Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsi

Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsi

28.09.2026 [16:21]

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Sentyabrın 26-da II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsinə dair mühüm mesajlarla yadda qaldı. Çıxışda investisiya mühitinin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, enerji sektorunun inkişafı, ərzaq təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, rəqəmsallaşma və insan kapitalının gücləndirilməsi kimi prioritetlər ön plana çəkildi.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində çıxışı isə ölkənin iqtisadi inkişafının keçdiyi yolu, mövcud imkanları və gələcək üçün müəyyənləşdirilən strateji istiqamətləri kompleks şəkildə təqdim etdi.  Prezident cənab İlham Əliyev bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm işlər görülsə də, neft və qaz sahəsi hələ uzun müddət ölkə iqtisadiyyatında əhəmiyyətli yer tutacaq. O, yeni yataqların işlənilməsi və qaz hasilatının artırılması ilə bağlı beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi də yeni imkanlar yaradır. Prezident İlham Əliyev çıxışında ölkənin siyasi-iqtisadi və nəqliyyat baxımından böyük Mərkəzi Asiya regionu ilə daha sıx inteqrasiyasını qeyd edib. Nəqliyyatın rəqəmsallaşdırılması, gömrük idarəçiliyinin təkmilləşdirilməsi və aydın tənzimləmə mexanizmləri investorlar üçün daha anlaşılan biznes mühitinin formalaşmasına xidmət edən amillər kimi qiymətləndirilir.

Bununla yanaşı, Cənab Prezident ərzaq təhlükəsizliyini də gələcək investisiyalar üçün perspektivli sahələrdən biri kimi göstərib. Dünyada quraqlıq, yanacaq çatışmazlığı və təchizat zəncirlərində yaranan problemlərin ərzaq təhlükəsizliyi ilə bağlı riskləri artırdığını qeyd edən Prezident Azərbaycanın bu sahədə mövcud imkanlarından daha səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb. Bu baxımdan kənd təsərrüfatı və ərzaq istehsalı həm daxili tələbatın təmin edilməsi, həm də investorlar üçün yeni imkanların yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın nəqliyyat və logistika imkanları da Prezidentin çıxışında geniş yer tutub. Dövlətimizin başçısı bildirib ki, gələcəkdə xüsusilə çoxmillətli maraqlara xidmət edən infrastruktur, nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastruktur istiqamətləri investorlar üçün maraq doğura bilər. Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin Prezident cənab  İlham Əliyev çıxışında Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna diqqət çəkərək ölkənin gələcək iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırıldığını bildirib. Dövlətimizin başçısının sözlərinə görə, “görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı”. Bu fikir Azərbaycanın iqtisadi siyasətində dayanıqlılığın və uzunmüddətli inkişaf üçün yaradılmış imkanların xüsusi əhəmiyyət daşıdığını göstərir.

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30