/ / Yeni Azərbaycan Partiyası ötən 20 ildə şərəfli yol keçərək ən yeni tariximizə adını qızıl hərflərlə yazdırıb
Yeni Azərbaycan Partiyası ötən 20 ildə şərəfli yol keçərək ən yeni tariximizə adını qızıl hərflərlə yazdırıb
21.11.2012 [17:49]
Cəmiyyətin siyasi sisteminin güzgüsü siyasi qurumların fəaliyyətidir, siyasi hakimiyyətin nüfuz göstəriciləridir. Siyasi hakimiyyət iqtisadi, ideoloji, təşkilati-hüquqi təsirlər vasitəsilə, habelə nüfuzun, ənənənin, zorakılığın köməyi ilə insanların, sosial qrupların davranışına təsir göstərmək qabiliyyəti kimi səciyyələnir. Siyasi hakimiyyət insanların birgə fəaliyyətinin təşkili və tənziminin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir. Cəmiyyətin siyasi həyatında iştirak edən dövlət təsisatlarını, siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişliyi, əhatəliliyi ölkənin milli inkişafına təsir göstərir. Bu mənada Azərbaycanın siyasi sisteminin dünyada ən münbit və şəffaf, bu sistemin tərkib hissəsi olan ictimai-siyasi qurumların geniş, açıq, tam demokratik fəaliyyəti üçün möhkəm mexanizmlərin formalaşdığını görmək olar.
Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) möhtəşəmliyinin də birbaşa bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual stratejı proqramında ana xətt təşkil edir. Çoxşaxəli islahatlar, sosial-iqtisadi inkişaf doktrinası YAP-ın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan Yeni Azərbaycan Partiyasının 20 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Ölkənin milli dövlətçilik konsepsiyasını müəyyən etmək, iqtisadi-siyasi sabitliyin davamlılğını möhkəmləndirmək, islahatların konseptlərini və strategiyasını hazırlamaq milli lider faktoru ilə sıx bağlıdır.
YAP-ın möhtəşəmliyinin, zəngin resurslarının, qüdrətinin güclənməsində, ilk növbədə, Partiyanın lideri faktoru mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin partiyanın Sədri olması, Ulu öndər Heydər Əliyev şəxsiyyəti YAP-ın cəmiyyətdə nüfuzunun, qüdrətinin artmasında başlıca amil hesab olunur. Ümummilli lider YAP-ın ideoloji məramını, siyasi proqramını, strategiyasını müəyyən etməklə, həm də, Azərbaycanın müstəqil dövlət kimi inkişaf platformasının istiqamətlərini hazırladı. 1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səs çoxluğu ilə Prezident seçilməsi partiyanın həyatında yeni dövrün əsasını qoydu. Ulu öndərin zəngin siyasi idarəetmə məharəti, milli dövlətçilik ənənələrinə dərindən bələd olması,reformaların mahiyyətini bütün təfərrüatları ilə dərk etməsi və həyata keçirmək qüdrətində olması, praqmatik keyfiyyətləri və digər nadir xüsusiyyətləri müstəqil Azərbaycanın əhatəli inkişaf strategiyasının hazırlanmasına əsaslı baza yaratdı. Ümummilli lider Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək fundamental iqtisadi model hazırladı.
Ötən 20 illik inkişaf trayektoriyasının bütün xətlərində YAP-ın iqtidar partiyası kimi aktiv rolu diqqət çəkir. 20 il ərzində Yeni Azərbaycan Partiyası çox şərəfli bir yol keçib. Yarandığı ildən bəri bu partiya Azərbaycanda milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox taleyüklü problemlərinin aradan qaldırılmasında həlledici rola malik olan bir siyasi təşkilat kimi öz töfhəsini verib.
