İcazəsiz aksiyalarda iştiraka görə 5 ilədək həbs...
02.11.2012 [01:08]
Avropanın bir sıra ölkələrində bu məsələ ilə bağlı ağır cəza tədbirləri tətbiq olunur
Məlum olduğu kimi, icazəsiz aksiyalara çıxanlarla bağlı cərimələrin artırılması məsələsi bu günlərdə Milli Məclisin müvafiq komitəsində müzakirəyə çıxarılıb. Bununla bağlı, təklifləri irəli sürən millət vəkili Rəfael Cəbrayılov KİV-ə açıqlamasında bildirib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna və bu qanunun tətbiqi ilə bağlı, İnzibati xətalar və Cinayət məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi sosial sifarişdir. Onun sözlərinə görə, qanunvericiliyin köhnəlmiş müddəaları müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Vurğulamaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinə təklif olunan dəyişikliklərdə razılaşdırılmamış aksiyaların təşkilatçıları ilə iştirakçıları arasında məsuliyyət fərqi müəyyənləşdirilir. Belə ki, indiyədək yalnız icazəsiz aksiyaların təşkilatçıları hərəkətlərinə görə, məsuliyyət daşıyırdılarsa və iştirakçılar isə yalnız ictimai asayişi pozmağa yönəlik hərəkətlərə cəhd etdikdə cərimələnirdilərsə, təklif olunan yeniliklərdə bu hüquqi disbalans aradan qaldırılır. İndiyədək icazəsiz aksiyalarda iştirak edənlər 7 manatdan 13 manatadək cərimələnirdilər. İrəli sürülən təkliflərə əsasən, razılaşdırılmamış aksiyanın təşkilatçıları 1500-3000 manat, vəzifəli şəxslər 3000-6000 manat, hüquqi şəxslər 15000-30000 manat məbləğində cərimələnəcək.
Yeni təkliflərə əsasən, razılaşdırılmamış aksiyalarda iştirak edən şəxslər üçün nəzərdə tutulan cərimələrin məbləğinin də artırılması nəzərdə tutulur. Belə ki, təklifə əsasən, buna cəhd edən vətəndaşlar 500-1000 manat məbləğində cərimələnəcəklər. Vətəndaşların cərimələnməsi ilə bağlı qərar məhkəmə tərəfindən çıxarılacaq. Təklifə görə, məhkəmə vətəndaşın maliyyə imkanları olduğu təqdirdə onu qeyd olunan məbləğdə cərimələyəcək. Əgər vətəndaş cəriməni ödəmə iqtidarında olmayacaqsa, ictimai işlərə cəlb oluna bilər. O bundan da boyun qaçırsa, 15 sutka inzibati həbsə məhkum ediləcək, vətəndaşlar ictimai asayişin pozulmasına cəhd göstərərlərsə, 5000-8000 manat məbləğində cərimələnəcəklər.
Yeni təkliflərə münasibət bildirən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd edib ki, qanunsuz aksiyaların keçirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan cərimələrin artırılması tamamilə düzgündür. Millət vəkili vurğulayıb ki, bu yöndə parlamentin müzakirəsinə çıxarılan müvafiq qanun layihəsi tam məntiqlidir: “Müxalifət partiyalarının bu qanun layihəsi ilə əlaqədar iddialarının heç bir əsası yoxdur. İstənilən ölkənin qanunlarında belə toplantılarla bağlı ciddilik var. Qanunvericiliyə təklif edilən dəyişikliklərin məqsədi qeyri-qanuni aksiyalara çağırışların və insanları buna sövq edənlərin qarşısını almaqdır. Azərbaycanda kütləvi aksiyalar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənir. Bu qanunun tələblərini pozanlara qarşı əvvəllər də cərimələr tətbiq olunub. Cərimələrin miqdarı isə zaman keçdikcə artırılacaq. Başqa ölkələrin təcrübəsində də bu praktika var. Çünki qanunsuz aksiyalar keçirənlər icimai-siyasi, təhlükəsizlik, ictimai asayiş baxımından cəmiyyətə zidd olan hərəkətlərə yol verirlər. Məhz buna görə də, müvafiq qanunlara əlavalər edilir, tələblər artırılır ki, qeyri-qanuni hərəkətlərə rəvac verilməsin. Əgər müxalifət kütləvi aksiyalar keçirmək istəyirsə, qanun çərçivəsində hərəkət etməlidir. Əks halda qanunun tələbləri ilə üzləşəcək. Bu mənada hesab edirəm ki, qanunsuz aksiyalarla bağlı cərimələrin artırılmasını nəzərdə tutan dəyişikliklər tam doğru və məntiqlidir”.
Qeyd etmək lazımdır ki, demokratik ənənələrə sadiqlik nümayiş etdirən Azərbaycan dövləti ölkədə insan hüquq və azadlıqlarının təminatı, bu hüquq və azadlıqların genişləndərilməsi üçün mühüm işlər görür. O cümlədən, ölkəmizdə insanların sərbəst toplaşma azadlıqları da təmin edilir. Azərbaycanda çoxpartiyalı sistem mövcuddur və insanların kütləvi aksiya keçirmələri üçün də ərazilər müəyyənləşdirilib. Lakin, heç bir gücü, elektoratı olmayan radikal müxalifət düşərgəsi hər addımda milli maraqlara, ölkəmizdə gedən inkişafa zərbə vurmaq üçün müxtəlif xarici qüvvələrin də təhriki ilə razılaşdırılmamış aksiyalar keçirməyə, paytaxtın mərkəzi küçələrində insanlara narahatlıqlar verməyə cəhd göstərirlər. İrəli sürülən təkliflər də məhz qanunları pozmağa çalışan qüvvələrin bu cəhdlərinin qarşısının alınmasına yönəlib.
Vurğulamaq lazımdır ki, dünyanın bir sıra aparıcı ölkələrində, o cümlədən, Avropa dövlətlərində qanunsuz aksiya keçirilməsinə cəhd edilməsi olduqca ağır məsuliyyətlərlə tənzimlənir. Məsələn, dünyanın ən demokratik ölkələrindən sayılan İsveçrədə icazəsiz aksiyalara çıxanlara 100 min İsveçrə frankı dəyərində (110 min dollar) cərimə kəsilir. Böyük Britaniyada isə bu cərimə 400 funt sterlinq olaraq müəyyənləşdirilib. Amma aksiya iştirakçısı zorakılıq nümayiş etdirərsə, o zaman təşkilatçılar 2000 funt sterlinq cərimə edilir və ya 5 ilədək həbs olunurlar. Bundan başqa, Böyük Britaniyada razılaşdırılmış aksiyanın marşrutunu dəyişməyə görə 3 aylıq həbs və böyük miqdarda cərimə ödənilir. Fransada polisin “dağılın” əmrinə əməl edilmədikdə iştirakçılar 3 min avrodan 45 min avroya qədər cərimələnirlər. Bundan başqa, Fransada icazəsiz aksiya iştirakçısı bir ilə qədər həbs cəzası da ala bilər. Analoji hal Yaponiyada 50000 iyen cərimə, İsveçdə isə, 2-4 il həbs cəzası ilə cəzalandırılır. Almaniyada icazəsiz aksiyalarda iştirak bir ilə qədər həbs və ya 15 000 avro cərimə ilə nəticələnir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57

