Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Cəmil Həsənli siyasətçi deyil, Rüstəm İbrahimbəyovun primitiv dublyorudur

Cəmil Həsənli siyasətçi deyil, Rüstəm İbrahimbəyovun primitiv dublyorudur

29.08.2013 [09:30]

Radikal müxalifət hakimiyyətin mənbəyini anti-Azərbaycan dairələrdə axtardığı üçün heç bir xarizmaya, siyasi təcrübəyə, liderlik keyfiyyətlərinə, ən əsası, sosial bazaya - elektorata malik olmayan bir dublyoru siyasət meydanına çıxarıb
Anti-Azərbaycan dairələrin direktivlərinin yerinə yetirilməsi missiyası ilə görəvləndirilmiş Rüstəm İbrahimbəyovun qondarma “Milli şura”nın “vahid namizəd”i statusundan məhrum edilməsi öz növbəsində bir çox məqamlardan xəbər verdi. İlk növbədə, bəlli oldu ki, anti-Azərbaycan dairələrin İbrahimbəyovun timsalında yaratdığı ssenari iflasa uğradı və qoca kinorejissor “Milli şura”nın siyasət meydanında oyundan çıxarıldı. Belə olan halda yeni ssenari, o cümlədən “taktiki həmlələr” lazım idi. Bunun üçünsə “ehtiyat oyunçular” skamyasında oturmuş bir şəxsi dublyor olaraq meydana sürmək ehtiyacı yaranmışdı. Çünki “baş qəhrəman” İbrahimbəyov bəzi çətinliklərdən qorxaraq öz rolunu sona qədər ifa edə bilməmişdi... Ortaya atılacaq dublyorun isə siyasi yetkinliyə, xarizmaya, elektorata falan ehtiyacı yox idi. Çünki o, siyasətçi yox, primitiv dublyor statusunda təmsil olunacaqdı... Beləliklə, dağıdıcı müxalifətin və siyasi autsayderlərin cəm olduğu qondarma “Milli şura”da uzun (!) çəkən müzakirələrdən sonra bir dublyor tapıldı. Həmin dublyor “Milli şura” qədər qondarma olan “tarixçi-alim” statusu ilə meydana çıxarılan Cəmil Həsənli idi...
“Milli şura” filmi”nin yeni dublyoru, yaxud Cəmil Həsənli siyasətçi deyil, siyasi dublyordur
Əslində, Cəmil Həsənliyə dublyorluq missiyasının verilməsi çoxdan müəyyənləşdirilmişdi desək, heç də səhv etmərik. Belə ki, anti-Azərbaycan dairələrin və radikal düşərgənin “baş qəhrəman” kimi seçdiyi kosmopolit, ermənipərəst Rüstəm İbrahimbəyovdan heç bir müsbət gözlənti yox idi və bəhs olunan ünsürlər zaman keçdikcə “İbrahimbəyov ssenarisi”nin iflasa uğrayacağını anlayırdılar. Beləliklə, gözləntilər özünü doğrultdu. Yəni, pərdələr endi, İbrahimbəyov tamaşası bitdi, ssenari iflasa uğradı. Lakin bu, bəzi xarici anti-Azərbaycan dairələrinə və onların daxilindəki əlaltılarına sərf etmirdi. O mənada ki, “baş qəhrəman” kimi səciyyələndirilən, amma əslində, özü də anti-Azərbaycan dairələrin dublyoru kimi çıxış edən İbrahimbəyovun “Milli şura” filmi”ndən kənarlaşdırılması bu “filmin” bitməsi təhlükəsini ortaya çıxardı. Buna görə də, siyasi dublyor - Cəmil Həsənli iş başına gətirildi...
İbrahimbəyovun riskli səhnələrdən sığortalanması üçün dublyorluq missiyası verilmiş Cəmil Həsənlidən siyasətçi obrazı yaratmaq cəhdələri isə ilk gündən iflasa uğradı. Elə “ehtiyat vahid namizəd” statusunda ilk dəqiqlərdə verdiyi açıqlamalarla “tarixçi-alim” siyasətçi olmadığını, siyasi yetkinlik və təfəkkürdən yoxsul olduğunu nümayiş etdirdi. Bir sözlə, C.Həsənli öz missiyası çərçivəsində yaxşı dublyor da ola bilmədi və anti-Azərbaycan dairələrin “Milli şura”nın timsalında həyata keçirdiyi dublyor taksikasının, bütövlükdə tamaşa ssenarisinin iflası gerçəkləşdi. Bu isə radikal düşərgə və anti-Azərbaycan dairələr üçün əsl soyuq duş və bumeranq effekti oldu...