Yeni Azərbaycan Partiyasının cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən, Heydər Əliyev amallarını yaşadan, Onun layiqli davamçısı, partiyanın Sədri İlham Əliyev amili mühüm rol oynayır. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması YAP-a olan inam və məhəbbəti gücləndirib.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının dayaqları üzərində yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırıb. Azərbaycanın lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən edib. Bu, Azərbaycanın milli dövlətçiliyinin möhkəmlənməsini təmin etməklə bərabər, bölgə ölkələrinin geniş əməkdaşlıq vektorlarının mühüm prinsiplərini özündə ehtiva edir. Bu formula demokratiyanın, milli birliyin, tolerantlığın, sivilizasiyalararası geniş əməkdaşlığın, multikulturalizmin dərinləşməsinə töhfə verici faktor qismində çıxış edir, regionlararası səmimi təmas nöqtələrinin trayektoriyalarını müəyyən edir. Odur ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət öz mühüm nəticələrini göstərməkdədir.Yüz minlərlə yeni iş yerlərinin açılması, əmək haqqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ildən geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşa layiqli həyat təmin etmək üçün əlverişli şərait yaradıb. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə regionun lider dövlətinə çevrilib.
YAP Sədri, Prezident İlham Əliyev Azərbaycanda milli ideya platformasını ən dərin təməllər üzərində inkişaf etdirərək ölkənin sosial-iqtisadi, siyasi-hüquqi proqressiyasının yüksək xətt üzrə irəliləyişini sürətləndirib. Onun ən yeni tarixin qlobal təsirlər və regional proseslər məcrasında mahir və peşəkar siyasi lider kimi çevik qərarları ölkəmizin milli ideoloji bazasını gücləndirib.
YAP-ın məram və məqsədi onun Nizamnaməsi və Proqramında öz əksini tapıb. Partiyanın strateji platforması Azərbaycanın milli inkişaf doktrinasının təməl prinsipləri ilə üzvü vəhdət təşkil edir. Azərbaycan Konstitusiyasında təsbit olunmuş bütün siyasi, sosial, iqtisadi, humanitar demokratik prinsiplər YAP-ın fəaliyyət proqramının ana xəttini təşkil edir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
YAP-ın niyyəti və strateji xətti cəmiyyətə açıqdır. Partiyanın fəaliyyət konsepsiyasının əsası, trendləri Azərbaycanın yüksək inkişafının təmin olunmasından, zənginləşməsindən, dünyada ən qüdrətli dövlətə çevrilməsindən ibarətdir. Partiyanın təqdim etdiyi proqramlar sadəcə vədlər deyil. Birgə səylər nəticəsində hər bir vəd konkret əməli işlə təsdiqlənir. Bu isə YAP-ın cəmiyyətdə nüfuzunun, siyasi çəkisinin daha da artmasına stimul verir. Qanunun aliliyinin təmin edilməsi, ölkədəki sabitliyin daha da möhkəmləndirilməsi, milli təhlükəsizliyin dönməzliyinin qorunması, demokratik islahatların genişləndirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və idarəetmədə müasir kadr potensialının gücündən istifadə olunması, Azərbaycan iqtisadiyyatının milli inkişaf modeli əsasında yeni çağırışlara uyğun idarəedilməsi, innovativ iqtisadiyyatın təmin olunması, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, güclü maliyyə ehtiyatları fonunda orta təbəqənin formalaşdırılması, sosial tərəqqinin gücləndirilməsi Yeni Azərbaycan Partiyasının amalı, qayəsi, konseptual baxışlarıdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sahəsində səylərin artırılması, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, milli təhlükəsizliyin və ölkəmizin hərbi-müdafiə qüdrətinin gücləndirilməsi, respublikamızın dünya birliyində artan nüfuzunun daha da yüksəlməsi, güclü, müasir Azərbaycanın regionda aparıcı aktora çevrilməsinin möhkəmləndirilməsi YAP-ın strateji maraqlarının ifadəsidir. Ötən 20 ildə şərəfli, müqəddəs və Azərbaycanın güclənməsi üçün aktiv fəaliyyəti ilə ən yeni tariximizə qızıl möhürünü vuran YAP qarşıda ölkəmizin qüdrətlənməsi, siyasi-iqtisadi sabitliyin daha da möhkəmlənməsi, islahatların modernləşmə mərhələsinə çatması üçün fəaliyyətinin daha möhtəşəm platformasını gərçəkləşdirməyə hazırlaşır.
Aydın Hüseynov
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

