Xankəndi aeroportu ilə bağlı spekulyasiyalar danışıqları uzatmaq məqsədi daşıyır
04.10.2012 [02:41]
Məlum olduğu kimi, son günlərdə Ermənistan kütləvi informasiya vasitələrində Xankəndidə tikilən aeroportun yaxın gələcəkdə istifadəyə veriləcəyi ilə bağlı məlumatlar yayılır. Hətta guya aeroporta hansısa sertifikatın verilməsi barədə açıqlamalar da verilir.
Lakin hər kəsə məlumdur ki, Xankəndi Azərbaycanın işğal altındakı rayonlarından biridir və burada Azərbaycanın icazəsi və razılığı olmadan belə bir addımın atılması tamamilə qanunsuzdur. Bu məsələyə rəsmi Bakı münasibət bildirərək, işğal edilmiş Azərbaycan ərazilərindəki istənilən fəaliyyətin qeyri-qanuni olduğunu, bunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə mənfi təsir göstərdiyini vurğulayıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan KİV-nin Xankəndidə aeroportun istifadəyə verilməsi haqqında yaydığı məlumatı şərh edərkən deyib ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı mövqeyini bildirməlidir, Ermənistanın bu cür qanunsuz fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalıdır.
E.Abdullayevin sözlərinə görə, Ermənistanın fəaliyyəti, yəni, Xankəndidə aeroportun açılması beynəlxalq konvensiyalara və xüsusən Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına ziddir. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyinə qarşı yönəldilmiş faktı diqqətdən kənar saxlamamalıdır.
“Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində status-kvonu bütün vasitələrlə saxlamağa çalışır. ATƏT, BMT və digər beynəlxalq təşkilatlar tutarlı sözlərini deməli və Ermənistanı Azərbaycan ərazilərini boşaltmağa məcbur etməlidirlər” - deyə, E.Abdullayev bildirib.
Güman etmək olar ki, Xankəndidə hava limanının tikilməsi və istifadəyə verilməsinin beynəlxalq hüquqa zidd olmasını, heç bir dövlətin və beynəlxalq qurumun bunu qəbul etməyəcəyini Ermənistan rəhbərliyi də yaxşı anlayır. Lakin buna baxmayaraq, rəsmi Yerevan ara-sıra bu məsələni qaldırmaqla gündəmi istədiyi istiqamətə yönəltməyə çalışır. Çünki məlumdur ki, Dağlıq Qarabağ danışıqları dalana dirənib. Bu yaxınlarda xarici işlər nazirinin müavini Araz Əzimovun mətbuata açıqlamasından da bəlli oldu ki, Ermənistanın qeyri-konstruktivliyi səbəbindən danışıqlar prosesi sadəcə olaraq, ölkə rəhbərlərinin, yüksək rəsmi şəxslərinin ara-sıra keçirilən görüşləri, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri zamanı baş tutan müzakirələrdən ibarətdir.
Bu onu göstərir ki, əslində, rəsmi Yerevanın deməyə sözü qalmayıb. Daha doğrusu, danışıqlar elə bir məqama gəlib çatıb ki, prosesin irəliləməsi Ermənistanın işğalçı niyyətinə cavab vermir. Belə ki, illərlə davam edən fəaliyyətin nəticəsində Minsk qrupunun münaqişənin həlli üçün optimal variantın əksini tapdığı Madrid təklifi hələ də ortadadır. Ermənistan ordusunun Dağlıq Qarabağın ətraf rayonlarından çıxarılmasını, məcburi köçkünlərin evlərinə qayıtmasını, Azərbaycanın ərazi bütövlüyünün qorunmasını, Dağlıq Qarabağın statusunun müəyyən edilməsini və digər məqamları nəzərdə tutan prinsiplərin qəbulu torpaqlarımızın işğaldan azad edilməsinə zəmin formalaşdıra bilər. Sarkisyan rejimi isə hazırda prosesin belə bir sonluğa gətirib çıxarmasını mümkün qədər gecikdirməyə çalışır.
Məhz bu səbəbdəndir ki, Ermənistan tərəfi status-kvonu uzatmağa, diqqəti danışıqlardan yayındırmaq məqsədlə gündəmi başqa məsələlərlə zəbt etməyə çalışır. Xankəndi aeroportundan uçuşların həyata keçiriləcəyi ilə bağlı yayılan məlumatlar da buna xidmət edir.
Xatırladaq ki, Ermənistan tərəfi danışıqlarda fasilə yaratmaq, öz qeyri-konstruktiv mövqeyinə haqq qazandırmaq üçün son bir ayda Ramil Səfərovun məsələsindən də bacardığı qədər yararlanmağa çalışdı. Bildiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələrinin zabitinin yerli və beynəlxalq hüquq əsasında vətənə gətirilərək, əfv olunmasından sonra erməni KİV-i bundan ölkəmizin əleyhinə kampaniya kimi istifadə etdi. Əslində, onlar R.Səfərovun azadlığa çıxmasına qarşı olan fikirlərini hüquqi cəhətdən əsaslandıra bilmədilər və bu mümkün də deyildi. Lakin erməni mediası bu məsələni bir müddət gündəmdə saxlamağa çalışdı. Ermənistan rəhbərliyinin və erməni diasporunun bu məsələni həddən artıq qabartmaq cəhdləri sonda bir sıra Avropa ölkələrinin rəsmiləri tərəfindən də mənfi qarşılandı.
Bu məsələnin artıq aktuallığını itirdiyini görən Ermənistan Xankəndi aeroportundan istifadə məsələsini növbəti dəfə gündəmə gətirməklə yenə də diqqəti yayındırmağa çalışır. Görünən odur ki, Ermənistan rəhbərliyi bu cür “manevrlər” etməklə danışıqlar prosesini uzatmağa, bir qədər vaxt qazanmağa çalışır. Halbuki, vaxtın uzanması Ermənistanın özünün əleyhinə işləyir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34

