Ermənistan sülh prosesinə zərbə vurur
31.10.2012 [02:48]
Bu bir həqiqətdir ki, məhz Ermənistanın qeyri-konstruktiv, işğalçı mövqeyi ucbatından Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Danışıqlar prosesinin müəyyən vaxtlarında işğalçı dövlətin sülh prosesini pozması dəfələrlə baş verib. Və rəsmi Yerevan bu cür qeyri-konstruktiv mövqeyini yenə də davam etdirməkdədir.
Bu dəfə isə işğalçı ölkə Xankəndi hava limanını qeyri-qanuni olaraq istifadəyə vermək cəhdi ilə sülh prosesinə zərbə vurur. Məlum olduğu kimi, Azərbaycan tərəfi dəfələrlə Ermənistanın bu hərəkətinin beynəlxalq hüquqa zidd olduğunu və danışıqlar prosesinə zərbə vurduğunu bəyan edib. Öz növbəsində, məsələyə münasibət bildirən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov da deyib ki, Xankəndi hava limanının istifadəyə verilməsi cəhdləri Ermənistanın avantürasından başqa bir şey deyil. Onun sözlərinə görə, Xankəndi hava limanının fəaliyyət göstərməsi imkanları lazım olan texniki parametrlərə cavab vermir. Digər tərəfdən, başqa ölkələrin Xankəndi ilə hər hansı əlaqəsi yoxdur ki, buradan uçuşlar həyata keçirilsin. Ermənistanın və seperatçı Dağlıq Qarabağ rejiminin Xankəndi hava limanı ilə bağlı avantürist açıqlamalarına münasibət bildirən YAP Sədrinin müavini ermənilərin belə hərəkətlərinin münaqişənin nizamlanması istiqamətində gedən danışıqlara zərbə vurduğunu söyləyib: “Digər tərəfdən beynəlxalq öhdəliklərin və müvafiq qanunların ciddi şəkildə pozulması ilə müşayiət olunan belə hərəkətlər həm Ermənistanın provokasiya xarakterli hərəkətlərini nümayiş etdirir, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesinə zərbə vurur. Azərbaycanın istər bu məsələdə, istərsə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, ədalətə və beynəlxalq hüquqa söykənir”.
Əli Əhmədov Ermənistanın bu cəhdinin nəticə verməyəcəyini qeyd edib.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bildirib ki, Ermənistan bu hərəkətləri ilə status-kvonu saxlamağa çalışır: “İşğal olunmuş Azərbaycan ərazisində hava limanının açılması istəyi beynəlxalq hüququn pozulması deməkdir. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı rəsmi mövqeyi də mövcuddur. Buna görə də, narahat olmağa dəyməz”.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində Azərbaycan diplomatiyası indiyədək ciddi uğurlar qazanıb. Təbii ki, bu diplomatik uğurun əsasında ölkəmizin həyata keçirdiyi düzgün xarici siyasət dayanır. Məhz, bunun nəticəsində Ermənistanın işğalçılıq siyasəti beynəlxalq müstəvidə ifşa olunur, ermənilər artıq dünya ictimaiyyətinə öz yalanlarını inandıra bilmirlər. Amma hər zaman qeyri-konstruktivliyi ilə seçilən Ermənistan öz təcavüzkar qoşunlarını zəbt edilmiş Dağlıq Qarabağ və digər rayonların ərazisindən çıxarmaq istəməməklə, sülhə nail olunmasına əngəl törədir. Bu mənada Ermənistanın işğalçılıq siyasətinin Cənubi Qafqazda sülh və təhlükəsizliyə başlıca maneə olması təkzib olunmaz faktdır. Beynəlxalq birlik bu amili diqqət mərkəzində saxlamalıdır. Diqqətdə saxlamaq lazımdır ki, hələ 1993-cü ildə BMT TŞ-nin bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin hamısında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu qeyd edilib. Bu isə, sülh danışıqları yoluna üstünlük verən Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün hüquqi şərait yaradır.
Digər tərəfdən unutmaq olmaz ki, son dövrlərdə Azərbaycanın xarici siyasətinin əldə etdiyi uğurlar davamlı şəkil alıb. Elə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan fəaliyyətin nəticəsidir ki, BMT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, GUAM ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünün qorunması istiqamətində bəyanatlar verirlər. Bu isə, artıq dünyanın əsl həqiqətləri qəbul etdiyini göstərir.
Onu da qeyd edək ki, beynəlxalq hüquq normaları Azərbaycana hər an hərbi əməliyyatlara başlamağa əsas yaradır. Bununla yanaşı, ölkəmiz yenə də sülh danışıqları əsasında problemin həllini tapmasında maraqlı olduğunu beynəlxalq birliyə, o cümlədən, Minsk qrupunun həmsədrlərinə nümayiş etdirir. Ümumilikdə isə, münaqişənin həlli prosesində real nəticələr əldə etmək üçün həmsədrlər Ermənistanı öz qeyri-konstruktivliyindən çəkindirməli və siyasi-iqtisadi dalana sürüklənməkdə olan rəsmi Yerevan reallıqları qəbul etməlidir. Bu mənada Xankəndi hava limanı ilə bağlı təxribatlara son qoyulmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57

