/ / COP29 Azərbaycan Əməliyyat Şirkəti akkreditasiya kartlarının əldə edilməsi ilə bağlı məlumat yayıb
COP29 Azərbaycan Əməliyyat Şirkəti akkreditasiya kartlarının əldə edilməsi ilə bağlı məlumat yayıb
25.10.2024 [15:49]
COP29 Azərbaycan Əməliyyat Şirkəti akkreditasiya kartlarının nə vaxt və haradan əldə edilməsi ilə bağlı məlumat yayıb.
AZƏRTAC məlumatı təqdim edir:
Mavi Zona: COP29 çərçivəsində bütün rəsmi sessiyalar, iclaslar, paralel tədbirlər və mətbuat konfranslarının keçiriləcəyi COP29-un Mavi Zonasında media fəaliyyəti üçün iyulun 2-dən etibarən başlamış və yalnız UNFCCC-nin onlayn qeydiyyat sistemi üzərindən aparılan akkreditasiya prosesi oktyabrın 21-də yekunlaşıb.
Media əməkdaşları Mavi Zona üzrə akkreditasiya kartlarını cari il oktyabrın 28-dən etibarən səhər saat 08:00-dan axşam saat 18:00-a qədər tədbir məkanının əsas girişindəki qeydiyyat masalarından təhvil ala bilərlər. Akkreditasiya kartlarını əldə etmək üçün qeydiyyat masalarına UNFCCC qeydiyyatını təsdiq edən elektron məktubun surətini, eləcə də müraciət ərizəsində istifadə edilən fotoşəkilli şəxsiyyət vəsiqəsinin əslini təqdim etmək lazımdır.
Akkreditasiya kartları təhlükəsizlik məqsədləri üçün qeydiyyat masasından ərizəçinin özü tərəfindən mütləq tədbirdən öncə təhvil alınmalıdır.
Mavi Zona akkreditasiyası üzrə suallarınızı onlayn qeydiyyat hesabınız vasitəsilə və ya press@unfccc.int ünvanına yönləndirə bilərsiniz.
Yaşıl Zona: COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan COP29 Yaşıl Zona üzrə media əməkdaşları üçün akkreditasiya prosesi oktyabrın 9-dan başlayıb. Oktyabrın 30-u saat 23:00-da (GMT+4) sona çatacaq akkreditasiya prosesi Yaşıl Zona üzrə xüsusi Media Akkreditasiya portalı üzərindən aparılır. Təsdiq məktubunu aldıqdan sonra sizin COP29 Yaşıl Zonada iştirakınız qeydiyyata alınacaq. Yaşıl Zonaya akkreditasiya kartını qeydiyyat zamanı istifadə etdiyiniz pasport və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə Milli Gimnastika Arenasında yerləşən Uniforma və Akkreditasiya Mərkəzindən (UDAC) əldə edə bilərsiniz.
Yaşıl Zona akkreditasiyası üzrə suallarınızı mediaaccreditation@cop29.az ünvanına yönləndirə bilərsiniz.
Qeyd edək ki, hər iki zona üzrə akkreditasiya kartları noyabrın 11-dən etibarən aktiv olacaq və bu tarixə qədər konfrans məkanına daxil olmaq qadağandır.
1.Media əməkdaşları üçün COP29 zolaqlarına VAPP (avtomobillər üçün giriş və parklama kartı) nəzərdə tutulurmu?
COP29 media nümayəndələrinin şəxsi və xidməti nəqliyyat vasitələrinə COP29 zolaqlarından xüsusi istifadə icazəsi və ya giriş və parklama kartları (VAPP) nəzərdə tutulmayıb. Həm media nümayəndələri, həm də ümumiyyətlə konfrans iştirakçıları üçün konfrans müddətində rahat nəqliyyatın təmin edilməsi üçün müvafiq nəqliyyat sxemi mövcud olacaq. Media nümayəndələri şəxsi, xidməti və ya ictimai nəqliyyat vasitələrindən istifadə edərək şəhərin müxtəlif hissələrində yerləşən 16 nəqliyyat qovşağına çata bilər, buradan xüsusi marşrutlu konfrans avtobuslarından istifadə etməklə isə xüsusi marşrutlu avtobuslar vasitəsilə konfrans məkanına gələ biləcək.
Nəqliyyatla bağlı asan naviqasiya üçün xüsusi olaraq hazırlanmış Rəqəmsal Nəqliyyat Xəritəsi media nümayəndələri və bütün digər konfrans iştirakçılarına konfrans məkanı, nəqliyyat qovşaqları, dayanacaqlar və qonaqlama yerlərini rahat şəkildə müyyənləşdirməyə və ən əlverişli nəqliyyat növünü seçməyə kömək edəcək. Naviqasiyanı asanlaşdıran bu rəqəmsal xəritə hava limanından qonaqlama və tədbir məkanlarına rahat səyahəti təmin edir.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30

