Yeni qanun layihəsinə edilən dəyişikliklər...
01.12.2022 [10:12]
Siyasi partiyalar dəyişiklikləri müsbət qarşılayır
Xəbər verildiyi kimi, noyabrın 29-da “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. 6 fəsil və 30 maddədən ibarət qanun layihəsi birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, layihənin ilkin variantı ilə bağlı keçirilən ictimai müzakirələrdən sonra layihədə bir sıra dəyişikliklər edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti, təbliğat və təşviqat prosesini genişləndirmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib. Layihənin ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirilib.
Bundan əlavə, layihədə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılması qaydası da müəyyənləşib. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla yanaşı, parlamentdən kənarda qalan partiyalara da maliyyə veriləcək. Bu, qanunun müvafiq maddələri ilə tənzimlənəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında da olduğu kimi, siyasi partiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunacaq.
Eyni zamanda, layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi. Yenilənmiş varianta görə, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək.
Vurğulayaq ki, “Siyasi partiyalar haqqında” mövcud Qanun 30 il bundan əvvəl - 1992-ci ildə qəbul edilib. Bu mənada, qanunun da yenilənməsinə ehtiyac duyulur. Yeni sənədin isə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcəyi gözlənilir.
Tahir Kərimli: Qanun layihəsində edilən dəyişikliklər olduqca müsbətdir
Ölkəmizdə davamlı islahatların aparıldığını diqqətə çatdıran Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, eyni zamanda, siyasi mühitin daha da demokratikləşdirmə prosesi davam etməkdədir. Yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin inkişafı dayanır ki, bu da, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtdir. Millət vəkili vurğulayıb ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz: “Bu gün siyasi partiyaların siyasi sistemə töhfələr verməsi üçün geniş spektr mexanizmi mövcuddur. Siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı, müasir dövrün çağırışlarındandır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına bu islahatların tərkib hissəsi kimi baxmaq gərəkir. Fikrimcə, layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub. Yeni variantda qanun layihəsində edilən dəyişikliklər olduqca müsbətdir. Artıq birinci oxunuşda qanun layihəsi qəbul edilib. Növbəti proseslərin də nəticəsi olaraq müasir siyasi tələblərə cavab verən, təkmil yeni qanun layihəsini qəbul edəcəyimizə inanıram”.
Razi Nurullayev: Yeni qanun Azərbaycanın siyasi həyatına yeni nəfəs gətirəcək
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də Siyasi partiyalar haqqında yeni qanun layihəsinin Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin iştirakı ilə ictimai müzakirələrə təqdim edilməsini, orada dəyişikliklərin olunmasını müsbət hal kimi dəyərləndirib: “Bu müzakirələrdən sonra layihəyə 60-dan çox dəyişikliklər edildi. Demək olar ki, siyasi partiyaların irəli sürdüyü bütün əsas məsələlərlə bağlı təkliflər nəzərə alındı. Ümumilikdə, bu qanun Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda, siyasi partiyaların da maraqlarına uyğundur. O baxımdan, qanun layihəsinin lehinə səs verdim. Bundan sonrakı mərhələlərdə də bu qanun layihəsini dəstəkləyəcəyəm”.
Partiya sədri vurğulayıb ki, Azərbaycan yeni dövrə qədəm qoyur. Hazırki qanun isə 1992-ci ildə qəbul edilib. Bu qanunun qəbulundan sonra bir sıra hüquqi normativ aktlar qəbul olunub. Bu baxımdan da, qanunun yeni dövrün tələblərinə cavab verməsi zərurətdən irəli gəlirdi. “Yeni qanun həm də Azərbaycanın siyasi həyatını fəallaşdırmaq potensialına malikdir. Layihəyə əsasən hər bir partiyanın 5 min üzvü olmalıdır. Bu isə həm də beş min ailə ilə işləmək deməkdir. İnanıram ki, bu addım Azərbaycanda insanların siyasi fəallığını daha da artıracaq. Digər tərəfdən, bu gün Azərbaycanda çoxsaylı siyasi partiyalar fəaliyyət göstərir. Siyasi partiya isə siyasi hakimiyyətə gəlmək üçün yaranıb. Demək ki, ciddi bir qurum olan siyasi partiya üçün beş min üzv elə də böyük rəqəm sayılmamalıdır. İnanıram ki, yeni qanun Azərbaycanın siyasi həyatına yeni bir nəfəs gətirəcək”, - deyə R.Nurullayev əlavə edib.
Arzuxan Əlizadə: İnanıram ki, yeni qanun partiyalaşma institutunun daha yüksək inkişafına imkan yaradacaq
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də birinci qanun layihəsindən fərqli olaraq ikinci dəfə təqdim olunmuş qanun layihəsində xeyli dəyişikliklərin olduğunu bildirib. Onun fikrincə, partiya üzvlərinin say tərkibinin iki dəfə azaldılması, eləcə də təqdim olunacaq sənədlərin təqdim olunma müddətinin iki dəfə artırılması və digər bu kimi dəyişikliklər təqdiredici haldır: “Qanun layihəsinin birinci oxunuşdan sonra partiya sədrlərinin iştirakı ilə yenidən müzakirəsi ehtimalı da var. Təbii ki, bizim bəzi məsələlərlə bağlı təkliflərimiz mövcuddur. Xüsusi bir məsələni qeyd edim ki, qanunda partiya üzvlərinin identifikasiya kodlarının verilməsi nəzərdə tutulur. Hesab edirik ki, bu, şəxsi məlumatların gizliliyinin pozulmasıdır. Ona görə də həmin müddəanın ümumiyyətlə qanundan çıxarılmasını təklif etmişdik. Ümid edirik ki, qəbul ediləcək qanun sonda partiyalaşma institutunun daha yüksək inkişafına imkan, şərait yaradacaq”.
Elşad Musayev: Müzakirələrdən sonra dəyişikliklərin edilməsi müsbət haldır
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini təşəbbüs baxımından müsbət hal kimi dəyərləndirib. Onun fikrincə, yeni dönəmdə aparılan islahatların tərkib hissəsi sayılan bu qanunun qəbulu siyasi partiyaların cəmiyyətdə rolunu artıra bilər: “Yeni dövrdə yeni qanunun qəbul olunmasına ehtiyac var. Siyasi partiyalar haqqında yeni qanun layihəsinin birinci variantı ilə tanış olmuşduq. Orada bir neçə müddəa vardı ki, onlarla razılaşmaq mümkün deyildi. Bununla bağlı da etirazımızı bildirdik, təkliflərimizi irəli sürdük. Məsələn, siyasi partiyanın Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı tərəfindən təsis edilə bilməsi ilə bağlı müddəa dəyişib. Üzvlərin sayının 10 min olması məsələsi də öz həllini tapıb. Qeyd edim ki, bəzi ölkələrin praktikasında belə say tələbi nəzərdə tutulmur. Çünki insanların həm də siyasi fəaliyyətlə məşğul olmaq hüququ var və bunun qarşısına hansısa şərti qoymaq olmaz. Fikrimcə, siyasi təşkilatların sayı çoxdur deməklə məsələ həll olunmur. Siyasi təşkilatların sayı seçkilər nəticəsində tənzimlənir. Müzakirələrdən sonra dəyişikliklərin edilməsi müsbət haldır. Bəzi nüanslar da var ki, ümid edirəm qarşıdakı müzakirələrdə bu da öz həllini tapacaq. Nəticə etibarı ilə, müasir tələblərə cavab verən siyasi partiyalar haqqında qanunun qəbul ediləcəyinə inanıram. Yeni qanunun ruhunun demokratik olmasını, beynəlxalq proqressiv təcrübəyə uyğun olmasını, sadə və işlək olmasını istəyirik”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Dünya
30 Yanvar 23:31

