Dialoq dönməz proses kimi...
23.11.2022 [10:17]
Siyasi konfiqurasiya yeni mərhələdə
MÜBARİZ
Bütün sahələrdə uğur qazanan və dünyaya yeni inkişaf modeli təqdim edən Azərbaycanın siyasi sistemi də islahatlar yolu ilə təkmilləşir. Prezident
İlham Əliyev tərəfindən irəli sürülən siyasi dialoq təşəbbüsü ayrı-ayrı radikal marginal qruplar istisna olmaqla, ölkədə fəaliyyət göstərən əksər partiyalar tərəfindən dəstəklənir. Siyasi partiyaların müxtəlif məsələlərdə konsensusa nail olmaları isə son nəticədə ölkəmizin milli gücünü artırır.
YAP-ın yubiley tədbirində müxalifət simaları
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbir keçirildi. Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın yubiley tədbiri həm də ölkədə fəaliyyət göstərən ayrı-ayrı müxalifət partiyalarının təmsilçilərinin iştirakı ilə yadda qaldı. Eyni zamanda müxtəlif müxalifət partiyalarının liderlərindən YAP-ın yaradılmasının 30 illik yublieyi ilə bağlı Prezident İlham Əliyevin ünvanına təbriklər daxil olub. Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun təbrikində oxuyuruq: “Lideri olduğunuz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Haqq Ədalət Partiyası adından Sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm. Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının Lideri prezident Heydər Əliyevin əziz xatirəsini bu gün böyük hörmət və ehtiramla yad edir, insanların şüurunda buraxdığı izləri və qəlblərdə yaşatdığı sevgini qürurla xəyalımda canlandırıram.
Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qızıl Fondu adlandırdığı məşhur 91-ləri ehtiramla yada salır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanlarını isə bu Yubiley Bayramı münasibətilə ən xoş duyğularla təbrik etməyi özümə borc bilirəm”.
Prezident, YAP Sədri İlham Əliyevin ünvanına digər bir təbrik Gələcək Azərbaycan Partiyasının fəxri üzvü, Milli Məclisin sabiq sədri Rəsul Quliyevdən gəlib. R. Quliyev ulu öndər Heydər Əliyevin liderliyi ilə qurulmuş Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətlə Prezident İlham Əliyevi partiyanın bugünkü lideri olaraq səmimi qəlbdən təbrik edib, Azərbaycanın şərəfli tarixində uğurlar arzulayıb.
R. Quliyev Yeni Azərbaycan Partiyasının Heydər Əliyevin nüfuzunun əsasında yaradılmış partiya olduğunu, indi də İlham Əliyevin nüfuzunuza söykəndiyini vurğulayıb. “Mən əminəm ki, Siz indiki nüfuzunuzdan istifadə edib Azərbaycanı inkişaf etdirəcək hələ çox islahatlara imza atmış olacaqsınız. Şəxsən mən buna əminəm”, - deyə təbrikdə vurğulanıb.
Siyasi dialoqun, etimad mühitinin təzahürü
Yuxarıda qeyd etdiyimiz faktlar Azərbaycanın müasir mənzərəsinin - siyasi dialoq mühitinin və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasının təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan bu proses uğurla irəliləməkdədir. Respublikamızda siyasi dialoqun genişləndirilməsini və davamlı prosesə çevrilməsini hədəfləyən siyasi islahatların anonsu 2020-ci il martın
10-da altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev tərəfindən verildi. Qeyd edək ki, Milli Məclisin hazırkı tərkibi çoxpartiyalılıq əsasında formalaşıb. Qanunverici orqanın rəhbərliyində müxtəlif partiyaların təmsilçilərinin yer alması Azərbaycanın siyasi mühiti üçün bir yenilikdir. Bu o anlama gəlir ki, respublikamızda partiyalar arasında siyasi baxış fərqliliyi olsa da, bu, ölkənin, xalqın milli maraqları naminə konsensusu inkar etmir. Biz Vətən müharibəsi günlərində respublikamızda fəaliyyət göstərən partiyaların daha güclü siyasi və milli həmrəyliyinin şahidi olduq. Müharibə günlərində 50 siyasi partiya bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Müharibə dövründə xalqımızın, cəmiyyətimizin birlik nümayiş etdirdiyini nəzərə çatdıran Prezident İlham Əliyev bildirib: “Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - Mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi”.
Deyə bilərik ki, ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan siyasi dialoq getdikcə daha dönməz xarakter alır. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, ayrı-ayrı partiyaların qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, qərargahı olmayan partiyalar üçün ofislərin ayrılması və bu kimi digər tədbirlər proseslərə güclü təkan verib. Siyasi dialoq prosesi 2022-ci ilin əvvəlindən daha intensiv hal alıb. Başlanan prosesin davamı olaraq bu il Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində ayrı-ayrı siyasi partiyaların liderlərini qəbul edib. Keçirilən görüşlərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühitinin siyasi sabitliyin əsası olmaqla yanaşı, həm də dayanıqlı inkişafı təmin edən əsas amillərdən biri olduğu vurğulanıb. Bildirildiyi kimi, iqtidar-müxalifət dialoqu bundan sonra da davam etdiriləcək.
Təbii ki, zaman iti sürətlə irəliləyir və qarşıya yeni çağırışlar çıxardır. Siyasi sistemin davamlı olaraq yenilənməsi də bir zərurətə çevrilib. Xəbər verildiyi kimi, Milli Məclisdə siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb. Artıq parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə qanun layihəsinin ictimai dinləməsi keçirilib. Yeni qanun layihəsi ölkəmizdə siyasi müstəvidə həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Layihədə ölkədə siyasi konfiqurasiyanı bundan sonra da təkmilləşdirmək və partiyaların ölkə həyatında daha fəal rol almalarını təmin etmək hədəflənib.
Onu da vurğulayaq ki, respublikamızda yeni siyasi konfiqurasiyanın formalaşmasında YAP müstəsna rol oynayır. Yeni Azərbaycan Partiyasından gələn təşəbbüslər və real müstəvidə görülən işlər ölkənin siyasi mühitində güclü birləşdirici amil qismində çıxış edir. VII qurultayda ayrı-ayrı partiyaların Yeni Azərbaycan Partiyasının ətrafında birləşmələri bütövlükdə ölkəmizdə YAP-a olan böyük inamı ifadə edir.
Xəbər lenti
Hamısına bax 
                    Dünya
31 Oktyabr 23:46
 
