/ / Nissan şirkəti yüksək performansa olan coşğusunu Yaxın Şərqdə “NISMO” brendini təqdim etməklə təsdiqləyib
Nissan şirkəti yüksək performansa olan coşğusunu Yaxın Şərqdə “NISMO” brendini təqdim etməklə təsdiqləyib
13.10.2015 [14:17]
Nissan şirkəti öz “Həyəcanverici İnnovasiya” vədinin məğzi olaraq Patrol NISMO modelini ictimaiyyətə təqdim edib.
· Yüksək performansa malik model Yaxış Şərqdə ictimaiyyətə təqdim olunub
· Möhtəşəm Patrol NISMO dünya premyerası modeli elan edilib
· GT-R NISMO və 370Z NISMO KİV-ə təqdim edilib
Nissan’ın dünyaca məşhur idman və yol avtomobillərinin performans brendi olan NISMO, Dubayda keçirilən möhtəşəm tədbiri ilə Yaxın Şərqdə debüt edib. Bu debüt, şirkətin regionda avtomobil həvəskarları üçün “Həyəcanverici İnnovasiya” vədinin yerinə yetirilməsinə doğru növbəti addım olub.
Öz performans brendini təqdim etməklə yanaşı, Nissan şirkəti həmçinin Patrol NISMO modelinin dünya premyerasını da həyata keçirib. Off-road və idman avtomobillərinin yerli avtomobil həvəskarları üçün necə böyük əhəmiyyət kəsb etdiyindən xəbərdar olan Nissan şirkəti inanır ki, Patrol NISMO modelini Yaxın Şərqdə təqdim etmək üçün ən münasib vaxtdır.
“NISMO, Nissanın “Həyəcanverici İnnovasiya” vədinin əsas məğzidir” – Nissan şirkətinin Yaxın Şərq üzrə İcraçı Direktoru Samir Çerfan bildirib. “Biz əfsanəvi modelimiz olan Nissan Patrolu NISMO avtomobilləri cərgəsinə daxil etmədikcə NISMO-nu regionda təqdim edə bilməzdik. Yüksək performansa malik brendi Yaxın Şərqdə təqdim etmək və Patrol NISMO modelini dünya premyerası modeli kimi nümayiş etdirmək, bütün müştərilərimizin möhtəşəm sürüş təcrübəsi qazana bilməsini mümkün etmək istiqamətində üzərimizə götürdüyümüz öhdəliyin sübutudur”.
Öz yüksək performanslı yol avtomobilləri xəttinin bir hissəsi kimi, Nissan 3 NISMO modelini – 370Z NISMO, GT-R NISMO və Patrol NISMO modellərini nümayiş etdirib.
Regionun yüksək performanslı avtomobillərin çoxluğu ilə öyünməsini və Nissan’ın etibarlı idman avtomobilləri brendi kimi uğurlu nüfuzunu nəzərə alsaq, Yaponiyanın qabaqcıl avtomobil istehsalçısı inanır ki, NISMO Yaxın Şərq bazarında güclü rezonansa səbəb olacaq.
“Regiona girdiyimiz vaxtdan etibarən Nissan müstəsna keyfiyyəti, performansı, yenilikçiliyi və etibarlılığı ilə tanınan güclü və püxtələşmiş bir avtomobil brendi formalaşdırıb. İdman və off-road avtomobillərin istehsalında uzunmüddətli uğur tarixçəmizi də bura əlavə etsək, inanırıq ki, tamamilə yeni NISMO modellərimizlə son dərəcə mükəmməl və möhtəşəm təəssüratlar təklif etməkdə Nissan brendi unikal mövqeyə sahibdir” – Cənab Çerfan öz sözlərinə əlavə edib.
NISMO idman avtomobilləri aləmində artıq məşhurdur və hal-hazırda o, Nissan şirkətinin eksklüziv performansa malik yol avtomobil brendi kimi digər bazarlara açılır.
Normalara meydan oxumaq üçün innovativ həllərin cəsarətli və ağıllı şəkildə tətbiq edildiyi yenilikçi yapon mühəndisliyi ruhunda dərin kök salmış NISMO avtomobilləri, idman üslublu aerodinamikası və stili, təkmilləşdirilmiş idarəetmə xarakterisitikaları və təkrarsız çevikliyi ilə həyəcanverici sürüş təəssüratları bəxş edir.
