Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Mərkəzi Seçki Komissiyası Gəncədə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb

Mərkəzi Seçki Komissiyası Gəncədə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb

06.08.2013 [08:31]

Avqustun 5-də Mərkəzi Seçki Komissiyası (MSK) Gəncədə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarının icrası ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb.
AzərTAc xəbər verir ki, Gəncədəki 37 saylı Nizami I və 38 saylı Nizami II, 39 saylı Kəpəz I və 40 saylı Kəpəz II seçki dairələri dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirilən kurslarda şəhər İcra Hakimiyyətinin məsul işçiləri Şahlar Qocayev, MSK-nın nümayəndələri Baxşeiş Əsgərov və Fərhad Eminbəyli, Kəpəz rayon məhkəməsinin hakimi Nuru Quliyev, rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vasif Əliyev “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması”, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçici siyahıları ilə iş qaydası” və “ Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzəçilər qeyd ediblər ki, ildən-ilə təkmilləşən seçki prosesi zamanı ölkəmizdə uğurlu nailiyyətlərə imza atılır. Artıq vətəndaşlar öz hüquqlarından istifadə edərək qanunlarla idarə olunan seçki prosesində fəallıq göstərirlər. Şəffaf və demokratik yolla keçən seçkilərdə öz vətəndaş hüquqlarından istifadə edirlər.
Bildirilib ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədi ilə təşkil olunmuş bu kurslar Avropanın bir hissəsi olan Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət daşıyır. Natiqlər onu da vurğulayıblar ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də obyektivliyin təmin olunması məqsədi ilə bütün imkanlar yaradılıb. Bunun üçün dairə seçki komissiyaları sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var.
Seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayan məruzəçilər, dairə seçki komissiyaları üzvlərinin məntəqə seçki komissiyalarında maarifləndirmə istiqamətində zəruri işlər aparmalarının zəruriliyindən də danışıblar. Seçki prosesində mənfi hallara qarşı mümkün olan bütün işlərin görülməsinin vacibliyi qeyd edilib.
Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi ixtisaslaşdırılmış kurslar 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarında da uğurla başlanıb. Kurslarda müxtəlif mövzularda çıxış edən rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Abdulla Sadıqov, rayon polis şöbəsinin rəis müavini İqbal Əliyev ölkəmizin əlamətdar hadisə - prezident seçkiləri qarşısında olduğunu qeyd ediblər. Bildirilib ki, bu məsul kampaniyanın qanunvericiliyə uyğun keçirilməsi üçün hər bir Azərbaycan vətəndaşının qarşısında məsul vəzifələr durur. İstər dairə seçki komissiyalarında, istərsə də seçki məntəqələrində bu məsul işə ciddi yanaşılmalı, Azərbaycanın beynəlxalq imicinin qorunması üçün hər kəs üzərinə düşən işin öhdəsindən layiqincə gəlməlidir.
Avsutun 5-də 96 saylı Göranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələri dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda da bir çox məsələlərə aydınlıq gətirilib, seçkilərin şəffaf və demokratik keçirilməsi üçün maraqlı fikirlər səsləndirilib.
Mərkəzi Seçki Komissiyasının məsul işçisi Samir Tağıyev, rayon polis şöbəsinin rəisi Məhəmməd Məmmədov dairə seçki komissiyası üzvlərinin, eləcə də seçki məntəqələrinin sədrləri qarşısında çıxış edərək milyonlarla Azərbaycan vətəndaşının iştirak edəcəyi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün ölkədə hər bir şəraitin yaradıldığını qeyd edib, hər bir seçicinin hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıblar. Artıq Azərbaycanda seçki prosesinin demokratik əsaslarla keçirilməsi üçün bütün qanunverici aktların olduğunu diqqətə çatdıran məruzəçilər onu da əlavə ediblər ki, seçki prosesi zamanı hər bir seçiciyə hörmətlə yanaşılmalı, onun azad və istəyinə uyğun səs verməsi üçün lazımi şərait yaradılmalıdır.
Gədəbəydə keçirilən ixtisaslaşdırılmış kurslarda da maraqlı fikirlər səsləndirilib. 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairələri dairə seçki komissiyalarının binalarında keçirilən kurslarda çıxış edən MSK-nın məsul işçiləri Şahin Əsədov və Əziz Məhərrəmov, rayon prokuroru Allahverdi Səfərov, rayon məhkəməsinin sədri Vahid Sadıqov, rayon polis şöbəsinin rəisi Məhərrəm Quliyev və rayon İcra Hakimiyyətinin məsul işçisi Nizaməddin Quliyev seçki prosesi ilə bağlı qarşıda duran vəzifələrdən danışıb və bildiriblər ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ən sürətlə inkişaf edən ölkələr sırasına çıxıb. İqtisadiyyatımız gündən-günə inkişaf edib, elm, təhsil, səhiyyə və digər sahələrdə misli görünməmiş nailiyyətlər qazanılıb. İndi respublikamız dünya birliyi ölkələri sırasında uğurlu addımlarla irəliləyir. Söz yox ki, bütün bu uğurlar insanların şüurunda da inkişaf meylləri yaradıb. Xüsusilə ölkəmizin seçki prosesində demokratik meyillər ildən-ilə genişlənməkdədir. Bunu ötən seçkilərdə qazanılan uğurlar da bir daha təsdiq edir. Lakin əldə olunmuş nailiyyətlər işin başlanğıcıdır. Ona görə də, qarşıdan gələn prezident seçkilərində hər bir seçicinin öz iradəsini ifadə etməsi üçün şəffaf şərait yaradılmalı, onların seçki məntəqələrinə gələrək sərbəst şəkildə istədikləri namizədə səs vermələri təmin olunmalıdır.
102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasında keçirilən kurslarda çıxış edən MSK-nın məsul işçiləri Tofiq Həsənov və Fərid Orucov, eləcə də rayon məhkəməsinin sədri Nizami Hümbətov ölkəmizin böyük sınaq qarşısında olduğunu qeyd edib və bu məsul kampaniyaya - prezident seçkilərinə ciddi hazırlıq görüldüyünü diqqətə çatdırıblar. Bildirilib ki, seçkilərin azad və demokratik keçirilməsi üçün qanunvericiliyin bütün müddəalarına əməl olunmalıdır. Səsvermə prosesi zamanı heç bir seçicinin arzu və istəyinə müdaxilə etmək olmaz. Seçki prosesi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına qarşı tədbirlər görülməlidir.
Kurslarda iştirakçıların suallarına da aydınlıq gətirilib.
Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının üzvləri üçün keçirdiyi kurslar avqustun 6-da davam edəcək.

Paylaş:
Baxılıb: 1763 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30