“Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda növbəti toplantı keçirilib
03.04.2015 [10:03]
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə imzaladığı tədbirlər planına əsasən aprelin 2-də “Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin etmək və gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürmək olub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbiri açaraq ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində görülən işlərin önəmindən danışıb. O, belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf proseslərinin bütün sahələrə müsbət təsir göstərməsi ilə yanaşı, milli mənəvi dəyərlərin qorunması üçün də geniş imkanlar açdığını söyləyib. Bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilir, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslam dininin aparıcı din olması rəsmi şəkildə təsbit olunmur. Lakin biz İslam dininin dəyərlərini daim qorumuşuq.
M.Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərindən danışaraq qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdış sürətlənib. O, Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə mühüm xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Komitə sədri deyib ki, Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələri də fəaliyyət göstərir və onlara heç bir maneə yoxdur. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunub. Ölkəmizdə heç kim heç vaxt dini baxışına, inancına görə təqib olunmayıb və sıxışdırılmayıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsidir. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verir, ölkəmizdə multikultural mühit hökm sürür.
M. Qurbanlı əlavə edib ki, insanlar arasında ayrı-seçkilik və onların sıxışdırılması təhlükəli nəticələrə gətirib çıxara bilər. Həyat göstərir ki, insanlar mütləq bir araya gəlməlidirlər, sülh, dostluq şəraitində yaşamalıdırlar. Ayrı-ayrı dinlər, mədəniyyətlər arasında qarşıdurma bəşəriyyət üçün təhlükə yarada bilər. Azərbaycanda insanlar digər dinlər və mədəniyyətlərdən bəhrələnsələr də, adət-ənənələrini və İslam dininin dəyərlərinə sadiqliyini dəyişməyiblər.
Sonda tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

