/ / Səbail rayonunda 2013-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Səbail rayonunda 2013-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
23.07.2013 [10:42]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında şuranın R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən iclasında müzakirə olunub.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, iclasda sənaye, təhsil və səhiyyə müəssisələrinin, təsərrüfat xidmətlərinin, hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə məlumat verib. Qeyd olunub ki, ölkədə altı ay ərzində ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 11 faiz, kənd təsərrüfatı 5 faiz artıb. İnflyasiyanın cəmi 2 faiz artması müqabilində əhalinin pul gəlirlərində təxminən 7 faiz artım baş verib. Ölkənin strateji valyuta ehtiyatları 48 milyard dollara çatıb ki, bu da Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin real nəticəsidir.
İclasda 2013-cü ilin birinci yarısında Səbail rayonunda görülən işlərdən də bəhs olunub və bildirilib ki, ötən dövrdə sənaye müəssisələri tərəfindən 11616,4 milyon manatlıq məhsul istehsal edilib, 2012-ci müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilən nəqliyyat və rabitə xidmətlərinin həcmi və keyfiyyəti yüksəlib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 1854,8 milyon manat investisiya yönəldilib ki, bu da keçən ilin altı ayına nisbətən 30,7 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmində isə 3,3 dəfə artım qeydə alınıb.
Vurğulanıb ki, hesabat dövründə əhaliyə 122,2 milyon manat məbləğində və ya ötən ilin eyni dövründə olduğundan 22,6 faiz çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən 146,2 milyon manatlıq pullu xidmət göstərilib, pullu xidmətlərin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 2,5 faiz artıb.
Məlumat verilib ki, ötən dövrdə rayon ərazisində 879 daimi iş yeri açılıb. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq rayonda bir sıra əsaslı təmir-tikinti və yenidənqurma işləri görülüb. Həmçinin sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib.
Hesabat dövründə Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 426 ailə müraciət edib, onların müraciəti təmin olunub. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində qeydiyyatda olan 13 min 74 nəfər təqaüdçüyə 17 milyon 262 min 749,25 manat təqaüd və müavinətlər ödənilib. Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 480 nəfər işaxtaran vətəndaş daimi işlə təmin edilib.
Şura iclasında əldə olunmuş nailiyyətlərlə yanaşı, mövcud problemlər və onların həlli yolları, vətəndaşların müraciətlərinə baxılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

