.2025 [15:19]

Böyük Britaniya hökuməti dənizdə külək enerjisi istehsalı üçün 1,45 milyard funt sterlinq həcmində büdcə ayırdığını açıqlayıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yeni raundda ayrılan məbləğ keçənilki göstəricidən aşağı olsa da, hökumət bu yolla bərpaolunan enerji sektoruna investisiyaları stimullaşdırmaq istəyir.

Rəsmi sənədlərə əsasən, ənənəvi sabit dəniz külək layihələri üçün 900 milyon funt, erkən mərhələdə olan üzən külək texnologiyaları üçün isə 180 milyon funt ayrılıb. Keçən il bu sahə ayrıca maliyyə dəstəyi almadığı üçün geotermal enerji layihələri ilə rəqabət aparmalı olmuşdu.

Britaniya enerji sektorunun dekarbonizasiyasına nail olmaq məqsədilə külək enerjisinə xüsusi əhəmiyyət verir.

Paylaş:
Baxılıb: 683 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31