Göz skanları qocalma və ürək xəstəliyi riskini göstərə bilər - ARAŞDIRMA
27.10.2025 [12:29]
Kanadanın McMaster Universiteti və Əhali Sağlamlığı Tədqiqat İnstitutunun (PHRI) alimləri müəyyən ediblər ki, göz dibindəki (retina) kiçik qan damarları insanın bioloji yaşlanma sürəti və ürək xəstəliyi riski barədə mühüm məlumatlar verə bilər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, retina skanları gələcəkdə bədənin damar sağlamlığına və qocalma prosesinə dair qeyri-invaziv, yəni ağrısız və asan bir diaqnostika üsulu kimi istifadə oluna bilər.
Tədqiqatın rəhbəri, McMaster Universitetinin dosenti Mari Pigeyre bildirib ki, retina skanlarını genetika və qan biomarkerləri ilə birləşdirmək yaşlanmanın damar sisteminə təsirini daha yaxşı anlamağa imkan verir.
Alimlər Kanadadan, Böyük Britaniyadan və digər ölkələrdən olan 74 mindən çox iştirakçının retina şəkillərini, genetik və qan analizlərini müqayisə ediblər. Nəticədə, daha az budaqlanmış və sadə quruluşlu damarları olan şəxslərdə ürək-damar xəstəliklərinin daha çox rast gəlindiyi, həmçinin bu insanların bioloji olaraq daha sürətli qocaldığı aşkar olunub. Tədqiqatçılar iki xüsusi zülalı — MMP12 və IgG-Fc reseptor IIb-ni damar qocalması və iltihabla əlaqələndiriblər. Bu zülallar gələcəkdə ürək xəstəliklərinin qarşısını almaq və ömrü uzatmaq üçün yeni dərmanların hazırlanmasında mühüm hədəf ola bilər. Alimlər ümid edirlər ki, gələcəkdə sadə bir göz skanı insanın ürək və damar sağlamlığı haqqında ilkin məlumat vermək üçün kifayət edəcək. Bununla belə, hazırda bu üsulun klinik tətbiqi üçün daha çox araşdırmaya ehtiyac var.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

