/ / KİVDF-nin Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar
KİVDF-nin Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar
18.03.2016 [09:45]
Martın 17-də “Altun Saray” istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq əlamətdar bayramlar ərəfəsinə təsadüf edən belə görüşlərin xoş ənənə halını aldığını bildirib. Ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısından söz açan icraçı direktor bunun nəticəsi kimi Fondun son illərdə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kütləvi informasiya vasitələri ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlərin genişləndirilməsi, habelə mətbuat və teleradio məkanında ədəbi dilin qorunması məqsədilə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib.
İcraçı direktor Fondun ötən il gündəlik, günaşırı və həftəlik nəşr olunan 34 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət üzrə yazıların dərc olunduğunu diqqətə çatdırıb.
Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalistlərin peşəkarlığının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən V.Səfərli Fondun 2015-ci ildə təkbaşına və digər qurumlarla birgə 11 fərdi jurnalist yazıları müsabiqəsi keçirdiyini bildirib: “Bu gün qaliblərinin mükafatlandırılmasına toplaşdığımız müsabiqə yanvarın 28-dən martın 4-dək davam edib. Müsabiqəyə 62 kütləvi informasiya vasitəsindən 155 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Yekun nəticələrə əsasən, hər istiqamət üzrə 6 nəfər, ümumilikdə 90 nəfər jurnalist qalib elan edilib. Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın verilməsi nəzərdə tutulub. Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər martın 16-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırılıblar. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş 15 nəfər jurnalisti mükafatlandıracağıq”.
2016-cı ildə də müxtəlif dövlət qurumları ilə birgə müsabiqələrin keçiriləcəyini diqqətə çatdıran icraçı direktor media nümayəndələrini Fondun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə elan etdiyi və hazırda davam edən müsabiqədə fəal iştiraka çağırıb.
Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənova verilib. Novruz bayramı münasibətilə qonaqları və mətbuat işçilərini təbrik edən Əli Həsənov Fondun fərdi jurnalist yazıları təşkil etməsini və qaliblərin təntənəli şəkildə mükafatlandırılmasını uğurlu ənənə kimi dəyərləndirib. Əli Həsənov bu müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızı Novruz bayramı münasibətilə təbrik etdiyini bildirən Əli Həsənov qeyd edib ki, bu təbrikdə jurnalistlərin də payı var.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi 2016-cı ildə jurnalistlərə şəxsi həyatlarında və peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan hökumətinin KİV-in cəmiyyətin həyatındakı rolunun artırılmasını daim diqqət mərkəzində saxladığını bildirən Əli Həsənov bundan sonra da bu sahəyə lazımi dəstəyin göstəriləcəyini qeyd edib.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, jurnalistlərin cəmiyyətin müsbət harmoniyasının formalaşmasında mühüm xidmətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxladığını deyən Əli Həsənov bildirib ki, bu siyasətin də əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin jurnalistlərə böyük önəm verdiyini bildirən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb ki, dahi şəxsiyyət jurnalistikanın inkişafı ilə bağlı mühüm qərarlar qəbul edib.
Sonra Fondun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qeyd edək ki, qaliblər arasında qəzetimizin əməkdaşı Nadir Azəri də var.
Mükafatlandırma mərasimindən sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bu cür müsabiqənin keçirilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, belə tədbirlər jurnalistlərə yazılarını cəmiyyətə təqdim etmək baxımından da əhəmiyyətlidir. Azərbaycan jurnalistikasının cəmiyyətimizin həyatında mühüm rol oynadığını vurğulayan Əflatun Amaşov bildirib ki, milli mətbuatımız postneft dövrünü yaşayan ölkəmizdə aparılan islahatların cəmiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında yaxından iştirak etməlidir.
Tədbirə yekun vuran Fondun icraçı direktoru rəsmi hissənin yekunlaşdığını bildirərək tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