Samir Çerfanın sözlərinə əsasən, NISMO Nissan’ın uzunmüddətli istehsalat planının mühüm bir hissəsidir. “Biz NISMO-nun avtomobillərimizin sırasına əlavə olunmasını, regionda uğurlu idman avtomobilləri irsimizə əsaslanan biznesin genişlənməsinə dair strategiyamızın əsas elementi kimi görürük. NISMO brendi, avtomobillər silsiləsinə yüksək dəyərə sahib, etibarlı və arzu olunan bir əlavədir və bu brendi Yaxın Şərqə gətirdiyimiz üçün qürur hissi keçiririk”.
Təqdim olunmuş hər 3 NISMO modeli NISMO DNA yığımı əsasında dizayn edilib və idman avtomobilləri aerodinamikası və üslubuna, təkmilləşdirilmiş idarəetmə xarakterisitikalarına və təkrarsız çevikliyə malikdir. NISMO-nun dizaynına məxsus bəzi fərqləndirici əlamətlərə qırmızı zolaqlar və qapların üstündəki qırmızı güzgülər daxildir. Başgicəlləndirici NISMO modellərini bu səciyyəvi xüsusiyyətlərə əsasən dərhal tanımaq olur.
Nissan şirkəti inanır ki, NISMO modelinin uğuruna səbəb, onun performansını müstəsna şəkildə təkmilləşdirən premium dizaynı, təkmilləşdirilmiş idarəetmə sistemi və asqı sistemidir.
NISMO modelləri tələbkar idman avtomobilləri arenası çərçivəsində işlənib-hazırlanmış və sınaqdan keçirilmiş qabaqcıl texnologiyalarla təchiz edilib. Öz müvafiq standart versiyaları ilə müqayisədə, sürücülərə həyəcanverici sürüş təcrübəsi qazandırmaq üçün NISMO modelləri idman avtomobillərinə xas aerodinamik dizayna, möhtəşəm idarəetməyə, təkmilləşdirilmiş sürət sisteminə və idman avtomobillərinin sürüş dinamikasına malikdir.
NISMO 1984-cü ilin sentyabr ayında Nissan Motor Company (Nissan) şirkətinin idman avtomobilləri sahəsində bütün fəaliyyətlərini dəstəkləmək üçün təsis edilmiş xüsusi şirkətdir. NISMO, Nissan şirkətinin performans brendi və innovativ və həyəcanverici modellərindən biridir.
Patrol NISMO
· Nissanın əfsanəvi SUV-Patrol modelinin yarışlardan ilham alaraq dizayn edilmiş versiyası
· Həyəcanverici performans üçün 428 at gücü
· 70%-dən çox dövretmə tezliyi diapazonu ilə dövretmə anının təkmilləşməsi
· NISMO® 22" RAYS® dəmir qurşaqlı, xəlitəli təkərlər
· təkmilləşdirilmiş və rahat idarəetmə üçün “Bilstein” amortizatorlarına malik NISMO® nizamlı asqı
· Takumi nizamlı Mühərrik
· Dəqiq idarəetmə və cəld reaksiya üçün fərdiləşdirilmiş gövdə gücləndiriciləri
· Birinci seqment Zero-Lift aerodinamik xarici görünüş
· NISMO® məxsusi nişanlı dizayna malik xarici cizgilər
· NISMO® Sport nizamlı Sükan Gücləndiricisi
· NISMO® Bespoke dizaynlı salon
GT-R NISMO (MY15 GT-R NISMO US spesifikasiyalar istinad kimi)
· Nissan’ın əfsanəvi GT-R modelinin sürət yarışlarından ilham alaraq dizayn edilmiş versiyası
· Möhtəşəm performans üçün 600 at gücü (441kv)
· Müstəsna “yolu tutmaq” bacarığı üçün 300 km/s (186 mil/s) sürətlə əlavə 100 kq sıxma gücü generasiya edən qabaqcıl aerodinamika
370Z NISMO (MY15 Z NISMO US spesifikasiyalar istinad kimi)
· Yenilənmiş 370Z NISMO modeli özəlliklərinə səciyyəvi yeni xarici görünüş, yeni dizaynlı təkərlər və geniş salon daxildir
· Performansın yüksəldilməsi məqsədilə aparılan təkmilləşmələrə yenidən nizamlanmış asqı sistemi və Recaro® ilə birgə işlənib hazırlanmış, eksklüziv olaraq 370Z Nismo üçün dizayn edilmiş oturacaqlar daxildir.
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40

