Kəlbəcərlilər xalqımızın xoşbəxt və firavan gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklər
07.10.2013 [09:42]
Məlum olduğu kimi, Azərbaycan xalqı iki gündən sonra yenidən seçki məntəqələrinə gedərək xalqımızın və dövlətimizin gələcək taleyi ilə bağlı çox mühüm seçim edəcək. Heç şübhə yoxdur ki, xalqımız yenə də ədalətli və uzaqgörən qərar verərək cənab İlham Əliyevə etimad göstərəcək. Bunun üçün Azərbaycan xalqının, hər bir vətəndaşın kifayət qədər əsası var. Azərbaycanın son on ildə qazandığı uğurlar fonunda bu reallığı bir daha təsdiq etmiş oluruq ki, möhkəm təmələ əsaslanan siyasət daim ölkəni inkişafa, tərəqqiyə aparır. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli uğurlara imza ataraq dünyanın diqqətindədir. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. 2003-2008-ci illərdə görülən işlər cənab İlham Əliyevin 2008-ci il prezident seçkilərində qələbəsini təmin etdiyi kimi, 2008-2013-cü illərin uğurları da bu ilin prezident seçkilərinin qələbəsini şərtləndirir.
Xalqımız reallığa yüksək dəyər verir. Bu günümüzün əsas reallıqları isə budur ki, inkişafın təməl daşı kimi dəyərləndirilən iqtisadiyyatımız sürətlə inkişaf edir, sosial islahatlar davamlıdır, demokratik təsisatların inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır və beynəlxalq səviyyədə təqdir olunur, eyni zamanda, Azərbaycanın dünya birliyində yeri və rolu artır. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə iqtisadi və siyasi layihələrin həyata keçirilməsinin mümkünsüzlüyü də artan nüfuzunun göstəricisidir.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, paytaxtla bölgələrimiz arasında fərq aradan götürülüb, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Cənab İlham Əliyevin tez-tez paytaxtın ayrı-ayrı rayonlarında, qəsəbələrində, eyni zamanda, bölgələrimizdə olarkən ictimaiyyət nümayəndələri ilə görüşməsi, onların problemləri ilə yaxından tanış olaraq, həmin problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verməsi də ölkə əhalisinə qayğının təzahürüdür. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonların və qəsəbələrin siması əhəmiyyətli dərəcədə dəyişib, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Cənab İlham Əliyev hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılıqda sərəncamlar imzalayır və dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılır. Bu gün Azərbaycan quruculuq meydançasına çevrilib. Regionlar arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti uğurlarımızla fəxr edir, gələcəyə böyük inamla baxırlar. Təbii ki, əhali inkişafa, tərəqqiyə, Azərbaycanın bu gününə və gələcəyinə hesablanmış siyasətə dəstək olacaq. Beynəlxalq qurumların dayanıqlı inkişafın yol xəritəsi kimi dəyərləndirdikləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da qarşıdakı 10 il üçün əsas hədəflər öz əksini tapıb. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər üç dəfə artan ümumi daxili məhsulu daha iki dəfə artırmaq əsas məqsədlərdəndir.
Eyni zamanda, cənab Prezidentin ən çox diqqət ayırdığı məsələlərdən biri də 1991-1993-cü ildə hakimiyyətdə olmuş, xalqımıza böyük bəlalar yaşatmış, bu gün isə utanmadan yenidən hakimiyyətə gəlmək sevdasına düşmüş AXC - “Müsavat” cütlüyünün səriştəsizliyi ucbatından vətənindən didərgin düşmüş, torpaqları işğala məruz qalmış qaçqın və məcburi köçkünlərin problemlərinin həllidir. Hələ 2003-cü ildə vəzifəsinin icrasına başlayanda 5 il ərzində bütün çadır düşərgələrinin ləğv ediləcəyini söyləyən cənab İlham Əliyev çox qısa zamanda bu vədini həyata keçirərək çadır düşərgələrini tamamilə ləğv etdi. Bu düşərgələrdə məskunlaşmış məcburi köçkünlər isə hər cür şəraitlə təmin olunmuş müasir tipli qəsəbələrə köçürüldülər. On minlərlə qaçqın və məcburi köçkün ailəsinə ev verildi, işğaldan azad olunmuş ərazilərdə minlərlə ev bərpa olundu, minlərlə qaçqın və məcburi köçkün işlə təmin edildi. Biz məcburi köçkünlərlə dəfələrlə görüşən cənab İlham Əliyev verdiyi hər bir sözə əməl etdi, yürütdüyü siyasəti gördüyü işlərlə təsdiq etdi.
Məlum olduğu kimi, seçki marafonu başlayan andan Yeni Azərbaycan Partiyası namizədi cənab İlham Əliyevin seçkilərdə qələbəsinə nail olmaq üçün çox geniş və cəmiyyətin bütün təbəqələrini əhatə edən effektiv təbliğat-təşviqat kampaniyası həyata keçirir. Bu kampaniya çərçivəsində Azərbaycanın tanınmış, ictimai nüfuzu yüksək olan ziyalıları, millət vəkilləri, həmçinin, ağsaqqallar və gənclər fəal iştirak edirlər. Bu günə qədər paytaxt və respublikamızın bütün şəhər və rayonlarında, ən ucqar kəndlərdə minlərlə görüşlər, seçicilərlə birbaşa təmaslar olub. O cümlədən, Bakı şəhərində və ətraf rayonlarda müvəqqəti məskunlaşmış soydaşlarımızla görüşlər keçirilib. Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, bu görüşlərdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri də iştirak ediblər. Eyni zamanda, İctimai Birliyin ofisində ziyalılar və gənclərlə görüşlər də keçirilib. Əlbəttə ki, bu görüşlərdə müşahidələrimiz və gəldiyimiz qənaət bu yöndədir ki, Kəlbəcər rayon əhalisi daim dövlətçiliyə, bu dövlətin qurucularına sədaqətlərini nümayiş etdirirlər. Kəlbəcərlilər birmənalı olaraq Ulu öndər və Onun siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevi daim dəstəkləyiblər və bu seçkilərdə də cənab Prezidentə səs verəcəklər. Təbii ki, Kəlbəcər sakinlərinin bu seçimi heç də təsadüfi deyil. Ulu öndər daim kəlbəcərlilərə qayğı göstərib. Bu gün isə bu qayğı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçün hər cür infrastrukturu olan yaşayış evləri tikilərək onların istifadəsinə verilib. Onların sosial problemlərinin həlli istiqamətində coxsaylı Dövlət proqramları qəbul edilib. Hər bir kəlbəcərli Prezidenti ilə qürur duyur. İnanırıq ki, bütün işğal olunmuş torpaqlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında azad olunacaq və yurd-yuvasından didərgin düşmüş bütün soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Azərbaycan və cənab İlham Əliyev bizlərə Ulu öndər Heydər Əliyevin yadigarı və əmanətidir. Mən də hər birinizi seçki günü daha da fəal olmağa və xalqımızın xoşbəxt və firavan gələcəyi naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram.
Qənbər Qurbanov,
Azərbaycan Ağsaqqallar Şurasının üzvü, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