Xəbər lenti
30 Yanvar 21:45

Xəbər lenti
30 Yanvar 20:54

Xəbər lenti
30 Yanvar 20:20

Xəbər lenti
30 Yanvar 20:03

İqtisadiyyat
30 Yanvar 19:40

Siyasət
30 Yanvar 19:38

Siyasət
30 Yanvar 19:36

İqtisadiyyat
30 Yanvar 19:32

Siyasət
30 Yanvar 19:30

Gündəm
30 Yanvar 19:29

Xəbər lenti
30 Yanvar 19:27

Siyasət
30 Yanvar 19:23

Xəbər lenti
30 Yanvar 19:04

YAP xəbərləri
30 Yanvar 18:38

YAP xəbərləri
30 Yanvar 18:36

Xəbər lenti
30 Yanvar 18:18

Xəbər lenti
30 Yanvar 18:06

Xəbər lenti
30 Yanvar 17:35
.jpg&width=120)
Xəbər lenti
30 Yanvar 16:52

İqtisadiyyat
30 Yanvar 16:34

Xəbər lenti
30 Yanvar 16:26

Siyasət
30 Yanvar 16:00

Xəbər lenti
30 Yanvar 15:45

Xəbər lenti
30 Yanvar 15:33

Xəbər lenti
30 Yanvar 15:31

Xəbər lenti
30 Yanvar 15:25

Dünya
30 Yanvar 14:45

Xəbər lenti
30 Yanvar 14:24

Siyasət
30 Yanvar 13:11

Gündəm
30 Yanvar 13:08

Xəbər lenti
30 Yanvar 12:59

Xəbər lenti
30 Yanvar 12:50

Xəbər lenti
30 Yanvar 12:35

Xəbər lenti
30 Yanvar 12:08

Dünya
30 Yanvar 11:53

Xəbər lenti
30 Yanvar 11:38

Xəbər lenti
30 Yanvar 11:32

Maraqlı
30 Yanvar 11:16

Xəbər lenti
30 Yanvar 11:13

Xəbər lenti
30 Yanvar 11:03

Dünya
30 Yanvar 10:46

Xəbər lenti
30 Yanvar 10:25

Xəbər lenti
30 Yanvar 10:03

Dünya
30 Yanvar 09:51

Xəbər lenti
30 Yanvar 09:45

Xəbər lenti
29 Yanvar 23:19

Xəbər lenti
29 Yanvar 22:37

Xəbər lenti
29 Yanvar 22:33

Xəbər lenti
29 Yanvar 20:14

Xəbər lenti
29 Yanvar 18:16

Xəbər lenti
29 Yanvar 17:41

Siyasət
29 Yanvar 17:38

Xəbər lenti
29 Yanvar 15:57

Dünya
29 Yanvar 15:25

Siyasət
29 Yanvar 13:23

Xəbər lenti
29 Yanvar 12:58

Xəbər lenti
29 Yanvar 11:52

Xəbər lenti
29 Yanvar 11:41

Xəbər lenti
29 Yanvar 11:37

Dünya
29 Yanvar 11:34

Gündəm
28 Yanvar 22:53

Gündəm
28 Yanvar 22:22

Dünya
28 Yanvar 19:40

Xəbər lenti
28 Yanvar 17:20

Xəbər lenti
28 Yanvar 16:20

Xəbər lenti
28 Yanvar 16:18

Xəbər lenti
28 Yanvar 16:15

Xəbər lenti
28 Yanvar 16:14

Xəbər lenti
28 Yanvar 16:11
