Daşkəsən rayonunda Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb
13.12.2014 [11:53]
Daşkəsən rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sərəncamı ilə təsdiqlənən tədbirlər planına uyğun olaraq, rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində anma tədbirləri keçirilib, ümumtəhsil məktəblərində inşa-yazı, rəsm müsabiqələri, Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, “dəyirmi masalar”, mədəni-maarif müəssisələrində kitab sərgiləri, fotostendlər, oxucu konfransları təşkil olunub. Dünən isə qeyd edilən tədbirlərin davamı olaraq, rayon ictimaiyyətinin nümayəndələri Ulu öndərin rayon mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzüb, Ulu öndərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələrinin bir qrupu Heydər Əliyev Mərkəzində olub. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib ki, bu gün Azərbaycan xalqı dövlətimizin əldə etdiyi çoxsaylı uğurlara görə Ulu öndərimiz Heydər Əliyevə minnətdardır: “Ulu öndərimiz Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu təmin edən bir rəhbər idi”.
Daha sonra Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında ətraflı məlumat verən İcra Hakimiyyətinin başçısı Ə.Abıyev, həmçinin, deyib ki, bu gün Ulu öndər Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasət Azərbaycana böyük uğurlar qazandırır.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58

