İraq Prezidenti Trampın dünyaya sülh gətirəcəyinə əmindir
23.11.2024 [19:43]
İraq Prezidenti Əbdüllətif Camal Rəşid Donald Trampın hakimiyyətə qayıdışının qarışıqlıq içində olan dünyaya çoxdan gözlənilən sabitliyi gətirə biləcəyinə əminlik ifadə edib.
AZƏRTAC ərəb mediasına istinadla xəbər verir ki, İraqın Ərbil şəhərində keçirilən Yaxın Şərq Sülh və Təhlükəsizlik Forumunda “Əl-Ərəbiyə” telekanalına müsahibə verən İraq Prezidenti deyib: “Hər kəs ABŞ seçkilərini diqqətlə izləyirdi. Ümid edirik ki, ABŞ-ın yeni administrasiyası dünyada sülh və sabitlik yaradacaq”.
Rəşid Tramp administrasiyasını Avropada davam edən müharibədən tutmuş İsrail-Fələstin münaqişəsinə qədər bütün ağır problemləri həll etməyə çağırıb. O deyib: “Düşünürəm ki, bu, bizim əsas məqsədimizdir. Prezident Trampdan gözlədiyimiz onun öz mesajını yerinə yetirməsi və bütün ölkələr arasında sülh və təhlükəsizliyi əməli olaraq həyata keçirməsi, habelə mövcud münaqişələri həll etməsidir”
ABŞ qoşunlarının İraqda olması haqqında sualı cavablandıran Rəşid bu məsələ ilə bağlı konsensusun olmadığını etiraf edib, lakin İraqın son irəliləyişinə işarə edib. O əlavə edib: “Xoşbəxtlikdən, son bir neçə ildir ki, biz İraqda təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayırıq. Bağdad sülhün bərpasına və möhkəmləndirilməsinə diqqət yetirməyə davam edəcək”.
Rəşid İranın İraqı İsraillə münaqişəyə cəlb edə biləcəyi ilə bağlı son fərziyyələri rədd edib, eyni zamanda 1600 kilometrlik sərhədi paylaşan və bir-birinə qarışmış əhaliyə malik cənub ölkələri arasında əlaqələrin vacibliyini vurğulayıb. O, qarşılıqlı faydanın sübutu kimi müxtəlif sahələrdə əməkdaşlığı, o cümlədən enerji və su ehtiyatlarının bölüşdürülməsini qeyd edib.
Xəbər lenti
Hamısına baxDiaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36

