Cənubi Koreya prokurorluğu Prezident Yun Sok Yolu şübhəli şəxs elan edib
08.12.2024 [15:49]
Cənubi Koreya prokurorluğu hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa salan Prezident Yun Sok Yolu dövlətə xəyanətdə şübhəli şəxs elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə hərbi vəziyyət məsələsinə görə yaradılmış xüsusi istintaq komissiyasının rəhbəri Park Se Hyun açıqlama verib. O, məsələ ilə əlaqədar bir neçə şikayət qeydə alındığını, prokurorluğun Prezident Yun Sok Yola qarşı irəli sürülən xəyanət və səlahiyyətlərdən sui-istifadə ittihamlarını araşdırdığını deyib.
Dekabrın 7-də daxili işlər naziri Li Sanq Minin də istefa ərizəsini təqdim etdiyinə dair məlumat yayılıb.
Artıq hərbi vəziyyət məsələsinə görə sabiq müdafiə naziri Kim Yonq-Hyun saxlanılıb. Hərbi vəziyyətin elan olunmasını Prezidentə müdafiə nazirinin təklif etdiyi güman olunur. Kim Yonq-Hyun hərbi vəziyyət rejimində iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək dekabrın 5-də istefa verib. Artıq onun ofisində və evində axtarış aparılıb. Sabiq nazirin hərbi vəziyyət saatlarında ölkənin nüfuzlu siyasətçilərinin həbs olunmasına göstəriş verdiyi iddia edilir. Hərbi vəziyyətin tətbiqində yol verilmiş zorakılıq hallarına görə 3 general vəzifəsindən azad edilib. Bundan başqa, hərbi prokurorluq həmin 3 general da daxil olmaqla, dövlətə xəyanətdə şübhəli bilinən yüksək rütbəli 10hərbçinin ölkədən çıxışını qadağan etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.
Hakim Xalqın Gücü Partiyasının rəhbəri Han Donq Hun jurnalistlərə açıqlamasında siyasi xaosu minimuma endirmək üçün Prezidentin nizamlı gedişinə çalışacaqlarını, prosesi proqnozlaşdırılan və şəffaf şəkildə davam etdirmək üçün əsas müxalifət olan Demokratiya Partiyası ilə məsləhətləşəcəyini söyləyib. “Yoon istefa edənə qədər faktiki olaraq vəzifə səlahiyyətlərindən uzaqlaşdırılacaq və Baş nazir partiya ilə məsləhətləşərək dövlət işləri ilə məşğul olacaq", - deyə partiya lideri bildirib. O, bu fikirləri dekabrın 6-da axşam saatlarında parlamentdə baş tutmayan prezidentin impiçmenti cəhdindən sonra bildirib.
Hakim partiyanın boykotu səbəbindən baş tutmayan impiçment cəhdindən sonra əsas müxalifət qüvvə olan Demokratiya Partiyası isə Prezident Yun Sok Yolun dərhal həbs olunmasına və araşdırılmasına çağırış edib. Əsas müxalifət hakim partiyanın baş nazirin dövlət işlərinə rəhbərlik etmək planını qətiyyətlə rədd edib. Müxalifətdən olan deputat Kim Min Seok prezidentin vəzifəsindən kənarlaşdırılmasının konstitusiyaya uyğun yeganə proses olduğunu deyib. Müxalifət prezidentin vəzifədən kənarlaşdırılacağına qədər hər həftə impiçment məsələsini parlamentdə müzakirəyə çıxaracağını bəyan edib.
Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş anti-dövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Hərbi vəziyyət ölkədə müxalifət ilə yanaşı, sadə vətəndaşların da etirazına səbəb olub. Bu səbəbdən ordu və təhlükəsiz qüvvələri ilə insanlar arasında toqquşmalar qeydə alınıb. Müxalifətdən olan deputatlar ordunun və təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq, qısa zamanda parlamentə toplaşaraq hakim partiyanın deputatlarının iştirak etmədiyi gizli səsvermədə prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul ediblər. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Amma Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Dekabrın 7-də parlamentin xüsusi iclasında hakim partiyanın deputatlarının çox hissəsinin iştirak etməməsi ilə əlaqədar yetərsay olmadığı üçün impiçment reallaşmayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57

