Keçmiş müavini Əli Kərimlini ifşa etdi
25.02.2015 [00:56]
Razi Nurullayev: Əli Kərimli qadın müşavirini əxlaqsız kasetlə şantaj edib
AXCP-dən istefa verən keçmiş sədr müavini Razi Nurullayev partiyadan ayrılma səbəbləri ilə bağlı dünən mətbuat konfransı keçirib. AXCP sədri Əli Kərimlinin partiyada avtoritar idarəetmə yaratdığını bildirən R.Nurullayev ilk olaraq partiyadan ayrılma səbəblərinin verdiyi bəyanatında əks olunduğunu deyib. Onun sözlərinə görə, Ə.Kərimli AXCP-də “gəncləşmə siyasəti” adı altında köhnə partiya üzvlərini sıxışdırmaqla, onların tələblərini birmənalı şəkildə boğmaqla məşğuldur. Belə ki, partiyanın köhnə üzvləri Ə.Kərimlidən daha çox şey tələb edirlər: “Hətta partiyanın Suraxanı rayon təşkilatının sədri Vaqif bəy vəzifəsindən çıxarıldı və onun yerinə Əli Kərimlinin cangüdəni sədr təyin edildi. Amma sonradan Əli Kərimli narazılıqlardan çəkinərək öz qərarını dəyişdi, köhnə sədr öz yerinə qaytarıldı”.
Keçmiş müavin bildirib ki, partiya üzvləri birmənalı şəkildə virtual aləmdə “Əli Kərimli təbliğatı” ilə məşğul olmalı imiş. Hətta partiyanın Rəyasət Heyətinin iclasları belə daha çox sosial şəbəkələrdəki “layklama əməliyyatına” həsr edilirmiş. “Bu iclaslardakı müzakirələrin 80 faizi “Facebook”da “like”ların müzakirəsinə gedirdi. Vicdanlı cəbhəçilər isə belə xırdalığa getməyin əleyhinə idilər. Əli Kərimlinin ətrafındakı şəxslərdən bəzilərinin sosial şəbəkələrdə, hətta 100-ə yaxın saxta profili var. Həmin saxta profillər Əli Kərimlinin əmri ilə hamıya hücum edə bilər. Buna mən də məruz qalmışam. Öz müavininə belə saxta profillərlə hücum əmri verən birisinə nə deyəsən? Hətta mənimlə adi söhbət edən gənc cəbhəçilərin üstünə gedirdi ki, niyə Razi Nurullayevlə danışırsan? Keçmiş cəbhəçi Asəf Quliyev də bu aqibətə məruz qalmışdı”.
R.Nurullayev bildirib ki, Ə.Kərimlinin tələbi ilə rayon təşkilatları “Azadlıq” qəzetinə abunə olunurdularsa belə həmin şəxslərin bu qəzetdə çıxış etməsinə, öz mövqeyini ifadə etməsinə imkan verilmirdi. Bu isə birbaşa Əli Kərimlinin göstərişi ilə həyata keçirilirdi: “Artıq köhnə cəbhəçilər Əli Kərimlinin göstərişlərinə əməl etmirlər. Onlar da ayılıblar. Hətta Rəyasət Heyəti adlanan seçkili orqan da formal xarakter daşıyır. Bütün qərarları Əli Kərimli öz yaxın ətrafı ilə pıçıldaşaraq verir, yerdə qalan Rəyasət Heyəti üzvləri isə yalandan əl qaldırmaq, say artırmaq üçün oradadırlar”.
Onun sözlərinə görə, Əli Kərimli özünün keçmiş müşaviri Zərifə Məhəddinovanı da müşavirlikdən kənarlaşdırandan sonra ona qarşı çirkin ittihamlar səsləndirib. Hətta həmin qadını əxlaqsız kasetlə şantaj edib: “Ona qarşı kəskin ittihamlar səsləndirib. Bundan sonra Əli Kərimli onu yanına çağıraraq şantaj edib”.
R.Nurullayev Ə.Kərimlinin onu evinə dəvət etdiyini və orada onu da şantaj etdiyini vurğulayıb. Belə ki, Ə.Kərimli keçmiş müavininə onunla bağlı faktlara malik olduğunu bildirib: “Məni evinə dəvət edib bildirdi ki, səni maliyyələşdirənlər var. Dedi ki, xarici ölkə səfirliklərindən səni dinləyiblər və kasetin əlimdədir. Mən bu deyilənlərdən narahatam. Bu, o deməkdir ki, həmin səfirliklər siyasətçiləri dinləyir. Mən bu fikirlə bağlı adıçəkilən iki səfirliyə dünən məktub göndərmişəm. Bu gün də buradan müraciət edirəm. Necə ola bilər ki, onlar məni dinləyir və bununla bağlı Əli Kərimliyə məlumat ötürürlər? O, məni tutduğum vəzifədən azad edəndən sonra Amerika səfirliyinə görüşə gedəcəyini dedi. Bu məsələyə aydınlıq gətirilməlidir. Bu, məni narahat edir”.
R.Nurullayev partiyada baş verən maliyyə maxinasiyalarından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, maliyyə işləri birbaşa Ə.Kərimlinin özünün fəaliyyəti olub: “Amma sual yaranır ki, axı, illərdir Əli Kərimli heç bir yerdə işləmir, lakin çox gözəl şəraitdə yaşayır, övladları Londonda dünyaya gəlir, orada oxuyur. Özü cangüdənlərlə gəzir. Əgər, bu adam heç bir yerdə işlərmirsə, bunu nə ilə qarşılayır. Bəs digər cəbhəçilər niyə belə yaşaya bilmir?”.
“Milli şura”da təmsil olunanların belə fərqli fikir söyləyəcəyi təqdirdə Əli Kərimli tərəfindən “vurulacağını” istisna etməyən keçmiş müavin deyib ki, AXCP sədri onu sosial şəbəkələrdə biabır edəcəyi ilə hədələyib: “Mənə bildirdi ki, səni bir günə “Facebook”da satqın elan etdirərəm, biabır edərəm. Bu adamın işi yalnız sosial şəbəkələrdə insanları təhqir etdirməkdir. Məni təhdid edirdi ki, qarşıdan gələn qurultayda sədrin dəyişməsi ilə bağlı təkliflə çıxış etməyim. Axı, bu tələblə çıxış etmək normal bir etikadır. Nə vaxta qədər Əli Kərimli bu postdan yapışıb qalmalıdır?”.
Razi Nurullayev aktiv siyasətdə fəaliyyətini davam etdirəcəyini də bildirib. O, qeyd edib ki, artıq Əli Kərimli ona qarşı hər hansı təzyiq edə bilməz: “Mən Əli Kərimlidən əl çəkməyəcəm. Mənə və cəbhəçilərə etdiklərinə görə cavab verəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

