Məşhur mükafat...
16.05.2025 [08:42]
96 yaşlı “Oskar”ın tarixçəsi
96 il bundan öncə - 1929-cu il mayın 16-da ilk Oskar mükafatlandırma mərasimi baş tutub. Kino Sənəti və Elmləri Akademiyasının məşhur Hollivud bulvarında yerləşən “Hollywood Ruzvelt” hotelində keçirilən mərasimdə tanınmış rejissorlar, prodüserlər və aktyorlar da daxil olmaqla 270 qonaq iştirak edib.
Şübhəsiz ki, ilklərdən biri olmaq böyük şərəfdir. Məsələn, “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar”ın ilk qalibi 1927-ci ildə çəkilmiş “Hər şeyin yolu” və bir il sonra “Son əmr” filmlərində oynadığı rola görə alman aktyoru Emil Yanninqs olub. Yanninqs daha sonra nasistlər üçün təbliğat filmləri çəkir. “Ən yaxşı film” nominasiyasında ilk Oskar rejissor Uilyam H.Vellmanın çəkdiyi və baş rolda Qari Kuperin oynadığı “Qanadlar” filminə verilib. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, o vaxt indiki kimi son ana qədər həyəcan olmamışdı. Çünki mükafatın qalibləri aylar əvvəl elan edilmişdi.
Sadəlikdən təmtərağa...
O zaman heç kim Akademiya mükafatının kino dünyasında ən mühüm və nüfuzlu mükafata çevriləcəyini proqnozlaşdırmırdı. Oskar qalası bu gün milyonlarla insanın canlı izlədiyi möhtəşəm dünya media tamaşasına çevrilib.
Oskar kino sənayesinin pərdə arxasında olan hər bir rejissor, aktyor, prodüser, bəstəkar və digər işçilər üçün karyeralarının tacıdır. 34 santimetr uzunluğundakı heykəlciklər nazik qızıl təbəqə ilə örtülüdür. Çəkisi 3,85 kiloqram olan Oskar fiquru ağ metal adlanan britaniumdan hazırlanır.
Oskar adı haradan gəlir?
“Metro Goldwyn Mayer”in bədii rəhbəri Sedrik Cibbons tərəfindən hazırlanmış Akademiya heykəlciyi 1939-cu ildə Oskar adını aldı. Bununla bağlı çoxlu söz-söhbətlər olsa da, iki ümumi məsələ diqqəti çəkir: Birinci söz-söhbətə görə, Akademiyanın İdarə Heyətinin katibi Marqaret Herrik heykəlciyi görən kimi “O, mənim əmim Oskara necə bənzəyir” deyir və beləliklə, bir çox mənbələrdə o, “heykəlciyin isim anası” adlandırılır. Başqa bir hadisəyə görə, Hollivud ulduzu Bette Davis hər fürsətdə bu heykəlciklə ilk əri Harmon Oscar Nelson Jr. arasında oxşarlıq olduğunu deyirdi. Beləliklə, zaman keçdikcə Akademiyanın mükafat siması Oskar adlandırılmağa başladı.
Onlarla oxşar söz-söhbətlər olsa da, mükafatın rəsmi adı hələ də “Oskar mükafatı”dır. Lakin “Oskar” adı 1979-cu ildə Akademiya tərəfindən qeydə alınıb.
Maddi dəyərə gəldikdə...
Kino aləmində böyük mənəvi dəyəri olan “Oskar”ın maddi dəyəri ilə bağlı hər hansı şərh vermək mümkün deyil. Çünki Oskar sahiblərinə onu başqalarına satmağa icazə verilmir. Əgər tamamilə satmaq istəyirlərsə, onu Akademiyaya yalnız 1 dollara sata bilərlər. Heykəltəraşlığın imitasiya və tanıtım məhsulları ilə milyonlarla dollar dövriyyə edilir. Bu gün də internet üzərindən hədiyyə və promosyon məhsulları satan bir çox saytlardan sifariş verməklə və üzərində hər hansı bir ad yazmaqla qanuni olaraq imitasiya Oskar heykəlciyinə sahib olmaq mümkündür.
Kino Sənətləri və Elmləri Akademiyası əvvəlcə kino sənayesini texniki və iqtisadi cəhətdən inkişaf etdirməyi hədəfləyən bir təşkilat idi. 1927-ci ildə yaradılan Akademiyanın ilk prezidenti aktyor Duqlas Feyrbenks olub. Hollivudun böyük bossları burada gələcək layihələri və investisiyaları müzakirə etməyə və qərar verməyə başlayıblar.
1929-cu ildən bəri nə dəyişdi?
İlk Oskar mükafat mərasimi ilə müqayisə edildikdə bugünkü tədbirlərdə çoxlu dəyişikliklərin olduğu görünür. Ən mühüm dəyişikliklərdən biri Akademiyanın strukturunda və münsiflər heyətində oldu. Yaşlı ağdərililərin üstünlük təşkil etdiyi “elita” görünüşündən qurtulan Akademiya dəyişən ictimai-siyasi quruluşla ayaqlaşmalı oldu. Daha çox qadın, əcnəbi, qaradərili və gənc üzvləri qəbul edən Kino Sənəti və Elmləri Akademiyasının üzvlərinin sayı bu gün 7 mini keçib. 2017-ci ildə Almaniyadan olan aktyor Daniel Brühl ilə birlikdə türk əsilli rejissor Fatih Akın da Akademiyaya dəvət alıb.
Qaliblərin elan edilmə forması da zamanla dəyişib. İlkin olaraq aylar əvvəl açıqlanan, daha sonra isə müəyyən bir tarixə qədər dərc edilməmək şərti ilə yalnız “embarqo xəbərləri” ifadəsi ilə mətbuata verilən mükafat sahiblərinin siyahısı indi mükafatlandırma mərasimi zamanı, yəni bir müddət sonra açıqlanır. Çünki 1941-ci ildə siyahının verildiyi bir qəzet embarqoya əməl etməyib və qalibləri bir gün öncədən dərc edib. Bu səbəbdən hazırda müvafiq kateqoriya üzrə mükafata layiq görülmüş şəxsin və ya filmin adı olan zərf tamaşaçılar və kameralar qarşısında açılır. Beləliklə, mükafatlandırma mərasimi emosional anların da yaşandığı böyük bir həyəcan fırtınasına çevrilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32