Dublyorluq missiyası verilmiş Cəmil Həsənli heç bir xarizmaya və liderlik keyfiyyətlərinə malik deyil
Bu məqamı xüsusi olaraq vurğulamaq gərəkdir ki, prezidentliyə iddiası olan bir şəxs kimi cəmiyyətə sırınmağa çalışan dublyor Cəmil Həsənlidən bundan sonra siyasətçi və ya siyasi lider imici formalaşdırmaq mümkün deyil. Çünki o, siyasi yetkinliyə malik olmadığı qədər həm də hər hansı bir xarizmaya da sahib deyil. Belə olan təqdirdə, onun prezidentliyə iddialı olan siyasətçi və siyasi lider imicinə malik olması, sadəcə olaraq mümkün deyil. Məlumdur ki, siyasi liderlər mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyətləri ilə həmrəylik və bütövlüyün təmin olunmasına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çıxış edirlər. Onlar ən mürəkkəb situasiyalarda özlərinin şəxsi təcrübə və keyfiyyətlərindən xüsusi məharətlə yararlanırlar və təmsil etdiyi qrupun ali mənafeyinin təmin edilməsi missiyasını uğurla yerinə yetirirlər. Belə olan halda, sadəcə dublyorluq missiyası verilmiş, anti-Azərbaycan dairələrin ucuz siyasi vasitəsi kimi çıxış edən C.Həsənlinin siyasi lider kimi cəmiyyətə sırınmağa çalışılması, həmçinin, prezident postuna iddia etməsi gülünc və ikrah doğurucudur...
Uğursuz dublyor seçimi, yaxud siyasətçi kimi qəbul edilməyən Cəmil Həsənlinin elektoratı yoxdur
Onu da qeyd etmək lazımdır ki, bu günə qədər siyasətçi kimi qəbul edilməyən dublyor Cəmil Həsənlinin elektoratı yoxdur. Bu da bir daha təsdiq edir ki, anti-Azərbaycan dairələrin və radikal düşərgənin dublyor seçimi olduqca uğursuz olub. Çünki hakimiyyətin mənbəyinin xalq olduğu demokratik bir ölkədə prezident seçilmək üçün geniş sosial bazaya - elektorata ciddi ehtiyac var. Bu, qələbənin birinci zəruri şərtidir. Amma görünən odur ki, radikal müxalifət hakimiyyətin mənbəyini anti-Azərbaycan dairələrdə axtardığı üçün heç bir xarizmaya, siyasi təcrübəyə, liderlik keyfiyyətlərinə, ən əsası, sosial bazaya - elektorata malik olmayan bir dublyoru siyasət meydanına çıxarıb. Bu isə Cəmil Həsənlinin ssenari çərçivəsində ona verilən səhnələrin öhdəsindən gələ bilməyəcəyini açıq şəkildə ortaya qoyur...
Dublyorun dublyoru olmaq Cəmil Həsənli üçün “ali statusdur”
Yeri gəlmişkən, görünən odur ki, Cəmil Həsənli dublyorluq statusu ilə, daha dəqiq desək hər hansı bir peşəkar siyasətçinin deyil, Rüstəm İbrahimbəyov kimi diletant “siyasətçi”nin dublyoru olmaqla qürur duyur. Əlbəttə, siyasət meydanında heç bir nüfuza və imicə malik olmayan bir şəxsin siyasi dublyor statusu alması onun üçün mühüm uğurdur. Çünki onun öz potensial və qabiliyyəti çərçivəsində siyasət meydanına başqa cür qədəm qoyması mümkün deyil. Görünür, anti-Azərbaycan dairələrin dublyor kimi irəli sürdüyü İbrahimbəyovun “oyundankənar vəziyyətdə” qalması, onun yerinə isə dublyorun dublyoru statusunda “Milli şura” filmi”nin “baş rol”una gətirilməsi “tarixçi-alim” üçün ciddi siyasi uğur kimi qəbul edilib... Bu halda, əminliklə qeyd etmək lazımdır ki, dublyorun dublyoru olmaq Cəmil Həsənli üçün “ali statusdur”.
