Qanunvericiliyi pozan siyasi partiyaları...
18.08.2023 [10:50]
Hansı cərimələr gözləyir?
Mübariz ABDULLAYEV
Demokratik və hüquqi dövlət quruculuğunu özünün əsas prinsiplərindən biri kimi bəyan edən Azərbaycanda siyasi sistemin daha da təkmilləşdirilməsini hədəfləyən islahatlar davamlı səciyyə daşıyır. Bu çərçivədə hüquqi bazanın möhkəmləndirilməsinə, vətəndaş cəmiyyətinin fəallığının artırılmasına, dövlət idarəçiliyində ictimai nəzarətin gücləndirilməsinə, siyasi konfiqurasiyanın yeni çağırışlara və reallıqlara adekvatlığının təmin olunmasına xüsusi diqqət göstərilir. Cari ilin əvvəlində ölkəmizdə parlamentdə təmsil olunan əksər partiyaların müraciəti əsasında hazırlanan və müxtəlif səviyyələrdə geniş müzakirələri aparılan “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul olundu. Yeni Qanunun qəbulundan sonra respublikamızda siyasi partiyaların qanunvericilik çərçivəsində fəaliyyətlərinə nəzarət gücləndirilib, tələblərə cavab verməyən bir sıra partiyalar isə bağlanıb. Siyasi partiyaların fəaliyyətində rast gəlinən boşluqlar və qanundan kənara çıxma halları ilk növbədə hüquqi tənzimləmə yolu ilə aradan qaldırılır. Eyni zamanda, bundan sonra müxtəlif səpkili nöqsanlara yol verən və qanunvericiliyin tələblərini pozan siyasi partiyalara qarşı cərimələr tətbiq olunacaq. Bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən mümkün olacaq.
Qeydiyyatsız fəaliyyət göstərən partiyalar cərimələnəcəklər
Dəyişikliklərə əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə cərimələr müəyyənləşdirilib. Belə ki, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə ediləcəklər. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərəkətlər istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə və ya fəaliyyət göstərməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştiraka görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimələnəcəklər. Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər üçün yeddi yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eləcə də siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxsləri min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxsləri isə iki min manatdan üç min manatadək məbləğdə cərimə gözləyir.
Xarici ölkələrin partiyaları ilə bağlanan sazişlər gizli saxlanıldıqda...
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, siyasi partiyalar xarici ölkələrin siyasi partiyaları ilə qanunvericiliyə uyğun gəlməyən qaydada əlaqələr qurmalarına, qeyri-qanuni şəkildə ianələr qəbul etmələrinə, bütövlükdə, maliyyə intizamını pozmalarına görə də cərimələr ödəmək məcburiyyətində qalacaqlar. Belə ki,
-Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə -
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiyaya üzv qəbul edilməsinə görə -
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
-Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə görə -
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
-“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən) və ya xarici valyutada vəsaitin siyasi partiya tərəfindən qəbul edilməsinə görə -
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
-Siyasi partiya tərəfindən siyasi partiyanın üzvü və ya digər şəxsdən il ərzində “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdən (dəyərdən) artıq üzvlük haqqının və ya ianənin qəbul edilməsinə görə -
inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
-Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
-Siyasi partiyanın “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin Qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə -
inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin altmış faizindən səksən faizinədək məbləğdə cərimə edilir.
-Siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa görə ianə hesab olunan maddi yardımlar barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim etməməsinə görə - vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
-“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə -
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İnzibati tənbeh almış şəxs bunu gizlətdikdə
Bəhs olunan dəyişikliklərə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə olunacaqlar. Eləcə də Məcəllənin 184.1 - 184.5, 184.8, 184.10, 184.12, 184.14 və 184.15-ci maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimələnəcəklər.
Sahibkarlıq fəaliyyəti cəzalandırılacaq
Dəyişikliklərə əsasən, ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Siyasi partiya tərəfindən dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsinə görə isə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimələnəcəklər.
Xəbər lenti
Hamısına bax 
                    Dünya
31 Oktyabr 23:46
 
                    Siyasət
31 Oktyabr 23:41
 
                    Daxili siyasət
31 Oktyabr 23:32
 
                    YAP xəbərləri
31 Oktyabr 23:27
 
                    Siyasət
31 Oktyabr 23:22
 
                    Dünya
31 Oktyabr 23:18
 
                    Dünya
31 Oktyabr 22:51
 
                    Dünya
31 Oktyabr 22:45
 
                    Dünya
31 Oktyabr 22:17
 
                    Dünya
31 Oktyabr 21:59
 
                    Dünya
31 Oktyabr 21:26
 
                    YAP xəbərləri
31 Oktyabr 21:05
 
                    Dünya
31 Oktyabr 20:58
 
                    Hadisə
31 Oktyabr 20:35
 
                    Sosial
31 Oktyabr 20:19
 
                    İqtisadiyyat
31 Oktyabr 19:46
 
                    Dünya
31 Oktyabr 19:31
 
                    Sosial
31 Oktyabr 19:11
 
                    Siyasət
31 Oktyabr 18:33
 
                    YAP xəbərləri
31 Oktyabr 18:14
 
                    YAP xəbərləri
31 Oktyabr 18:02
 
                    YAP xəbərləri
31 Oktyabr 17:53
 
                    YAP xəbərləri
31 Oktyabr 17:50
 
                    İqtisadiyyat
31 Oktyabr 17:25
 
                    Hadisə
31 Oktyabr 17:09
 
                    Dünya
31 Oktyabr 16:41
 
                    Siyasət
31 Oktyabr 16:19
 
                    Sosial
31 Oktyabr 16:18
 
                    Hadisə
31 Oktyabr 16:13
 
                    Dünya
31 Oktyabr 15:32
 
                    Dünya
31 Oktyabr 15:06
 
                    Hadisə
31 Oktyabr 14:53
 
                    Sosial
31 Oktyabr 14:52
 
                    Dünya
31 Oktyabr 14:20
 
                    Dünya
31 Oktyabr 13:53
 
                    Dünya
31 Oktyabr 13:30
 
                    Dünya
31 Oktyabr 13:19
 
                    Dünya
31 Oktyabr 12:46
 
                    YAP xəbərləri
31 Oktyabr 12:33
 
                    Siyasət
31 Oktyabr 12:25
 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
| B | Be | Ça | Ç | Ca | C | Ş | 
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 
| 30 | 
 
                             
                    
 
                        