XİN nümayəndəsi: Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir
19.06.2025 [08:01]
“Bu il Paris Sazişinin icrasında mühüm bir mərhələni qeyd edirik. Birinci İkiillik Şəffaflıq Hesabatlarının (BTR) təqdim olunması sadəcə prosedur öhdəliyi deyil – bu, ölçülə bilən, hesabatlı və yoxlanıla bilən iqlim fəaliyyətinə dair ortaq məsuliyyətimizin kollektiv təsdiqidir. Bu səylər qlobal iqlim rejimində qarşılıqlı etimadın formalaşması üçün vacibdir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın COP29 sədrliyinin nümayəndəsi, Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi v.i.e. Şahin Şahyarov Bonn İqlim Sammitində “Gücləndirilmiş Şəffaflıq Çərçivəsi üzrə Dialoq” mövzusundakı panel sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir.
“Sədrliyimiz çərçivəsində Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTR) adlı təşəbbüs irəli sürülmüşdür ki, bu platforma tərəflərə – xüsusilə də inkişaf etməkdə olan ölkələrə – BTR-lərin hazırlanması və yekunlaşdırılması prosesində, eləcə də davamlı şəffaflıq səyləri üçün institusional potensialın gücləndirilməsində dəstək göstərməkdə davam edir.
Keçən dövr ərzində BTP çərçivəsində tərəfdaş ölkələr və təşkilatlarla birlikdə Azərbaycan, Toqo, Keniya və Qazaxıstan və digər ölkələrdə bir neçə seminar təşkil olunmuşdur. Bundan əlavə, BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Qlobal İqlim Şəffaflığı Forumu və COP29 zamanı İqlim Şəffaflığı ilə bağlı Nazirlər Səviyyəsində iclas təşkil edilmişdir. Görüşlərdə iqlim şəffaflığı ilə bağlı əldə olunan nəticələr və Azərbaycanın bu istiqamətdə verdiyi töhfə təqdir olunmuş, iqlim hesabatlılığının əhəmiyyəti bir daha vurğulanmışdır.
Hazırkı tarixə qədər 100-dən çox ölkə BTR-lərini təqdim edib ki, bu da qlobal səviyyədə artan siyasi iradə və öhdəliyin bariz göstəricisidir.
Azərbaycan üçün bu, yalnız liderlik məsələsi deyil, həm də həmrəylik və praktiki dəstəyin ifadəsidir. Biz iqlim şəffaflığını həm milli, həm də qlobal səviyyədə ambisiyanın artırılması, hesabatlılığın təmin olunması və daha düzgün iqlim siyasətləri və tədbirlərinin formalaşdırılması üçün mühüm alət hesab edirik. BTP-nin əməkdaşlıq, texniki təcrübə mübadiləsi və potensialın artırılması sahəsində faydalı platforma olması kontekstində Azərbaycan inkişaf etməkdə olan ölkələrin hesabatlılıq sistemlərinin və şəffaflıq çərçivələrinin gücləndirilməsində dəstəyini davam etdirəcəkdir”, - deyə Şahin Şahyarov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21