Yeni dublyor seçimi radikal düşərgənin siyasi iflasını qətiləşdirdi
Sadalananların nəticəsi kimi onu da qeyd edə bilərik ki, yeni dublyor seçimi radikal müxalifətin siyasi iflasını qətiləşdirdi. Zatən “Milli şura”nın fiaskosu radikal müxalifət cəbhəsində yeni qarşıdurma və ziddiyyətlər yaratmışdı. İbrahimbəyovun “Milli şura”nın “baş qəhrəmanı” obrazından uzaqlaşdırılması və onun yerinə Cəmil Həsənlinin dublyor kimi siyasət meydanına sürülməsi isə radikal müxalifətin acı taleyini müəyyənləşdirdi...
Əlbəttə, bütün bunların fonunda belə bir məqam xüsusi olaraq diqqəti çəkdi ki, bu gün radikal müxalifət düşərgəsində baş verənlər bu düşərgədəkilərin siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmiş ünsürlər olduğuna dəlalət edir. Sirr deyil ki, geniş sosial bazaya, reytinqə malik olan, siyasi palitrada rasional fəaliyyət mexanizmi ilə təmsil olunan subyektlər innovativ fəaliyyət mexanizminə malik olur, təmsil etdiyi elektoratın maraqlarının təmin olunması yönündə əhəmiyyətli nailiyyətlər əldə edir və nəticə etibarilə, vətəndaşların önəmli dərəcədə dəstəyini qazanır. Amma radikal müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini xarici qüvvələrin transmilli maraqları üzərində qurduğundan vətəndaşların etinasızlığı ilə qarşılanır. Başqa sözlə, radikal müxalifətin yaşadığı çox ciddi sosial baza problemi, həmçinin korportativ maraqlara xidmət edən fəaliyyət və uğursuz taktiki, strateji seçimlər onların iflasını şərtləndirən növbəti faktor kimi çıxış etdi.
Qısacası, qeyd etdiyimiz kimi, başda radikal müxalifət olmaqla “Milli şura”da təmsil olunan autsayderlər son hadisələrin fonunda iflasa düçar oldu. Əslində, dağıdıcı qüvvələrin mütləq şəkildə iflasa uğraması labüd və qaçılmaz proses idi. Yəni, dağıdıcıların bu fiaskosunu şərtləndirən çoxsaylı faktorlardan bəhs etmək olar. Əsas etibarilə, aşağıdakı faktorlar radikal müxalifətin siyasi palitranın autsayderinə çevrilməsinin səbəbləri qismində göstərilə bilər:
- Birincisi, radikal müxalifət cəbhəsində ilk növbədə lider problemi mövcuddur. Beləliklə, radikal müxalifət düşərgəsində siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu şərtləndirən əsas amillərdəndir. Elə qondarma “Milli şura”da kosmopolit İbrahimbəyovun “lider” kimi müəyyənləşdirilməsi, bunun ardınca isə ondan imtina edilərək meydana dublyorun gətirilməssi bunu göstərən başlıca arqumentlərdəndir.
- İkincisi, dağıdıcı düşərgənin intellektual kadr potensialı mövcud deyil. Kimsəyə sirr deyil ki, kadr potensialı siyasi idarəetmədə mühüm rol oynayır və düzgün strateji, taktiki istiqamətlərin müəyyənləşdirilməsində həlledici xarakter daşıyır. Radikal müxalifətin strateji və taktiki məğlubiyyətini şərtləndirən əsas amillərdən biri də intellektual kadr potensialına sahib olmamalarıdır.
- Üçüncüsü, qeyd etdiyimiz kimi, cəmiyyətin ictimai-siyasi maraqlarına zidd mövqe sərgiləmək və beynəlxalq təzyiq qruplarının himayəsinə sığınmaq radikal müxalifətin davamlı fiaskosunu şərtləndirən növbəti faktorlardandır.