                    Siyasət
31 Oktyabr 23:41
 
                    Daxili siyasət
31 Oktyabr 23:32
 
                    YAP xəbərləri
31 Oktyabr 23:27
 
                    Siyasət
31 Oktyabr 23:22
 
                    Dünya
31 Oktyabr 23:18
 
                    Dünya
31 Oktyabr 22:51
 
                    Dünya
31 Oktyabr 22:45
 
                    Dünya
31 Oktyabr 22:17
 
                    Dünya
31 Oktyabr 21:59
 
                    Dünya
31 Oktyabr 21:26
 
                    YAP xəbərləri
31 Oktyabr 21:05
 
                    Dünya
31 Oktyabr 20:58
 
                    Hadisə
31 Oktyabr 20:35
 
                    Sosial
31 Oktyabr 20:19
 
                    İqtisadiyyat
31 Oktyabr 19:46
 
                    Dünya
31 Oktyabr 19:31
 
                    Sosial
31 Oktyabr 19:11
 
                    Siyasət
31 Oktyabr 18:33
 
                    YAP xəbərləri
31 Oktyabr 18:14
 
                    YAP xəbərləri
31 Oktyabr 18:02
 
                    YAP xəbərləri
31 Oktyabr 17:53
 
                    YAP xəbərləri
31 Oktyabr 17:50
 
                    İqtisadiyyat
31 Oktyabr 17:25
 
                    Hadisə
31 Oktyabr 17:09
 
                    Dünya
31 Oktyabr 16:41
 
                    Siyasət
31 Oktyabr 16:19
 
                    Sosial
31 Oktyabr 16:18
 
                    Hadisə
31 Oktyabr 16:13
 
                    Dünya
31 Oktyabr 15:32
 
                    Dünya
31 Oktyabr 15:06
 
                    Hadisə
31 Oktyabr 14:53
 
                    Sosial
31 Oktyabr 14:52
 
                    Dünya
31 Oktyabr 14:20
 
                    Dünya
31 Oktyabr 13:53
 
                    Dünya
31 Oktyabr 13:30
 
                    Dünya
31 Oktyabr 13:19
 
                    Dünya
31 Oktyabr 12:46
 
                    YAP xəbərləri
31 Oktyabr 12:33
 
                    Siyasət
31 Oktyabr 12:25
 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
 
                             
                    
 
                        