/ / Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya Gününə həsr olunmuş hüquq olimpiadası keçirib
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya Gününə həsr olunmuş hüquq olimpiadası keçirib
14.11.2013 [09:35]
12 noyabr 1995-ci ildə özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin olunması, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi istəyi ilə keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə öz Konstitusiyasını qəbul edib.
Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açıb, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan verib.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.
Ulu öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik edib, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə, bu sənədin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunması üçün gərgin əmək sərf edib.
Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir.
Konstitusiya ədalət mühakiməsini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəlməsinə, hüquqi dövlət quruculuğunda fəal iştiraklarına, konstitusiya nəzarətinin mahiyyətini, əsaslarını və prinsiplərini daha da dərindən öyrənmələrinə daim diqqət yetirir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi mütəmadi olaraq 12 noyabr-Konstitusiya Günü və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görməkdədir.
Bununla bağlı, Konstitusiya Məhkəməsi hər il Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrinin tələbələri arasında hüquq olimpiadası keçirir.
Hüquq olimpiadaları Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə və Sumqayıt şəhərlərinin ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında keçirilib və bu, onların biliklərinin daha da möhkəmlənməsinə xidmət edib.
AzərTAc xəbər verir ki, bu il Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirilib. Təhsil Nazirliyi və rayon icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən olimpiadada 600 gənc iştirak edib, qaliblər müəyyən olunub.
Olimpiadanın nəticələri ilə əlaqədar Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik, Astara və Masallı rayonlarının rəsmiləri və təhsil şöbələrinin rəhbərləri, təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına müraciətini diqqətə çatdırıb.
Bu bilik yarışının tələbələrin və şagirdlərin həyatında mühüm rol oynadığı, olimpiada iştirakçıları arasından gələcəkdə ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyi qeyd edilib.
Tədbirdə, həmçinin Lənkəran, Astara, Lerik icra hakimiyyətlərinin və Masallı rayon Təhsil Şöbəsinin nümayəndələri çıxış edərək iştirakçıları Konstitusiya günü münasibətilə təbrik edib, Olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda olimpiadada yüksək bal toplayaraq fərqlənmiş tələbələrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

