Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada dövlət xəstəxanaları tətil edirlər

Fransada dövlət xəstəxanaları tətil edirlər

04.11.2024 [14:29]

Fransada 4 həmkarlar ittifaqı təşkilatının (CGT, FO, Unsa, Sud Santé) çağırışı ilə xəstəxana işçiləri dekabrın 21-dək davam edəcək tətilə başlayıblar. Milli Assambleyada sosial təminatın maliyyələşdirilməsinə dair qanun layihəsinin bu gün başlayan müzakirələrinin sonunadək davam edəcəyi bildirilir. Həmkarlar ittifaqı təşkilatları dövlət xəstəxanaları üçün büdcənin artırılmasını, sosial təminatın maliyyələşdirilməsinə dair qanun layihəsinin ləğv edilməsini tələb edirlər.

AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqları səhiyyə işçilərinin tətilinin uzun müddət davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Səhiyyə üzrə həmkarlar ittifaqları dövlət işçilərinin məzuniyyətinin ödənilmə müddətində edilən dəyişikliklə razılaşmırlar. Həmkarlar ittifaqları dövlət xəstəxanaları üçün daha çox vəsait tələb edirlər, tibbi işçilərin ixtisara salınmasına etirazlarını bildirirlər.

Qeyd edək ki, Milli Assambleyada sosial təminatın maliyyələşdirilməsinə dair qanun layihəsinin müzakirələri bu gün başlayıb.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31