Zelenskinin Avropa turnesi
12.10.2024 [07:53]
O, Avropa ölkələrinin liderlərindən sülh planına dəstək almağa çalışır
Ukrayna Prezidenti Volodimir Zelenski Avropaya səfəri çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşüb. O, Xorvatiyadan sonra ölkəsinin vəziyyətini və sülh planını müzakirə etmək üçün Böyük Britaniya, Fransa və İtaliya liderləri ilə görüşlər keçirib.
Əvvəlcə Londona səfər edən Ukrayna Prezidenti V.Zelenski Böyük Britaniyanın Baş naziri Strarmerlə görüşdə ölkəsinin Rusiya ilə müharibədə qələbəsini nəzərdə tutan planı təqdim edib. Tərəflər müttəfiqlərlə birlikdə onun üzərində iş aparılması barədə razılıq əldə edib. Ukrayna lideri deyib ki, sözügedən sənəd müharibənin ədalətli şəkildə başa çatdırılmasını ehtiva edir: “Müəllifi olduğumuz planın əsas müddəası müharibənin ədalətli olaraq yekunlaşması ilə bağlı tədbirləri müəyyənləşdirir. Plana əsasən, Ukrayna ordusunun Kursk istiqamətindəki hərbi əməliyyatları davam etdirməsi də nəzərdə tutulur. Mən fürsətdən istifadə edib ölkəmizi uzaqmənzilli silahlarla təchiz etdiyi üçün Böyük Britaniyaya təşəkkür edirəm”.
Zelenski Makrondan razılıq ala bilməyib?
Zelenski daha sonra Fransaya səfər edərək Parisdə fransalı həmkarı Emmanuel Makronla danışıqlar aparıb. O, mətbuata birgə bəyanat zamanı deyib ki, Ukrayna Qərb ölkələrindən zəmanət almaq müqabilində atəşkəs barədə düşünmür. V.Zelenski Ukraynanın Qərb ölkələrindən zəmanət alacağı təqdirdə atəşi dayandıra biləcəyi variantının nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı suala cavabında bildirib: “Bu, bizim müzakirələrimizin mövzusu deyil, heç bir atəşkəs yoxdur, biz bu barədə danışmaq istəmirik. Rusiya mediası bu mövzuya geniş yer ayırır”.
Ukrayna Prezidenti fransız həmkarı ilə danışıqlardan sonra, xüsusilə hərbi, silah-sursatın çatışmazlığı fonunda Fransanın köməyinə ümid etdiyini qeyd edib. Xüsusilə, liderlər uzaq məsafələrdə müəyyən döyüş sursatlarının istifadəsinə icazə verilməsini müzakirə ediblər. Zelenski izah edib ki, bu, Ukrayna üçün lazımdır. Çünki dronlar uzaq məsafələr üçün kifayət etmir.
Öz növbəsində Makron ukraynalı həmkarı ilə görüşün təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, müzakirələr zamanı “yaxşı fikir mübadiləsi” aparılıb: “Bir daha vurğulamaq istərdim ki, Fransa Ukraynanın Rusiyanın təcavüzkar müharibəsinə qarşı həm hərbi, həm də diplomatik sahədə müqavimətini dəstəkləyir”. O, əmin edib ki, Fransa həm silah təminatı məsələsində, həm də Ukrayna əsgərlərinin təlimi məsələsində öz öhdəliklərini yerinə yetirməkdə davam edir.
Ukrayna ilə bağlı növbəti konfransa İtaliya ev sahibliyi edəcək
İtaliyanın paytaxtı Romada isə Zelenski bu ölkənin Baş naziri Corciya Meloni ilə görüşüb. Görüşdə Ukraynadakı hazırkı vəziyyət, hərbi, maliyyə və humanitar sahələrdə ən təcili ehtiyaclar, həmçinin növbəti diplomatik təşəbbüslər və münaqişəyə son qoyulması istiqamətində atılacaq addımlar müzakirə olunub. Birgə mətbuat konfransında xanım Meloni deyib ki, gələn il iyulun 10-dan 11-dək Romada Ukraynanın gələcəkdə yenidən qurulması və bərpasına dair növbəti konfrans keçiriləcək. O, ölkəsinin Ukraynanın gələcək bərpasında öz rolunu oynamağa davam edəcəyini bildirib. Eyni zamanda, İtaliyanın Ukrayna müdafiə sənayesinə dəstəyini davam etdirəcəyi qeyd olunub.
Meloni Rusiya-Ukrayna müharibəsində Kiyevə verdikləri dəstəyin perspektivi olduğunu və Ukraynanın ehtiyacı olduğu müddətcə bu dəstəyi verməyə hazır olduqlarını bildirib. O, bu dəstəyin məqsədinin Ukraynanı sülh masası quracaq vəziyyətə gətirmək olduğunu deyib: “Bu, bir çox insanın qorxaqcasına irəli sürdüyü kimi təslim olmaq mənasını verməyəcək bir sülh masasıdır. Bura hərbi dəstək və enerji də daxil olacaq. Prezident buraya hamımızın ehtiyac duyduğu ədalətli sülhə aparan yolun qurulması üçün öz ideyalarını təqdim etmək üçün gəlib”.
