Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

18.01.2025 [23:23]

Şənbə günü, yanvarın 18-də Pireneydəki Astun dağ-xizək kurortunda liftdə qəza baş verib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, liftin aşmasına trosun qırılması səbəb olub, nəticədə 30-dan çox insan xəsarət alıb.

Məlumatda qeyd olunub ki, zərərçəkənlərin 17-sinin vəziyyəti ağır və ya orta-ağır qiymətləndirilir. Doqquz nəfərin vəziyyəti ağırdır, yaralılardan ən ağır vəziyyətdə olanı Saraqosadakı Migel Servet xəstəxanasına çatdırılan qadındır.

Yardım göstərmək üçün hadisə yerində səhra xəstəxanası yaradılıb və orada xəsarət alanların ilkin müayinəsi aparılır. Yaxınlıqdakı bütün tibb müəssisələri tam hazırlıq vəziyyətinə gətirilib.

Xilasetmə əməliyyatında tibbi helikopterlər, yanğınsöndürənlər, 10 təcili tibbi yardım maşını və psixoloqlar qrupu iştirak edir.

Astun stansiyası müvəqqəti olaraq bağlanıb. Araqonun rəhbəri Xorxe Askon və maliyyə müşaviri Roberto Bermudez de Kastro faciənin miqyasını qiymətləndirmək üçün hadisə yerinə gediblər.

Həlak olanların yaxınları üçün qaynar xətt yaradılıb. İstintaq qəzanın səbəblərini müəyyənləşdirir, lakin əsas versiya liftin trosunun qırılmasıdır.

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30