Qubadlı rayon İcra Hakimiyyətində 9 ayın yekunları müzakirə edilib
26.10.2013 [12:26]
Qubadlı rayon İcra Hakimiyyətində cari ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov geniş məruzə ilə çıxış edib.
Çıxışına 9 oktyabrda keçirilən prezident seçkilərinin uğurla başa çatması və Prezident İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə təbriklə başlayan M.İsaqov eyni zamanda, oktyabrın 6-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının proqram xarakterli nitqində irəli sürülmüş müddəa və göstərişləri bir daha diqqətə çatdırıb.
Çıxışında həmçinin, 2013-cü ilin 9 ayının Azərbaycan üçün uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin icra edildiyini vurğulayan İcra Hakimiyyəti başçısı bu uğurların Qubadlı ictimaiyyətinin həyatında da öz parlaq ifadəsini tapdığını qeyd edib. Bildirib ki, hesabat dövründə bu rayondan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib, bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Qubadlıdan olan və Bakı şəhərində yataqxanalarda və Quba rayonunun Nügədi kəndi ərazisində məskunlaşan 43 ailə müvafiq Dövlət Proqramı çərçivəsində Müşviqabad qəsəbəsində inşa edilən yeni şəhərciyə köçürülüb. Ümumilikdə isə, rayon üzrə 145 ailə yeni mənzillə təmin olunub.
M.İsaqov bildirib ki, hazırda Qubadlı rayonundan olan qaçqın və məcburi köçkünlər respublikanın 42 şəhər və rayonunda məskunlaşıblar. Onların böyük əksəriyyəti, yəni, 22 min 400 nəfəri, yaxud 63 faizi Sumqayıt şəhərində, qalan 12 min 900 nəfəri, yaxud 37 faizi respublikanın müxtəlif şəhər və rayonlarında yaşayırlar.
M.İsaqov bildirib ki, hesabat dövründə Qubadlıdan olan məcburi köçkünlərin məskunlaşdığı yerlərdə abadlıq işlərinə də xüsusi diqqət yetirilib. Belə ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən Xıdırlı kənd tam orta məktəbinin, o cümlədən, Ceyranbatan bağ massivində yerləşən Çardaqlı kənd tam orta məktəbinin yolları təmir edilib: “İnşaatçılar” qəsəbəsindəki 8 saylı yataqxananın həyətində 1000 kvadrat metr sahəyə çınqıl tökülməklə asfalt-beton örtük döşənib. Bundan əlavə, “İnşaatçılar” qəsəbəsində köçkünlərin məskunlaşdığı ərazidəki yola və Aşağı Mollu kənd tam orta məktəbi istiqamətində olan yola çınqıl döşənərək təmir işləri aparılıb. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlər də davam etdirilib”.
İcra Hakimiyyətinin başçısı deyib ki, Çaytumas məktəb liseyində əlavə korpus inşa edilib, burada 6 əlavə sinif otağı və akt zalı istifadəyə verilib. Çardaqlı kənd tam orta məktəbində də şagird sıxlığını nəzərə alaraq əlavə 4 sinif otağı tikilib. Hər iki məktəbdə tikilmiş əlavə sinif otaqları istilik sistemi ilə təchiz edilib.
O da qeyd edilib ki, rayon İcra Hakimiyyəti üçün alınmış yeni binada əsaslı təmir və yenidənqurma işləri aparılıb, 150 nəfərlik akt zalı və rayon Tarix diyarşünaslıq muzeyi üçün zal inşa edilib. Binanın ətrafındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işləri bu ərazinin görkəmini büsbütün dəyişib və insanların daimi istirahət məkanına çevrib.
M.İsaqov deyib ki, ötən 9 ay ərzində səhiyyə, mədəniyyət sahələrində də mühüm işlər görülüb. Keçirilən tədbirlər sırasında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin təntənə ilə qeyd edilməsi daha yaddaqalan olub. Cari müddətdə gənclərlə iş və idmanın inkişafı daim diqqət mərkəzində saxlanılıb. Rayon İcra Hakimiyyətinin başçısı aztəminatlı ailələrə göstərilən köməkliklərdən bəhs edərək bildirib ki, cari ilin 9 ayında şəhid ailələrinə yardımlar edilib.
Məruzə ətrafında çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlər barəsində məlumat verib, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıb, təkliflər irəli sürüblər. Bildirilib ki, rayon əhalisi bundan sonra da qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirəcək, ölkənin inkişafı, xalqın rifahı naminə əzmlə çalışacaqlar. Natiqlər Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyduqlarını deyərək, məcburi köçkünlərə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55

