Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

11.10.2026 [11:19]

ABŞ ordusu Oman körfəzində İrana qarşı dəniz blokadasını pozmağa cəhd etdiyi iddia edilən ticarət gəmisinə zərbə endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"ABŞ qırıcı təyyarəsi Panama bayrağı altında üzən “M/V Ocean Molica” (“Arika Sun” kimi də tanınır) yük gəmisinin arxa hissəsini dəqiq idarə olunan sursatla vuraraq onun hərəkət sistemini sıradan çıxarıb. Zərbə nəticəsində heyət üzvlərinə zərər dəyməyib. İran limanından yola düşən böyük yük gəmisi regional sulardan keçməyə çalışırdı", - deyə CENTCOM-un açıqlamasında bildirib.

Komandanlığın məlumatına görə, iyulun ortalarında İrana qarşı blokadanın yenidən tətbiqindən sonra ABŞ qüvvələri 4 ticarət gəmisini sıradan çıxarıb və daha 135 gəminin istiqamətini dəyişib.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31