Cəmil Həsənlinin dublyor seçilməsi dağıdıcı düşərgənin son oyunu idi, yaxud “Milli şura” radikalların sonuncu dayanacağı oldu
Beləliklə, səriştəsiz, həmçinin, heç bir xarizmaya və liderlik keyfiyyətlərinə malik olmayan Cəmil Həsənlinin dublyor seçilməsi dağıdıcı düşərgənin son oyunu oldu. Başqa sözlə, “Milli şura” radikalların sonuncu dayanacağına çevrildi.
Ümumiyyətlə, radikal müxalifət nümayəndələri bu günədək müxtəlif qondarma qurumlar və bloklar daxilində “birləşdikləri”ni elan etsələr də, öz aralarındakı mənafe savaşını davam etdiriblər və nəticə tərəflərin fiaskosu ilə müşahidə olunub. Başqa sözlə, daha çox seçkilər ərəfəsində “fəallaşan” dağıdıcı düşərgə təmsilçiləri guya “birləşdikləri”ni bəyan ediblər. Amma son məqamda “mehriban düşmənlər”in savaşı daha kəskin xarakter alıb. Bu gün isə həmin proses “Milli şura” adlanan qondarma qurumun timsalında müşahidə olunur. Belə bir nəticəyə gəlmək olur ki, yerini dublyor Cəmil Həsənliyə verən kosmopolit Rüstəm İbrahimbəyovun adı ilə bağlanan qondarma “Milli şura”nın Azərbaycan cəmiyyətinə aidiyyatı yoxdur və bu qurumun iflası tamamilə qanunauyğundur.
“Vahid namizəd” mifinin sonu və radikal müxalifətin total fiaskosu
“Baş qəhrəman” missiyası verilmiş, əslində isə, dublyorluq vəzifəsini icra edən İbrahimbəyovun “Milli şura” filmindən çıxarılması və səhnəyə yeni dublyorun gətirilməsi eyni zamanda, “vahid namizəd” mifinin sonu və radikal müxalifətin total fiaskosu oldu. Və dağıdıcı düşərgə “Milli şura” çətiri altında əldə etdiyini iddia etdiyi son şansını da itirdi.
Beləliklə, görünən odur ki, radikal müxalifət ötən müddət ərzində özünün siyasi irrasionallığını davam etdirdi və siyasi palitrada yalnız dağıdıcı subyekt qismində təmsil olundu. Onlar siyasi palitrada mövcud olan demokratik şəraitdən heç cür istifadə edə bilmədilər. Dağıdıcı ünsürlər pluralist mühitin fonunda rəqabət əvəzinə dağıdıcı təxribatları, ictimai-siyasi münasibətlər sisteminə qarşı yönəlmiş qəsdləri, ekssess aktlarını (cəmiyyətdə kəskin ziddiyyətlərlə müşayiət edilən toqquşmaların yaranmasına və ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlər) seçməklə autsayderə çevrildilər. Konstruktiv siyasi subyektə çevrilə bilməyən radikal müxalifət bu günə qədər ictimai-siyasi zərurət kimi alternativ ideya istehsal edə bilmədi və rasional fəaliyyət mexanizmindən məhrum oldu. Bir sözlə, dağıdıcı müxalifət normal siyasi mübarizə imkanlarını qiymətləndirə bilmədiyindən cəmiyyəti ən müxtəlif dissonanslarla (qarışıqlıq, ictimai asayişin pozulması ilə təzahür edən xaotik durum) qarşı-qarşıya qoymaq metodunu seçdi. Bu isə, nəticə etibarilə, onların özləri üçün “bumeranq” zərbəsi qismində çıxış etdi və radikal müxalifət tamamilə iflasa uğradı.
Yəni, bu cür siyasi təşkilatlanma və hazırlıq, yoxa bərabər olan sosial baza, həmçinin, “vahid namizəd” seçimində olduğu kimi, “ehtiyat vahid namizəd”, daha doğrusu dublyor seçimində də uğursuzluğa düçar olması radikal müxalifətin seçkilərə yox, iflasa getdiyini aşkar etdi.
Nurlan QƏLƏNDƏROV

Paylaş:
Baxılıb: 1767 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30