/ / Azərbaycanda prezident seçkilərinin azad və demokratik keçirilməsi üçün hər cür şərait mövcuddur
Azərbaycanda prezident seçkilərinin azad və demokratik keçirilməsi üçün hər cür şərait mövcuddur
14.09.2013 [18:20]
Seçki kampaniyasının bu günə qədər olan mərhələsi bu reallığı bir daha təsdiqləyir
Məlum olduğu kimi, oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ümumiyyətlə, hər bir ölkənin həyatında seçkilər böyük əhəmiyyət kəsb edir. Yəni, demokratik şəkildə baş tutan seçkilər siyasi sistemin elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirak və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından (seçmək və seçilmək hüququ) sərbəst şəkildə istifadə etməsinə, nəhayət, qanunverici orqanın fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artmasına real zəmin yaradır. Bütün bunlar isə kompleks şəkildə ölkənin siyasi sisteminin demokratikləşdirilməsi prosesinə mühüm töhfələr verməklə yanaşı, siyasi subyektlərin sağlam rəqabətini də əsaslı müstəvidə təmin etmiş olur. Məhz buna görə də, siyasi sistemin və reallığın tələblərinə, qanunauyğunluqlarına müvafiq surətdə demokratiya yolunda addımlayan ölkələr, o cümlədən, Azərbaycan üçün bu seçkilərin legitim və demokratik şəkildə keçirilməsi müstəsna əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, sentyabrın 9-u saat 18.00-da prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi vaxtı bitib. Qanunvericiliyə əsasən, prezidentliyə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə 30 gün qalmış saat 18.00-dək namizədin sənədlərini təqdim etməlidir. Bu tarix də məhz 9 sentyabra təsadüf edir. Xatırladaq ki, avqustun 13-dən imzatoplama kampaniyası başlayıb, sənədlərin qəbuluna isə Mərkəzi Seçki Komissiyasında (MSK) avqustun 20-də start verilib.
Ümumilikdə, seçki prosesinə start veriləndən sonra 22 nəfər Azərbaycan vətəndaşı prezidentliyə namizəd olmaq üçün MSK-ya müraciət edib. Onlardan 21 nəfərin müraciəti təsdiqlənib və onlara imza vərəqələri təqdim olunub. Ancaq imza vərəqələrinin təqdim olunmasının son gününədək müraciət edənlərdən heç də hamısı zəruri sənədləri MSK-ya təqdim etməyib. Zəruri sənədlər toplayanlardan 10 nəfəri artıq qeydiyyata alınmış namizədlərdir.
“Milli şura” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmayıb. Üç nəfər - Əli İsa Ağaevli, İlqar Məmmədov (İlqar Altay) və Qüdrət İsaqov öz təşəbbüsləri ilə seçkidə iştirakdan imtina ediblər. Elşən Həsənov, Yusif İsmayılov, Rauf Quliyev, Hidayət Rüstəmbəyli, Ərəstun Oruclu isə tələb olunan 40 min imzanı toplaya bilmədikləri üçün seçki marafonunun onlar üçün bitdiyini açıqlayıblar. Adıçəkilən şəxslər imza vərəqələrini MSK-ya qaytarmayıblar.
Ümumiyyətlə, hazırki mərhələdə ölkədə seçkiqabağı sosial-siyasi şəraiti müşahidə etdikdə aydın olur ki, Azərbaycanda siyasi sistemin demokratiklik səviyyəsi olduqca yüksəkdir. Bütün bunlar isə siyasi subyektlərin legitim fəaliyyətinə xüsusi stimulverici zəmin yaradır. Ən əsası isə odur ki, seçkiqabağı siyasi sabitlik ən yüksək səviyyədə təmin edilib.
Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi də formalaşdırılıb. Məlum olduğu kimi, Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində təkmilləşdirmə işləri aparılıb. 2010-cu ildə Məcəlləyə edilmiş dəyişikliklər isə seçki müddəti ilə bağlı olub. Xatırladaq ki, 2003-cü ildə Seçki Məcəlləsi qəbul edildiyi zaman seçki kampaniyasının müddəti 120 gün nəzərdə tutulurdu. Hazırda isə qanunvericiliyə əsasən seçki kampaniyasına səsvermə gününə ən azı 60 gün qalmış start verilir.
Seçkilərin demokratik, şəffaf keçirilməsi məqsədilə, MSK tərəfindən də vacib sənədlər qəbul olunub ki, bütün bunlar beynəlxalq seçki təcrübəsinə və Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə əsaslanır. Bu sənədlər sırasına “Azərbaycan Respublikasının Prezidenti seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” təlimat, “Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları” və s. daxildir.
Digər tərəfdən, MSK Dairə Seçki Komissiyalarının sədrləri üçün mütəmadi olaraq kurslar keçir, aşağı seçki komissiya üzvləri üçün isə treninqlər təşkil olunur. Bu yaxınlarda isə həm Bakı şəhərində, həm də bölgələrində seçki prosesinə müdaxilələrin yolverilməzliyi haqqında tədbirlər keçirilib. Həmin tədbirlərdə dövlət nümayəndələri, icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Bu tədbirlərin keçirilməsində məqsəd seçki işi ilə məşğul olanların peşəkarlığının artırılması, icra orqanlarının nümayəndələrinin seçki prosesinə müdaxilələrinin yolverilməz olması ilə əlaqədar maarifləndirmə işlərinin aparılması olub.
Bütün görülən işlər isə ölkə vətəndaşlarının seçki hüququnun təmin edilməsinə xidmət edir. Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün Azərbaycanda hər bir seçicinin öz iradəsini sərbəst şəkildə ifadə etməsi üçün bütün imkanlar var.
