Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yunanıstan parlamenti 13 saatlıq iş gününə icazə verib

Yunanıstan parlamenti 13 saatlıq iş gününə icazə verib

17.10.2025 [14:14]

Yunanıstan parlamentinin özəl sektorda 13 saatlıq iş gününə icazə verən qanun qəbul etməsi ciddi narazılıq doğurub.

AZƏRTAC xəbər verir ki, parlamentdəki müzakirələrdə sağçılar hökumətin layihəsini dəstəkləsələr də, solçular kəskin etiraz ediblər. Siriza partiyası qanunu “Orta Əsrlərin iş şəraitinə qayıdış” kimi xarakterizə edib.

Qanun ikidən çox işçisi olan müəssisələrə bəzi günlərdə dəyəri ödənilməklə əməkdaşları 13 saat işlətməyə icazə verir. Hazırda ölkədə 8 saatlıq iş rejimi tətbiq edilir. İşəgötürən xüsusi hallarda əməkdaşları 11 saat işlədə bilər.

Pasok partiyası bildirir ki, “13 saatlıq iş rejimi boş yerə yaranmayıb. Bu, işçi hüquqlarına vurulan zəncirin növbəti halqasıdır”.

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31