Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / İP-dən yeni istefalar qurumun iç üzünü tam ifşa etdi

İP-dən yeni istefalar qurumun iç üzünü tam ifşa etdi

19.10.2012 [00:51]

Palatadan gedənlər qurumun daxilində antidemokratik şəraitin hökm sürdüyünü söyləyirlər
Xəbər verildiyi kimi, radikal müxalifətin İP-indən aralananlar olub. Belə ki, ilk olaraq qurumun həmtəsisçilərindən sayılan Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqov, ardından isə heç bir partiyanın üzvü olmadığını iddia edən, əslində isə Müsavata yaxınlığı ilə tanınan Ərəstun Oruclu qurumdan ayrılıb. İP-dən aralanmasının səbəblərinə aydınlıq gətirən Ə.Oruclu bildirib ki, qurumun daxilində demokratik ab-hava yoxdur. Onun sözlərinə görə, İctimai Palata partiya, qrup və fərdi maraqların mübarizəsi meydanına çevrilib: “O özü (İP-nəzərdə tutulur) demokratik qurum ola bilmədi və fəaliyyətində rasionallıq ortaya qoymağa müvəffəq olmadı. Qərarların qəbulunda kollegiallıq yarada bilmədi, adından bəlli olduğu kimi, koordinasiya funksiyasını yerinə yetirməli olan Koordinasiya Şurası isə de-fakto İctimai Palatanın qərarverici qurumuna çevrildi. Demokratik dəyərlər uğrunda mübarizəni məhəlli maraqlar uğrunda pərdəarxası çəkişmə və yarışma meyilləri əvəz etdi”.
Ə.Oruclu bildirib ki, belə olan halda isə İctimai Palata üzvlüyündə qalmağın özü səmərəsiz və qeyri-rasional görünür.
Qeyd edək ki, bu, son bir-iki ayda artıq neçənci istefa və ya İP-ə yönəlik qeyri-demokratiya ittihamıdır. Bir müddət öncə AXCP üzvü Xaliq Bahadır bununla bağlı olduqca ağır ittihamlar irəli sürmüşdü, daha sonra isə İP-in üzvü hüquqşünas Elman Cəlilovun təklifləri gündəliyə salınmamışdı.
Göründüyü kimi, İP artıq rəsmi şəkildə radikal düşərgənin simasını açıb cəmiyyətə göstərməkdədir. Baş verənləri bir-bir təhlil etdikdə məsələnin məğzi tam şəkildə ortaya çıxır. Radikal müxalifət düşərgəsinin yarıtmaz İP-inin “düyün” düşdüyü artıq hər kəsə məlumdur. Burada guya birləşən, amma fərqli yollarla irəlilədiklərini hər kəsə açıq-aydın nümayiş etdirən AXCP və Müsavat partiyaları yalançı, qeyri-səmimi birlik görüntüsü yaratmağa çalışsalar da, buna nail ola bilmədilər. Artıq illərdir ki, Azərbaycanın siyasi palitrasında yer almaq, öz siyasi varlığını sübut etmək üçün dəridən-qabıqdan çıxan və birmənalı şəkildə xalq tərəfindən qəbul olunmayan bu radikal düşərgə partiyaları öz zəifliklərini, əslində yoxluqlarını etiraf etmək istəmirlər. Amma reallığın belə olduğunu bütünlüklə cəmiyyət bilir. İllərdir ki, özünü “ana müxalifət”, “əsas müxalifət”, “demokratiyanın qoruyucusu” və bu kimi başqa ayamalarla adlandıran radikal müxalifət partiyaları artıq özləri bildirirlər ki, onlar yoxdurlar və ən əsası iddia etdikləri demokratiyanın onlarla yaxından-uzaqdan əlaqəsi yoxdur.
O ki qaldı İP-in xarici maraqların poliqonuna çevrilməsi məsələsinə, bu da cəmiyyətə bəlli olan bir şeydir. İP-in istəyini, məramını, ən əsası simasını, Azərbaycan xalqı görüb və tanıyıb. Bəlli oldu ki, adını İP qoyduqları bu birlik-ayrılıq oyunu yalnız və yalnız şəxsi maraqlara xidmət göstərmək, xarici pulların qarşılığında dövlətin mənafeyinə zərbə vurmaq üçün hazırlanıb. Demək ki, İP üzvləri gec də olsa bu faktı özləri üçün dəqiqləşdiriblər və İP-in fəaliyyətinin nəyə xidmət etdiyini müəyyənləşdiriblər.
Göründüyü kimi, özünü “demokratiya mücahidi” adlandıran, əslində isə, ən böyük antidemokrat olan, hətta məhdud bir qurumda öz əqidədaşı adlandıran şəxsə qarşı antidemokratik davranış sərgiləyən bu insanlar üçün hər şeydən ümdəsi maraqlı xarici mənbələr tərəfindən maddi maraqlarının təminatıdır. Təbii ki, həmin təminatın qarşılığında da maraqlı xarici qüvvələr bu partiyalardan öz mənafeləri naminə istifadə edirlər. Bu, aşkar şəkildə ortadadır. Ən əsası odur ki, Azərbaycan vətəndaşları hər zaman dövlətinə qarşı olan bu zümrəyə layiqli yerini göstərib və göstərir. Ölkəmizdə keçirilən seçkilərdə 0-1 faiz arası səs toplayan və bununla da hansı gücə, elektorata malik olduğunu nümayiş etdirən radikal düşərgə illərdir ki, bundan nəticə çıxarmır. Hər zaman ölkəmizin uğurlarına kölgə salmağa çalışan radikal düşərgənin anti-Azərbaycan təbliğatında şər-böhtançı ampluasında çıxış etməsi bir daha təsdiq edir ki, onların məqsədi, mövqeyi yalnız ölkəmizin mənafeyinə zərbə vurmaq, imicinə xələl gətirməkdir.
Bəli, İP-in İsa Qəmbərlə Əli Kərimli arasında mübarizə poliqonu olması faktı yenidən təsdiq edildi. Radikal düşərgə təmsilçiləri, partiya funksionerləri bunu nə qədər də ciddi-cəhdlə inkar etməyə çalışsalar da, elə öz dilləri ilə sonradan etiraf etməyə məcbur olurlar. Çünki əlahəzrət fakt faktlığında qalır...
Pərviz SADAYOĞLU
Paylaş:
Baxılıb: 1699 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30