Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ASCO-nun quru yük gəmiləri ilə daşımaları 43 faiz artıb

ASCO-nun quru yük gəmiləri ilə daşımaları 43 faiz artıb

21.09.2026 [18:41]

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) quru yük gəmiləri ilə daşımalarının həcmi bu ilin yanvar–avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz artıb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, keçən ilin ilk 8 ayında quru yük gəmiləri ilə 875 min 950 ton yük daşındığı halda, cari ilin eyni dövründə bu göstərici 1 milyon 252 min 97 ton təşkil edib.

Təkcə cari ilin avqust ayında quru yük gəmiləri ilə 168 min 967 ton yük daşınıb. Ötən ilin avqust ayında isə bu göstərici 95 min 584 ton olub. Nəticədə, bu ilin avqustunda daşınan yükün həcmi ötən ilin eyni ayı ilə müqayisədə 73 min 383 ton və ya 77 faiz çox olub.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30