Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Heydər Əliyev yolu: BÖYÜK YÜKSƏLİŞİN ZİRVƏSİ

Heydər Əliyev yolu: BÖYÜK YÜKSƏLİŞİN ZİRVƏSİ

04.03.2023 [10:10]

Müstəqil Azərbaycan  dövlətinin memarı Heydər Əliyev genişmiqyaslı fəaliyyətində  milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər zaman üstün tutub, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Ulu Öndərimiz fundamental uğurlara imza ataraq Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin sərt, ziddiyyətlə dolu sınaqlarından uzaqgörənliyi, fədakarlığı, müdrikliyi ilə xilas edib.

Əminliklə söyləmək olar ki, müasir Azərbaycanın keçdiyi yol bilavasitə Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Hələ sovet dövründə - 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev keçmiş ittifaq miqyasında geridə qalan respublikamızı qısa müddət ərzində öncül yerə çıxardı, Azərbaycan aqrar respublikadan, sənaye-aqrar respublikaya çevrildi. Ulu Öndərimizin həmin dövrdə misilsiz xidmətləri Azərbaycan xalqının rifah halını da əhəmiyyətli dərəcədə yüksəltdi.

Lakin 1990-cı illərin əvvəlində respublikamızda hərc-mərclik, xaos və anarxiya hökm sürürdü. Bir tərəfdən də, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi davam edirdi. Bu dövrdə vəziyyət o dərəcədə gərginləşdi ki, respublikamız vətəndaş müharibəsi təhlükəsi ilə qarşı - qarşıya qalmışdı. Belə bir şəraitdə 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ilk olaraq ölkədə sabitliyin yaranmasına nail oldu. Çünki sabitliyin yaranması respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatların həyata keçirilməsi, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası üçün olduqca vacib idi. Beləliklə, yenidən hakimiyyətə gələndən sonra qısa zaman kəsiyində vətəndaş qarşıdurmasının, hərc-mərcliyin qarşısını məharətlə alan, ölkəmizdə sabitliyin yaranmasına nail olan Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan tarixində yeni dövr başladı. Daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin gərgin və əvəzolunmaz fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara start verildi. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ümummillli Liderimizin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi tarixi ad almış ilk neft müqaviləsi imzalandı. Bununla da müstəqil Azərbaycanda yeni neft strategiyasının əsası qoyuldu. Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizin iqtisadi qüdrəti və maliyyə imkanları artdı ki, bu da Azərbaycana digər sahələrdə islahatların həyata keçirilməsinə, o cümlədən ordu quruculuğu sahəsində fundamental addımlar atılmasına imkan yaratdı. Azərbaycanın siyasi və iqtisadi istiqamətlərdə dünyanın aparıcı ölkələri ilə əlaqələri təmin edildi, ölkəmizin geosiyasi və tarixi şəraitə uyğun siyasəti müəyyənləşdirildi.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmini və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Digər tərəfdən, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.

Ən mühüm məqam isə budur ki, Ali Baş Komandan, Prezident  İlham Əliyevin ötən illər  ərzində bütün müstəvilərdə əldə etdiyi uğurlar onun rəhbərliyilə ilə şanlı ordumuz Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi ilə ərazi bütövlüyümüz bərpa olundu. Bu,  həm də cənab İlham     Əliyevin ATA vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq Ulu Öndərimizin də ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanda ümummilli lider Heydər   Əliyev ideyalarını davam etdirən və bu ideyalar əsasında fəaliyyət göstərən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında özünü göstərir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır.

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə  “Heydər Əliyev ?li” elan edilib. Əlbəttə ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.     Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin böyük siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan dövləti və xalqı bundan sonra da  Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri,

Tarix üzrə fəlsəfə doktoru    

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31