Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb

Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb

22.09.2026 [13:19]

Avropa İttifaqı (Aİ) və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb və sənədin mümkün qədər tez imzalanması barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avstraliyanın Baş naziri Entoni Albanezenin BMT Baş Assambleyası çərçivəsində keçirdikləri üçtərəfli görüşdən sonra yayılan birgə bəyanatda bildirilib.

Liderlər, həmçinin Avstraliyanın 2027-ci il üçün Aİ-nin “Horizon Europe” proqramına qoşulması istiqamətində əldə olunan irəliləyişi, Aİ-Avstraliya Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığının icrasını və kritik xammal sahəsində əməkdaşlığı müzakirə ediblər.

Görüşdə Ukraynaya dəstəyin davam etdirilməsi, Yaxın Şərq və İran, Çin və Sakit okean regionundakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Tərəflər BMT Nizamnaməsinə və beynəlxalq hüquqa dəstəyi, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təşviqini vurğulayıblar.

Liderlər iqtisadi təhlükəsizlik, iqtisadi təzyiqlərə qarşı mübarizə, kritik və yeni texnologiyaların, o cümlədən süni intellektin idarə olunması sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair razılıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30