Seçki Məcəlləsinin tələblərinə görə, Azərbaycanda seçici siyahıları da hər il dəqiqləşdirilir. Yəni seçkilərin keçirilib - keçirilməməsindən asılı olmayaraq, bu proses həyata keçirilir.
Seçici siyahıları məntəqələrdə səsvermə gününə qədər qanunvericilikdə nəzərdə tutulmuş vaxtda asılır və bununla da, hər bir seçiciyə həmin siyahı ilə tanış olmaq imkanı yaradılır. Əgər seçici öz adını tapa bilmirsə və ya hansısa səhv aşkarlayırsa, onun müraciəti əsasında məntəqə tərəfindən problem aradan qaldırılır. Seçici siyahılarının hazırlanması qaydalarının daha bir üstünlüyü ondan ibarətdir ki, hətta səsvermə günü seçici öz adını siyahıda tapmırsa, şəxsiyyət vəsiqəsini təqdim etməklə problem dərhal həll olunur.
Seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti daim keçirilən seçkilərin geniş beynəlxalq müşahidəçilər missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də, müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. Ümumiyyətlə, Azərbaycanda seçkiləri müşahidə etmək üçün prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Hazırda MSK-da müşahidəçilərin qeydə alınması prosesi davam etməkdədir. Beynəlxalq təşkilatlara gəlincə, artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurasının Parlament Assambleyası, MDB parlamentlərarası Assambleyasının müşahidə missiyalarını müəyyənləşdiriblər. Onlar ölkəmizdə səfər də ediblər. Eyni zamanda, Avropa Parlamenti də ölkəmizdə keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərməyi qərara alıb.
Beləliklə də, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün zəruri addımlar atılıb. Qarşıdakı mərhələdə isə namizədlərin təbliğat-təşviqat kampaniyası başlayacaq. Ümumilikdə seçicilərin bu seçkilərdə öz iradələrini ifadə etmələri üçün bütün imkanlar yaradılıb.
Amma bütün bunlara rəğmən, bəzi müxalifətçilər görülən işlərə kölgə salmağa çalışırlar. Xüsusilə, onlar təbliğat məsələsində yanlışlığa yol verirlər. Nə qədər absurd olsa da, bu düşərgənin mənsubları dövlət siyasətinin təbliği ilə seçkiqabağı təbliğatı səhv salırlar. Belə ki, Cəmil Həsənovun seçki qərargahı iqtidarın namizədinin seçki təbliğat kampaniyasını başlamadan öncə televiziyada çıxışlarının geniş yayılmasını monitorinq edir və bunu guya qanun pozuntusu kimi qiymətləndirir. Seçki qərargahının rəhbəri Arif Hacılı bildirib ki, bununla bağlı MSK-ya şikayətlə müraciət etməyi planlaşdırırlar.
Məsələyə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı münasibət bildirərək radikal müxalifətin Prezident İlham Əliyevin seçkiyə qədər dövlət başçısı kimi fəaliyyətinin dayandırması ilə bağlı iddialarının əsassız olduğunu deyib: “Məsələn, ölkəyə yeni gələn səfir öz etimadnaməsini Prezidentə təqdim etmək istəyirsə, gərək etməsin. Maaşının artımını arzulayan vətəndaş bu fikirlərdən əl çəkməlidir? Yeraltı keçid, körpü istifadəyə hazırdırsa, gərək bağlı saxlansın. Ölkənin təhlükəsizliyi və ya xarici siyasəti ilə bağlı vacib və təxirəsalınmaz hər hansı bir addım, tədbir, görüş bu əcaib təklif verənlərə görə ertələnməlidir. Harada yazılıb ki, prezidentliyə namizəd olan hazırkı Prezident dövlət başçısı səlahiyyətlərindən imtina etməlidir? Telekanalların prezidentin günlük fəaliyyəti ilə bağlı 50 saniyə, 1 dəqiqə xəbər verməsi təklifi anormaldır. Əgər prezident Qarabağ danışıqları ilə bağlı xalqa mühüm mesaj çatdırmaq istəyirsə, o zaman Onun danışığı efirdə yarımçıq kəsilməlidir ki, 50 saniyə keçdi? Təbliğat-təşviqat üçün vaxtın azlığından narazı olan müxalifətin ötən 5 il ərzində rayonlar niyə yadına düşməyib? Cəmil Həsənov deyir ki, “o vətəndaş ki, 1 manatını bizim seçki kampaniyamıza vermək qayğısı ilə yaşayacaq, o, bizim tərəfdarımızdır”. Tərəfdarları saymaq üçün hesabı yoxlamaq da olar: cəmi 509 manat. Əgər kimsə, 1 manat yox, 2 manat veribsə, onda tərəfdarları saymaq bir az da qəlizləşir”.
Ümumiyyətlə, seçkilər dövründə hazırkı dövlət başçısının fəaliyyət göstərməsi bütün dünyada qəbul olunmuş və normal hesab edilən bir haldır. Əgər prezident fəaliyyət göstərirsə, qərarlar qəbul olunursa, cəmiyyət də bu fəaliyyət və qərarlar barədə məlumatlı olmalıdır. Müxalifət dövlət başçısının cari fəaliyyətini təbliğat kimi qələmə verməklə, guya seçki pozuntusunun yol verildiyi görüntüsü yaratmaq istəyir. Amma onlara sual verilə bilər ki, bütün dünyada qəbul olunan təcrübə Azərbaycanda niyə ləğv olunmalıdır? Görünən isə budur ki, həmin düşərgənin qanunvericilikdən, dünya təcrübəsindən xəbəri yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53

