Siyavuş Novruzov: Rüstəm İbrahimbəyov Balayanla 2000-ci ildən sonra çəkdiyi filmlərdən danışsın
02.05.2013 [11:27]
“Gəlin sizinlə bir yerdə çıxaq görək Azərbaycanda ictimai-siyasi xaos var, ya yox? Buradan Əhmədliyə qədər ayaqla, piyada gedək, bir yerdə belə, ictimai-siyasi qeyri-sabitliyə, qeyri-stabilliyə rast gəlsəniz, o zaman deyərsiniz ki, Rüstəm İbrahimbəyov həqiqəti deyir”. Bu fikirləri “Gün.Az”-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
“Amma Rüstəm İbrahimbəyovun ümumiyyətlə, Azərbaycan barədə məlumatı yoxdur. Onun əslində özünün fəaliyyətindən bütövlükdə xəbəri yoxdur” - deyən millət vəkilinin sözlərinə görə, R.İbrahimbəyov heç zaman siyasətlə məşğul olmayıb, heç vaxt dövlət işində çalışmayıb: “...Hərdən də təəssüf edirəm, elə bir təsəvvür yaranıb ki, guya Azərbaycan Afrikanın hansısa bir ölkəsidir, burada qarşıdurma, ay nə bilim, vətəndaş müharibəsi var. Guya gərginlik elə bir vəziyyətə gəlib çatıb ki, hər şey ləğv olunmalıdır, “Milli Şura” yaranmalıdır. Axı, ay qardaş, dövlət var, dövlətin müvafiq orqanları var, onlar fəaliyyət göstərirlər, parlamentin plenar iclaslarında qərarlar, qanunlar qəbul edilir.
Yaxud da, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, ictimai-siyasi sabitlik öz qaydasındadır, insanların sosial problemləri həll olunur, quruculuq-abadlıq işləri görülür. Dünya Azərbaycana həsəd aparır.
Ən böyük tədbirləri, konfransları Azərbaycanda keçirirlər. Bunlar isə deyir ki, xaosdur... Xaos tamam başqa bir şeydir. Xaos olub 90-cı illərdə... 93-cü ildən sonra Azərbaycanda xaos bitib-tükənib...”
S.Novruzov qeyd edib ki, Azərbaycanın öz inkişaf strategiyası var və işlər bu formada da davam edir: “Bunlar da danışmalıdır, o fikirləri deməlidir, mən bunu təbii hesab edirəm. Başqa nə deyə bilərlər ki? Rüstəm İbrahimbəyov deməlidir ki, erməni ilə üç filmi var, gedib Balayanla bir yerdə - keçmişdə yox, 2000-ci illərdə - film çəkərək, onlarla işbirliyi yaradıb, bundan danışmalıdır...
“Ziyalılar Forumu”nun digər üzvü “Daş yuxular” yazıb, bundan danışmalıdır, deməlidir ki, həmin şəxs bununla vətənə “xidmət” edib... Ancaq onları qoyublar bir kənara, Azərbaycanda hansısa xaosdan danışırlar...
Azərbaycanda heç bir ictimai-siyasi xaos yoxdur, ölkədə tam ictimai-siyasi sabitlikdir və seçki üçün də çox gözəl şərait var. Kim istəyir namizədliyini irəli sürə bilər...”
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36

