Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü qeyd edilib
06.07.2018 [09:36]
İyulun 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyev 2002-ci ildə xaricdə yaşayan diasporumuza nəfəs verən Dövlət Komitəsini yaradıb. On altı il əvvəl yaradılan bu komitə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub.
Fuad Muradov Prezident İlham Əliyev tərəfindən diaspor fəallarına, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçilərinə böyük diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edib ki, bu gün ölkədə həyata keçirilən islahatlar bütün istiqamətlərdə olduğu kimi, diaspor fəaliyyətində də çox böyük vüsət alıb.
Komitə sədri iki ay yarım ərzində görülən işlər, etdiyi səfərlər və xaricdəki azərbaycanlılarla keçirdiyi görüşlər barədə hesabat verib. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib.
Sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medallar təqdim edilib.
Tədbirdə Komitənin yeni loqosu, yenilənmiş veb-saytı, ilk dəfə yaradılan diaspor xəritəsi nümayiş etdirilib. Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin himni də hazırlanıb.
Sonda bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videoçarx hazırlanır. Tədbir zamanı onların bir neçəsi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06

