Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir
20.04.2025 [16:34]
Oksford Universitetində aparılan yeni tədqiqat Yerdəki suyun mənşəyi ilə bağlı dominant elmi nəzəriyyəyə ciddi şübhələr doğurub. “Icarus” jurnalında dərc olunan araşdırma seysmik əhəmiyyətə malik nəticələrlə Yerin formalaşdığı ilkin materialın əvvəl ehtimal ediləndən daha yüksək miqdarda hidrogen ehtiva etdiyini ortaya qoyur. Tapıntılar Yerdəki suyun əsasən, asteroidlərin toqquşması nəticəsində əmələ gəldiyi fikrini zəiflədərək suyun mənşəyinin birbaşa planetimizin yaranma mərhələsinə gedib çıxdığını göstərir.
AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqat qrupu erkən Yerə analoq kimi qəbul edilən nadir meteoritin kimyəvi analizini aparıb. Antarktidadan toplanmış LAR 12252 meteoritindən istifadə olunaraq sinxrotron əsaslı rentgen spektroskopiyası vasitəsilə materialın elementar tərkibi və kimyəvi vəziyyəti araşdırılıb. Əvvəlki tədqiqatlar meteoritlərdə hidrogenin mövcudluğunu çirklənmənin nəticəsi ola biləcəyini irəli sürsə də, yeni araşdırmada Oksford alimləri hidrogenin əsasən meteoritin matris hissəsində kristal olmayan zonada yerləşdiyini aşkar ediblər. Bu hissədə meteoritin hidrogen sulfidlə zəngin olması və yerüstü çirklənmə əlamətləri göstərməməsi onun kosmik mənşəli olduğunu təsdiqləyir.
Analiz nəticələri göstərib ki, matrisdəki hidrogen miqdarı beş dəfə yüksəkdir. Əksinə, meteoritin səthindəki çatlarda və oksidləşmiş hissələrdə hidrogenin miqdarı ya çox az olub, ya da ümumiyyətlə, qeydə alınmayıb. Bu isə hidrogenin yer mənşəli çirklənmədən deyil, ilkin formalaşma mərhələsindən qaynaqlandığını təsdiqləyir.
Tədqiqatın aparıcı müəllifi, Oksford Universitetinin doktorantı Tom Barrett qeyd edir: “Nümunədə hidrogen sulfidin aşkar olunması bizi çox həyəcanlandırdı — xüsusilə də bunu gözləmədiyimiz bir yerdə tapdıq. Bu maddənin yerüstü çirklənmədən yaranma ehtimalı olduqca azdır və bu, planetimizdəki suyun əslində onun inşa materialından törədiyini göstərən güclü dəlildir”.
Tədqiqatın həmmüəllifi, dosent Ceyms Brison isə əlavə edib: “Bu tapıntılar Yer planetinin formalaşması və onun indiki şəraitə necə gəlib çatması ilə bağlı suallara mühüm cavablar verir. Görünür ki, Yerin ilkin komponentləri (enstatit xondritləri kimi) əvvəlki düşüncələrimizə nisbətən xeyli daha çox hidrogen ehtiva edirdi. Bu isə sonradan baş verən asteroid toqquşmalarından asılı olmayaraq Yerin suya sahib olmasını mümkün edib”.
Araşdırma Yer kürəsində həyatın yaranması üçün əsas rol oynayan suyun mənşəyi ilə bağlı elmi yanaşmalara yenidən baxılmasını tələb edir. Suyun planetin formalaşmasından dərhal sonra mövcud olması ehtimalı onun xarici mənbədən gətirilməsinə nisbətən daha əsaslı görünür. Bu isə planetar formalaşma modelləri və astrobioloji tədqiqatlar üçün yeni istiqamətlər açır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04

