6-cı Prezident seçildi...
17.12.2024 [08:38]
Zurabişvilini hansı tale gözləyir?
Qonşu Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib.
Parlamentdə Mərkəzi Seçki Komissiyasının açıq iclasında səsvermələrə yekun vurulub. Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən seçkilərin nəticələri barədə məlumat verilib. Bildirib ki, 224 seçici M.Kavelaşvilinin lehinə səs verib. Səsvermədə 225 üzv iştirak edib, bülletenlərdən 1-i etibarsız sayılıb. Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək.
Siyasi gərginlik şəraitində baş tutan prezident seçkiləri
Gürcüstanda yeni prezident seçkiləri siyasi gərginlik şəraitində baş tutub. Məlumdur ki, son bir ildə qonşu ölkədə artan və iğtişaşlara, dövlət çevrilişinə cəhdə qədər genişlənən gərginlik, əslində Gürcüstan-Qərb qarşdurması kimi dəyərləndirlir. Rəsmi Tbilisi siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda, Rusiyaya meyillənməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti isə Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyub. Hətta Baş nazir İrakli Kobaxidze ölkəsinin 2028-ci ilədək Avropa İttifaqına inteqrasiya prosesini dayandırdığını bəyan edib.
Baş nazirin bu bəyanatından sonra Gürcüstanda Qərbdən maliyyə asılılığına malik olan ayrı-ayrı müxalifət partiyaları və vətəndaş cəmiyyəti təsisatları permanent etirazlara başlayıblar. Müxalifətə liderliyi isə Qərbə bağlı olan prezident Salome Zurabişvili edir. Onun səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalır.
Yeni seçilən Prezidentdən gözləntilər
Yeni Prezident seçilən M. Kavelaşvili ilk bəyanatını səsləndirib və həyata keçirəcəyi siyasi kursu bəyan edib. O bildirib ki, Gürcüstanın dəyərlərindən və adət-ənənələrindən imtina edərək hansısa bir təşkilata qoşulmasının mənası yoxdur. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə açıqdır, lakin Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var. M. Kavelaşvili ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin hökumətlə qarşıdurmasını da dəyərləndirib. O qeyd edib ki, Zurabişvili hökumətin siyasəti ilə razılaşmırdırsa, istefa verməli idi.
Qeyd edək ki, M.Kavelaşvilinin Gürcüstan cəmiyyətində müsbət reputasiyası var və o, ölkədə birləşdirici fiqur kimi qəbul olunur. Məhz bu amil də qonşu ölkədə siyasi gərginliyin səngiməsinə öz müsbət təsirini göstərə bilər. Buna böyük ümidlər var. “Kavelaşvilinin Gürcüstanın altıncı prezidenti seçilməsi ölkədə qütbləşmənin səviyyəsini azaldacaq”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. “Mən əminəm ki, Kavelaşvilinin bu mühüm vəzifəyə seçilməsi dövlətçiliyin və suverenliyin möhkəmlənməsinə, o cümlədən qütbləşmənin azaldılmasına çox mühüm töhfə verəcək”, - deyə Baş nazir bildirib.
Zurabişvili üçün “Yeni il qatarı”
Son vaxtlarda Gürcüstanda cərəyan edən siyasi proseslər fonunda prezident Zurabişvilinin gələcək taleyi ilə bağlı müzakirələr aparılır. Xanım prezidentin özü 26 oktyabr parlament seçkilərinin və beləliklə də, prezident seçkilərininin nəticələrini tanımır və özünü ölkədə yeganə qanuni institut sayır. O, müxtəlif auditoriyalar qarşısında vəzifəsini tərk etməyəcəyini bildirib. İndiki mərhələdə müxalifətə liderlik edən Zurabişvili, eyni zamanda, kollektiv Qərbin, xüsusilə də vətəndaşlığını daşıdığı Fransanın dəstəyinə arxalanır. Elə bu günlərdə o, növbəti dəfə hökumətin razılığını almadan Notr- Dam kilsəsinin bərpadan sonra açılış mərasiminə qatılmaq bəhanəsi ilə Parisə səfərə gedib və burada Makronla görüşüb. Onun Makronun vasitəçiliyi ilə ABŞ-nin yeni seçilmiş prezidenti D.Trampla görüşü isə uğursuz olub. Belə ki, Tramp xanım prezidentin canfəşanlığına rəğmən, onun salamını belə könülsüz alıb.
Bu arada Tbilisidəki Orbeliani meydanında “Yeni il qatarı”nın quraşdırılması da Zurabişvilini özündən çıxarıb.
“Gürcü Arzusu” Partiyası üzvlərinin “Yeni il qatarı”nın Zurabişvilini gözlədiyini söyləmələri onu hiddətləndirib. Zurabişvili sosial şəbəkədə yazıb: “Orbeliani sarayının qarşısında mənim üçün qatar qoyublar... Yaxşı, baxarıq kim gedəcək!”
Lakin xanım prezidentin müxalifətin və Avropa dairələrinin dəstəyinə arxalanmasına baxmayaraq, o, postunu tərk etmək məcburiyyətindədir. Bunu qanunvericilik tələb edir. İrakli Kobaxidzenin sözlərinə görə, hazırkı prezidentin parlament seçkilərinin nəticələrini tanımaması və yeni parlament seçkilərinə qədər öz səlahiyyətlərindən imtina etməyəcəyi barədə bəyanatının heç bir əsası yoxdur: “Zurabişvilinin səlahiyyət müddəti bitən kimi rezidensiyanı tərk edəcək”, - deyə Baş nazir vurğulayıb.
Eyni zamanda, Zurabişvili üçün daha pis ssenari - həbsə alınmaq ehtimalı da kifayət qədər böyükdür. İndiyədək Gürcüstanda qüvvədə olan qanvericiliyə görə, dövlət təhlükəsizliyi prezident, baş nazir və parlament sədri təyin olunduqları/seçildikləri andan təmin edilir və səlahiyyət müddəti bitdikdən sonra bir il müddətində qalırdı. Artıq postunu tərk etmək məcburiyyətində olan Zurabişvili üçün bir illik toxunulmazlıq hüququ yoxdur. Çünki parlament hakim “Gürcü Arzusu” Partiyasından gələn qanunvericiliyə düzəliş təklifini qəbul edib. Həmin düzəlişə əsasən, keçmiş yüksək vəzifəli məmurlar Konstitusiyanı pozarsa, onların müdafiəsi ləğv ediləcək. İndiki prezidentə qarşı belə bir məhkəmə qərarı var. 2023-cü ilin oktyabrında Konstitusiya Məhkəməsi bəyan edib ki, Gürcüstan prezidenti xaricə işgüzar səfərlər zamanı hökumətin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində nümayəndəlik funksiyalarını həyata keçirib və bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozub. Beləliklə, səlahiyyət müddəti bitəndən sonra S.Zurabişvilinin dərhal məsuliyyətə cəlb olunması ehtimalı böyükdür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