Volodimir Zelenski isə İtaliyanın ölkəsinə güclü dəstək verdiyinə görə C.Meloniyə təşəkkürünü bildirib. O, İtaliyanın Baş naziri ilə çox məhsuldar görüş keçirdiyini deyib: “Ukraynada bu müharibəyə ədalətli son qoymaq üçün hazırladığımız sülh və qələbə planının təfərrüatlarını ən yaxın dostlarımız olan avropalılara təqdim edirik. Plana, onun təfərrüatlarına və bütün strategiyaya marağına görə mən İtaliya hökumətinə minnətdaram”.
Zelenski Roma Papası ilə də görüşüb
Qeyd edək ki, oktyabrın 11-də isə Zelenski Vatikana səfər edərək Roma Papası Fransisklə danışıqlar aparıb. Ukrayna prezidentinin növbəti dayanacağı isə Almaniyanın paytaxtı Berlin olub. Bu səfərdə də məqsəd Kiyevin sülh planının kansler Olaf Şoltsa təqdim edilməsidir. Xatıladaq ki, Volodimir Zelenski əvvəlcə Almaniyanın Ramştayn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclasında iştirak etməli idi. Lakin ABŞ Prezidenti Cozef Bayden “Milton” qasırğası səbəbindən planlarında dəyişikliklər etdiyi üçün sammit təxirə salınıb.
Zelenskinin sülh planı isə 3 əsas elementdən ibarətdir. Bunlara Ukraynaya daha çox silah yardımı, Rusiyanı sülhə məcbur etmək üçün beynəlxalq miqyasda diplomatik səylər göstərmək, 2022-ci il qarşıdurmalarına görə Moskvanın məsuliyyət daşıması kimi müddəalar daxildir. Ukrayna lideri ötən ay BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı bu planı ABŞ prezidenti Co Baydenlə və vitse-prezident Kamala Harrislə müzakirə etmişdi. Bundan əlavə, Ukrayna artıq 20-dən çox ölkə ilə təhlükəsizlik haqqında saziş imzalayıb. Onların arasında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Niderland, Xorvatiya və digər Avropa dövlətləri yer alıblar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxCOP29
14 Noyabr 23:24
COP29
14 Noyabr 22:56
Elm
14 Noyabr 22:35
Sosial
14 Noyabr 22:17
Dünya
14 Noyabr 21:53
Elm
14 Noyabr 21:32
COP29
14 Noyabr 21:14
COP29
14 Noyabr 20:51
COP29
14 Noyabr 20:33
COP29
14 Noyabr 20:18
Xəbər lenti
14 Noyabr 19:57
İqtisadiyyat
14 Noyabr 19:36
COP29
14 Noyabr 19:16
İqtisadiyyat
14 Noyabr 18:53
İdman
14 Noyabr 18:34
YAP xəbərləri
14 Noyabr 18:25
COP29
14 Noyabr 18:13
YAP xəbərləri
14 Noyabr 18:08
Gündəm
14 Noyabr 18:08
YAP xəbərləri
14 Noyabr 17:57
Gündəm
14 Noyabr 17:12
Gündəm
14 Noyabr 17:05
Gündəm
14 Noyabr 16:59
COP29
14 Noyabr 16:35
Xəbər lenti
14 Noyabr 16:29
YAP xəbərləri
14 Noyabr 16:25
YAP xəbərləri
14 Noyabr 16:23
YAP xəbərləri
14 Noyabr 16:21
YAP xəbərləri
14 Noyabr 16:17
YAP xəbərləri
14 Noyabr 16:14
YAP xəbərləri
14 Noyabr 16:13
Gündəm
14 Noyabr 16:12
YAP xəbərləri
14 Noyabr 16:10
YAP xəbərləri
14 Noyabr 16:09
İdman
14 Noyabr 16:07
Gündəm
14 Noyabr 15:50
İdman
14 Noyabr 15:49
Gündəm
14 Noyabr 15:33
YAP xəbərləri
14 Noyabr 15:32
COP29
14 Noyabr 15:31
YAP xəbərləri
14 Noyabr 15:18
YAP xəbərləri
14 Noyabr 15:10
YAP xəbərləri
14 Noyabr 15:08
YAP xəbərləri
14 Noyabr 15:07
Siyasət
14 Noyabr 15:03
COP29
14 Noyabr 14:57
İqtisadiyyat
14 Noyabr 14:56
İdman
14 Noyabr 14:55
COP29
14 Noyabr 14:54
YAP xəbərləri
14 Noyabr 14:52
İqtisadiyyat
14 Noyabr 14:30
İqtisadiyyat
14 Noyabr 14:29
İdman
14 Noyabr 14:23
Gündəm
14 Noyabr 14:19
Siyasət
14 Noyabr 14:15
Elanlar
14 Noyabr 14:14
YAP xəbərləri
14 Noyabr 14:13
YAP xəbərləri
14 Noyabr 14:10
Xəbər lenti
14 Noyabr 14:08
Sosial
14 Noyabr 13:49
Gündəm
14 Noyabr 12:59
Gündəm
14 Noyabr 12:48
Gündəm
14 Noyabr 12:41
Siyasət
14 Noyabr 12:28
Xəbər lenti
14 Noyabr 12:26
Sosial
14 Noyabr 12:25
YAP xəbərləri
14 Noyabr 12:23
YAP xəbərləri
14 Noyabr 12:22
YAP xəbərləri
14 Noyabr 12:20
COP29
14 Noyabr 12:19